Írşad Abbasovun "pul tələsi"
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində oxuyan tələbələr "Gunxeber.az" İnformasiya Agentliyinə müraciət edərək bildirirlər ki, direktor İrşad Abbasovun «pul tələsinə» düşməkdən beziblər. Həmin məlumatda vurğulanır ki, İrşad müəllimin hazırda yeni «tələsi» rüşvətə meyilli müəllimlərlə "iş birliyi" quraraq tələbələri müxtəlif bəhanələrlə qış semestr imtahanına buraxmamaq, sonra imtahanlarda pul verməyən tələbələrin biliyini qiymətləndirən zaman onlara "qeyri-kafi" yazmaq, rüşvət aldıqdan aonra isə təkrar imtahan yolu ilə onlara qiymət yazmaqdan ibarətdir. Belə bir variantın düşünülməsi isə məqsədlidir və niyyət qısa vaxtda daha çox pul qazanmaqdır. Saytımıza məlumat verən tələbələr deyirlər ki, hazırkı imtahan sessiyasında bunun əziyyətini çəkirlər. Onlar qeyd edirlər ki, direktorun təlimatına əsasən ötən ildən fərqli olaraq bu imtahandan keçmək üçün ona veriləcək pulun qiyməti də artırılıb. Bu məsələ bir qədər öncə yuxarı orqanlar tərəfindən kollecdə yoxlama işlərinin aparılması, direktorun qonaqlarının olması və onlara çoxlu pul xərcləməsi ilə izah olunur. Tələbələr deyir: «Başa düşə bilmirik, biz bura oxumağa gəlmişik, yoxsa, qonaq yola salmaq üçün pul verməyə? İmtahan üçün qiymətləri artırıblar. Sanki biz kollecdə deyil, bazardayıq». Kollecdə biliyi olan tələbələrə də güzəşt edilmir. Onları imtahana buraxmamaq üçün "Sən bir dəfə dərsdə səs salaraq müəllimə mane olmusan, müəllimlə mübahisə etmisən" bəhanəsi ilə şərləyərək qiymətini kəsirlər. Şikayətçilər yazır ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən "açıq bazar" əhval ruhiyyəsi davam edir. Bu təhsil müəsisəsi kollecdən çox "bazar"-a oxşayır. İstər tələbələr, istər müəllimlər üçün burada hər şeyin öz qiyməti var. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov ixtisasca ekoloqdur. Şikayətçilərin dediyinə görə İrşad müəllim kollecə direktor gəlməzdən əvvəl qoruqda sıravi işci olub və sonra hansısa sirli bir əlin və ya çubuğun köməyi ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin edilib. İrşad müəllim gələndən sonra təhsil ocağında vəziyyət lap pisləşib. Belə ki əvvəllər bu təhsil müəsisəsində müəllimlərdən jurnal almaq, otaqları tımir etmək və müəllimlər arasında dərs saatlarını bölmək üçün pul yığılmayıb. Kollecə bu ənənəni İrşad müəllim gətirib. Belə olan halda təbii ki, dərsin hansısa keyfiyyətindən də danışmaq yersizdir. Tələbələr deyir ki, kollec onlar üçün açıq bazardır. Pulun varsa dərsə gəlməyə bilərsən. Pulunu verib qayıbları sildirə, imtahanda qiymətləri yazdıra bilərsən. Kollecdə İrşad müəllimin "pul yığan"ı olan Sahil Hüseynovu hamı tanıyır. O, direktorun tapşırığı ilə bəzi müəllimlərlə əlbir olur və kollecdə maraqlı planlar quraraq tələbələri "tələyə" salır və onlardan küllü miqdarda pul toplayaraq özünün və rəhbərliyin maddi güzaranını yaxşılaşdırır. Kollec direktorunun korrupsiya əməllərindən cana doyan tələbələr tezliklə DTX-nin "qara maskalılar" qrupunun bu təhsil ocağında əməliyyat keçirməsini arzu edirlər. Kollecin müşahidə kameralarına baxmaqla və direktorun iş otağında araşdırma aparmaqla şikayətçilərin dediyi bu faktlar sübut kimi ortalığa çıxacaq. Sahil Hüseynovun hər gün dəfələrlə direktorun otağına girərək ona pul verdiyi sübut olunacaq.
Tələbələr bildirirlər ki, kollecdə vəziyyətin belə davam etməsinə razı deyillər və bununla bağlı etirazlarını bildirmək istəyirlər. Onların sözlərinə görə, hazırda tələbələr arasında bununla bağlı müzakirələr gedir və yaxın günlərdə qərar veriləcək. «Böyük ehtimalla kollecin qarşısına toplaşaraq direktora və bəzi müəllimlərə etiraz edəcəyik. Məqsədimiz başımıza gətirilən bu işlərdən bütün ölkənin xəbərdar olmasıdır. Tələbimiz odur ki, özbaşınalıqlara son qoyulsun və pul yığımı dayandırılsın».
"Gunxeber.az" saytının araşdırması zamanı başqa bir maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovun qazancı təkcə tələbələrdən yığılan pullardan ibarət deyil. Həmçinin, onun hər il dövlət büdcəsindən kollecə ayrılan vəsaitlərdə də böyük payı var. Ötən il kollecə ayrılan vəsaitin təyinatı üzrə tam xərclənmədiyi deyilir.
Məlumatlarda iddia olunur ki, vəsatin bir hissəsi təzə yumşaq inventarların, yeni stol-stulların alınması, təmir işlərinin görülməsi ilə bağlı sənədləşdirilsə də otaqlarda köhnə olan nə varsa hamısı yerində qalıb. Xərclər sırasında cari təmir işlərinə daha çox pul sərf olunduğu göstərilsə də bu pulun hansı təmir işlərinə yönəldildiyi məlum deyil, lakin sənədlərdə "əsaslandırma" işləri görülüb. Halbuki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin binasının içərisində yetərli qədər təmir olunası yerlər var.
Direktor ayrı-ayrı sahələrə xərclənən pul məbləğinin şişirdilməsi prosesində abadlıq işlərinin aparılmasından, kommunal xərclərin ödənilməsindən, dəftərxana ləvazimatlarının alınmasından da yararlanıb, yeyintiyə yol verib.
İnventar və avadanlıqların satın alınmasına gəldikdə isə bunun üçün böyük vəsait sərf edildiyi vurğulanır. Halbuki, ortada nə düz-əməlli inventar var, nə də avadanlıq. Labaratoriyaların durumunun hansı acınacaqlı vəziyyətdə olduğunu isə tələbələr hamıdan yaxşı bilir.
Bütün bu şikayətlər və sadalanan faktlarla bağlı kollec rəhbərliyini dinləməyə, onun fikirlərini işıqlandırmağa hazırıq.
Müəllif: Zalikə Zabitqızı
Сегодня, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
Сегодня, 13:00
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Сегодня, 12:39
Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Вчера, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Вчера, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Вчера, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Вчера, 10:05
Neft ucuzlaşmağa davam edir