Kamaləddin Qafarov: “Xalqın deputatını təhqir edən, xalqın özünü təhqir edir”

“Artıq bir neçə müddətdir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyətilə bağlı tənqidlər, müxtəlif formatda müzakirələr ölkə gündəmini qısa fasilələrlə tutmaqdadır. Son dövrdə baş verən hadisələr isə bu tendensiyanın artıq böhran nöqtəsinə çatdığını və mövcud problemin birdəfəlik, kökündən həlli üçün qəti addımların atılmasının zəruriliyini göstərmiş oldu. Həqiqətən də bu gün Azərbaycan elmi özünün inkişaf dinamikasına görə istənilən digər sahədən çox geri qalır. Bunun da əsas səbəbi, əlbəttə ki, ölkənin əsas elm məbədi sayılan Milli Elmlər Akademiyasında gedən reqressiv proseslər, rəhbərlik tərəfindən inkişafı əngəlləyən qərarların davamlı olaraq qəbul edilməsi, əsaslandırılmamış və özünü doğrultmayan “islahatlar”, gənc və perspektivli kadrların elm sahələrindən müxtəlif bəhanələrlə uzaqlaşdırılmasıdır. Birmənalı demək lazımdır ki, 2019-cu ildən AMEA-nın rəhbərliyinə gətirilən Ramiz Mehdiyev ona dövlət tərəfindən göstərilmiş yüksək etimadı qətiyyən doğrultmadı. Bu gün bütün dünya 4-cü sənaye inqilabının astanasında durub. Daha dəqiq desək, bu proses artıq gedir və az bir müddətdən sonra dünya ölkələri məhz sahib olduqları texnologiyalar hesabına öz beynəlxalq mövqelərini formalaşdıra biləcəklər. Bu baxımdan yeni texnologiyaların istər yaradılması, istərsə də mənimsənilməsi proseslərində AMEA-nın rolu təbii ki, müstəsna olmalıdır. Çox təəssü ki, bu gün biz bu ali elm ocağının adına yalnız müxtəlif intriqalarda, dedi-qodularla bağlı gündəmlərdə rast gəlirik. Məhz bu səbəbdən də ölkənin elm ictimaiyyəti, tamamilə haqlı olaraq, bu gün bütün bu neqativ hallara birdəfəlik son qoymağın yeganə yolunu Ramiz Mehdiyevin tutduğu vəzifədən kənarlaşdırılmasında görür”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, AMEA prezidentinin onun fəaliyyətini haqlı olaraq tənqid edənlərə, xüsusilə də deputatlara qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir və bu, əslində, Azərbaycan xalqını təhqir etmək anlamına gəlir: “Əlbəttə ki, yaranmış vəziyyətdə akademik Ramiz Mehdiyevin onun fəaliyyətini tənqid edən deputatlara qarşı sərgilədiyi mövqeyə də münasibət bildirməmək mümkün deyil. İlk növbədə, birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı adını daşıyan şəxsə qarşı mətbuatda təhqir dolu çıxışlar edən istənilən şəxs eyni zamanda
həmin deputatın seçicilərini, yəni Azərbaycan xalqını təhqir etmiş olur. Buna isə nə keçmiş, nə də indiki xidmətlərindən (əgər belə xidmətlər olubsa belə) asılı olmayaraq heç kimin haqqı yoxdur. Digər tərəfdən də, bu və ya digər deputatın Milli Məclisə seçilməsini şübhə altına qoymaqla Ramiz Mehdiyev seçki nəticələri Konstitusiya Məhkəməsinin qərarı ilə təsdiqlənmiş Parlamentin legitimliyini şübhə altına almağa cəhd göstərmiş olur. Bu isə artıq AMEA rəhbərinin ölkənin elm sahəsini inkişafdan qoymağa yönəldilən cəhdlərinin arxasında daha təhlükəli siyasi motivlərin durduğuna dair iddiaların əsaslı olduğu anlamına gəlir. İstənilən halda, bu gün Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, elm sahəsində də ciddi islahatlara ehtiyac var və bu islahatların effektivliyi yalnız AMEA prezidentinin istefasından, yaxud dəyişdirilməsindən sonra əldə oluna bilər” – deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.
Сегодня, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Сегодня, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Сегодня, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Сегодня, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Сегодня, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
Сегодня, 13:00
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Сегодня, 12:39
Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!