Səttar Möhbalıyev: “Avropa Parlamentinin hesabatında yer alan bəzi məqamlar fitnəkar xarakterlidir”
sosial
Oxunub: 361 705
18 фев 2022 | 08:30
Səttar Möhbalıyev: “Avropa Parlamentinin hesabatında yer alan bəzi məqamlar fitnəkar xarakterlidir”



“Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə hesabatında yer alan bəzi məqamlar tamamilə yanlışdır. Buradan açıq-aydın görünür ki, reallıqlar gizlədilib və beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb. ATƏT-in Minsk Qrupunu “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format hesab edən Avropa Parlamenti əgər ədalət nümayiş etdirirsə, bilməlidir ki, Minsk Qrupu fəaliyyət göstərdiyi 29 il ərzində məsələnin həllinə yox, əsasən dondurulmasına çalışdı, bütün bu illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Qurumun fəaliyyətində həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət sərgiləndi. Bunun nəticəsində beynəlxalq qətnamələr uzun illər kağız üzərində qaldı. Münaqişənin həlli istiqamətində heç bir konkret addım atılmadı. Bir sözlə, Minsk Qrupu yaranma məqsədini həll edə bilmədi. Bu gün isə onun görəcəyi iş artıq yoxdur, tarixə qovuşub. Onun hansı formada və nə üçün yenidən səhnəyə gətirilməsi istəyi sadəcə gülüş doğurur”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Hesabatda həmçinin “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır. Bu da tamamilə əsasız yanaşmadır. Ona görə ki, müharibənin gedişində əsir düşmüş bütün hərbçilər Ermənistana təhvil verilib. Onların hərbi əsir hesab etdiyi şəxslər isə müharibədən sonra – noyabr Bəyannaməsi imzalandıqdan 16 gün sonra Azərbaycan ərazisində ələ keçirilib. Həmin şəxslər Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə tərəf məqsədli şəkildə göndərilmişdi. Onlar hətta 4 hərbçimizi qətlə yetirmişdilər. Təbii ki, bu, münaqişədən sonra baş verib və açıq-aşkar cinayətdir. Beynəlxalq konvensiyalara uyğun olaraq, onlar hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Onu da xatırladım ki, Azərbaycan tərəfi onların çoxunu xoşməramlı jest kimi artıq qaytarıb. Təbii ki, bu da təqdir olunmalıdır. Avropa Parlamentinin bu məsələyə qərəzli yanaşması böyük təəssüf doğurur”, - S.Möhbalıyev bildirib.

“Sənəddə “Dağlıq Qarabağ konflikti” fikrinin səslənməsi, ümumiyyətlə, kökündən yanlışdır. Ağıla gələn odur ki, hesabatı hazırlayanlar bölgədə baş verən hadisələrdən, yeni reallıqlardan ya xəbərsizdirlər, ya da məsələyə bilərəkdən qərəzli yanaşırlar. Bu gün Azərbaycan ərazisində “Dağlıq Qarabğ” adlı inzibati ərazi vahidi yoxdur. O ki qaldı münaqişəyə Azərbaycan beynəlxalq təşkilatların 30 il həll edə bilmədiyi münaqişəni cəmi 44 günə özü, təkbaşına etdi. Beynəlxalq hüququn pozulmuş prinsiplərini yerinə yetirdi, hər zaman dünyada sülhü təhdid edən separatizmə layiqli dərs verdi. Bu gün bölgədə Azərbaycanın nümayiş etdirdiyi bütün səylər sülh və təhlükəsizliyə hesablanıb. Sərhədlərin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya prosesinə başlanılması istiqamətində fəal iş aparılır. Belə bir məqamda hesabatda toxunulan məsələlər fitnəkar xarakter daşıyır və bölgədə sülhə ən böyük təhdidir”, - Konfederasiya sədri qeyd edib.

Milli Məclisin deputatı əlavə edib ki, yaxşı olardı Avropa Parlamenti həllini tapmış münaqişənin yenidən baş qaldırmasına yox, Şərqi Avropada baş verən məsələlərə diqqət yetirsin: “Bu gün Avropa Parlamentinin Şərqi Avropada görə biləcəyi, həlli ilə məşğul olacağı xeyli işlər var. Orada baş verənlər bütün region ölkələrini narahat edir. Avropa Parlamentinin bu istiqamətdə çalışması çox vacibdir, boş yerə həll edilmiş münqişələrə vaxt itirməsi isə yersizdir”.
Сегодня, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Сегодня, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Сегодня, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Сегодня, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
Сегодня, 13:00
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Сегодня, 12:39
Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Вчера, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video