Mədəniyyət Nazirliyi milyonları necə mənimsəyib? — ŞOK FAKTLAR
gundem / sosial
Oxunub: 606 164
13 май 2020 | 12:35
Mədəniyyət Nazirliyi milyonları necə mənimsəyib? — ŞOK FAKTLAR


DTX əməliyyat keçirdiyi gün Mədəniyyət Nazirliyinin mühasibatlığında 2 sifariş üzrə büdəcədən yarım milyon manatdan artıq, dəqiq rəqəmlərin ifadəsində 526 min 381 manatın bölgüsü aparılırmış. Nazirlik qərara alıb ki, təşkilatda 1 ildən çox istifadə edilən yalnız kompüter proqrmlarına texniki dəstək adı altında nə az nə çox düz 269 min 999 manat xərclənsin. Bu isə qarşıdakı hər ay üçün 38570,00 manat edir.

Yerdə qalan vəsait isə “I İslam Ölkələri Xalq Çalğı Alətləri və III Beynəlxalq Aşıq Festivallarının və Elmi simpoziumun təşkili”nə sərf olunsun. DTX-nin əməliyyatı mühasibatlıqdan hələlik yan keçdiyi üçün proses birtəhər başa çatdırılıb.

Bu barədə məlumatları turizm şirkətinin sahibi, keçmiş jurnalist Rüstəm Əbülfətoğlu öz Facebook səhifəsində yayıb.

O qeyd edib ki, bununla belə indi nazirlikdə bəzi vəzifəlilər daha çox narahat görünürlər.

“Deyilənə görə buna səbəb ölkədə karantin rejimi elan olunan gündən bu yana, yəni 14 mart 2020 ci ildən nazirliyin idarə və xidmətləri vasitəsi ilə hər birinin dəyəri 50.000 manatdan yuxarı olan 18 tender və dəyəri 50 min manatdan aşağı olan 12 kotirovka üsülu ilə keçirilmiş alqı-satqı əməliyyatlarının “şəffaflığı” barədə DTX-nin ciddi məlumatlara malik olmasıdır. Son 2 ayda nazirliyin qurumları “İstehlak yönümlü müxtəlif xidmətlər”dən başlayaraq “Müxtəlif vasitələr ilə muzeylərin fəaliyyətinin inkişafı işləri” o cümlədən “təntənəli yubiley tədbirləri, ədəbi müsabiqələr, festivalların mükafatlandırma mərasimləri, poeziya günləri və s. təşkili də daxil 32 əməliyyat üzrə bu günə qədər büdcədən 5 milyon 970 min manat xərcləyib. Bu məbləğə işçilərin əmək haqları və s. bu tip heç bir ödəniş daxil deyil! Maraqlıdır ki, bütün bu alqı-satqı və xərclər bir daha təkrar edirəm ölkə rəsmi karantində olduğu zaman son 2 ayda rəsmiləşdirilib”.

O əlavə edib ki, bu ağır günlərdə heç bir müəssisənin işləmədiyi müddətdə nazirliyin Muzey və Fond binalarındakı kondisioner, ventilyasiya, isitmə, isti və soyuq su təchizatı sistemlərinə texniki servisin göstərilməsi üzrə xərcləri də xüsusi diqqət çəkib: “Bu məqsədlə dövlət büdcəsidən 297 min 931 manat, teatr binalarında isə eyni xidmət üçün 298 min 589 manat vəsait xərclənib. Başqa sözlə muzey, fond və teatrlardakı havalandırma sisteminə sadəcə texniki servis xidməti (heç bir avadanlıq alınmadan) büdcəyə ümumilikdə 578 min 520 manata başa gəlib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanuna əsasən “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” üçün 441 milyon 921 min 500 manat ayrılıb. Bu vəsaitin 178 milyon 714 min 885 manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət üçün, 156 milyon 180 min 776 manatı isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üzrə xərclənə bilər. Yəni ümumilikdə 334 milyon 895 min 661 manat vəsait Mədəniyyət nazirliyinin ixtiyarına verilib.

Təşkilat bu vəsaiti İstanbuldakı Topkapı saray kompleksində Azərbaycan evinə dair bədii-tərtibat işlərindən başlayaraq regional mərkəzlərindəki katriclərin doldurulması xidmətinə qədər ilin sonuna kimi xərcləyə bilər.

Bu da maraqlıdır ki, rəsmi statistik məlumatlara əsasən Mədəniyyət Nazirliyi şəhər və regional idarələri də daxil təkcə 2019 cu ildə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 73 alqı-satqı əməliyyatı həyəta keçirib. Və bunlardan 34-nü Regional Mədəniyyət İdarələri vasiəsi ilə….

P.S. Təkcə Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnız dəftərxana xərcləri üzrə ötən il 391795.98 manat vəsait xərcləyib. Məncə pis rəqəm deyil…”(ölkə.az)
Сегодня, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Сегодня, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Сегодня, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Сегодня, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Сегодня, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Сегодня, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Сегодня, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Сегодня, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Сегодня, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Сегодня, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir
Вчера, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır