Paytaxt şəhərin iki məktəbində RƏZALƏT - NAZİRİN DİQQƏTİNƏ!
gundem / sosial
Oxunub: 410 646
29 мар 2022 | 12:10
Paytaxt şəhərin iki məktəbində RƏZALƏT - NAZİRİN DİQQƏTİNƏ!


Azərbaycanda təhsil adına baş verən elə hadisələrin şahidi oluruq ki, sadəcə baş verənlərə təəssüflənməklə yetinmək olmur. Həm də təəccüb edirsən ki, hüquqi dövlətdə, islahatlar haqqında az qala hər gün şüarlar səsləndirilən bir ölkədə bu hallar necə baş verir.

Sizə paytaxtın iki məktəbi haqqında qısaca məlumat verəcəyik. Özünüz nəticə çıxarın, bunlar paytaxt Bakının məktəbləridirsə, görün ucqarlarda nələr baş verir. Başlayaq Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbdə baş verən film kimi olaylardan.

Paytaxt şəhərin iki məktəbində RƏZALƏT - NAZİRİN DİQQƏTİNƏ!


Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbdə baş verənlər barəsində az-çox məlumatı olanlar təhsil adına rəzalət sayıla biləcək bu kimi hallara indiyə qədər Təhsil nazirliyinin heç bir reaksiya verməməsinə sadəcə təəccüblənirlər. Hamının bildiyi və əzabını çəkdiyi nöqsanlar sanki bu məktəbdə baş vermir və direktor Emilya Səfərəliyeva təhsilin inkişafı naminə yorulmadan külüng çalır. Əslində mənzərə tamamilə fərqlidir və bir daha olanları nazirliyin, digər əlaqədar qurumların diqqətinə çatdırırıq ki, bəlkə nəhayət ki, insafa gəlib hərəkətə keçdilər.

Paytaxt şəhərin iki məktəbində RƏZALƏT - NAZİRİN DİQQƏTİNƏ!


Öncə ondan başlayaq ki, 60 saylı məktəbdə “şirinlik xəstəliyi” geniş yayılaraq az qala pandemiya halını alıb. Burada “şirinlik” verməsən heç bir iş görə bilməzsən. Bayramlarda, əlamətdar günlərdə məktəb rəhbərliyi valideynləri heç vaxt unutmur. Düşünməyin ki, valideynləri toplayıb təbrik edirlər. Əsla, belə günlərdə valideynlər əməlli-başlı xərcə düşürlər ki, nəticədə bayramlar onların yaddaşında əbədi həkk olur. Valideynlər bayramlar bir yana, direktorun, müavinlərin, bəzi zirək sinif rəhbərlərinin də ad günlərini əzbər bilirlər ki, sonra “şirinliyini” verməz, üzqaraçılıq olar.
Aldığımız məlumatlara görə, heç müəllimlərin də gün-güzəranı valideynlərdən fərqlənmir. Valideynlər bayramlarda xərcə düşürlərsə, binəva müəllimlər hər ay xərcə düşürlər. Maaş gələndən sonra adı direktorun siyahısına düşməyən müəllimin vay halına.
Məktəbdə dərs saatları da müəllimlərin diaqnostik qiymətləndirmə ballarına uyğun aparılmır. Burada əsas rolu Emilya xanımın “balları” oynayır ki, bunun da qiymətini hər kəs bilir.

Paytaxt şəhərin iki məktəbində RƏZALƏT - NAZİRİN DİQQƏTİNƏ!


60 saylı məktəbin yuxarı siniflərində (əsasən 9, 10 və 11-ci siniflərdə) təhsil sırf direktorun biznes sahəsidir. Belə ki, hazırlıq kurslarına gedən şagirdlər dərsə gəlməmək müqabilində aylıq haqq ödəyirlər. Həmçinin yüksək qiymət almağın da haqqı başqadır.
Vəziyyət o həddə çatıb ki, hətta summativlərin keçirilməsi üçün də şagirdlər pul toplayırlar. Müəllimlər hər summativdə siyahı tutub şagirdlərdən summativlərin çapı üçün pul toplayırlar. Sual olunur ki, bəs məktəblərə ayrılan kağızlar hara sərf olunur ki, müəllimlər şagirdlərdən qəpik-quruş toplamağa məcbur edilirlər.
Baş verənlər təkcə 60 saylı məktəblə yekunlaşsaydı, sıradan bir nöqsan kimi susmaq olardı. Amma dəhşətlisi odur ki, paytaxtın hər məktəbinin öz dərdi var. Götürək elə Binəqədi rayon 248 saylı orta məktəbində baş verənləri. Bu məktəbin direktoru Xəyyam Fərəcovun əməllərinə diqqət yetirdikdə başa düşürsən ki, təhsil sistemində çox böyük boşluqlar və problemlər hökm sürür. Əks təqdirdə belə birisinin böyük bir təhsil ocağına rəhbərlik etməsinə yol verilməzdi. Əgər digər məktəb direktorlar rəhbərlik etdikləri təhsil ocaqlarını özəl müəssisələri hesab edirlərsə Xəyyam müəllim ümumiyyətlə 248 saylı məktəbi əyləncə mərkəzi hesab edir. Məsələn direktorun şagird və müəllimlərin gözü önündə öz müavininin ad günüdə tort kəsməsi nə dərəcədə düzgündür? Məlumatlara görə, Xəyyam Fərəcov məktəbə direktor təyin olunandan sonra onun sağ əlinə çevrilən müavini Reyhanə Qurbanova ilə birlikdə məktəbi gəlir yeri və əyləncə mərkəzinə çevirib. Şikayətçilər bildirir ki, belə görüntüləri ancaq toylarda görmək mümkündür. Hətta Xəyyam Fərəcovun müavini Reyhanə Qurbanovanın təmtəraqlı ad gününü keçirmək üçün müəllimlərdən pul yığması barəsində də məlumatlar verilir.
Bütün bunlara hardasa dözmək mümkündür. Amma...

Paytaxt şəhərin iki məktəbində RƏZALƏT - NAZİRİN DİQQƏTİNƏ!


Bax əsl həngamə də bu “amma”dan sonra başlanır. Xəyyam müəllimlə müavinin tort kəsib havalarda uçduqları vaxt ayaqları altında qalan Azərbaycan bayrağından belə xəbərləri olmur. Belə yerdə “gözü ayaqlarının altını görmür” ifadəsi yerinə düşür. Minlərlə şəhidlərimizin qanı bahasına zirvələrə ucalan bayrağımız Xəyyam Fərəcovun “Ömər Xəyyam” sayağı məclislərindən sonra ayaqlar altına atılırsa, burada günahkar kimdir? Bütün bunları görməzdən gələn Təhsil nazirliyimi, yoxsa bunlara rəvac verən əlaqədar qurumlarmı? Bütün bunları görən və susanların o müqəddəs bayrağın altında “məsud” yaşamağa haqqları çatırmı? Gələcək nəsillərin tərbiyəsi bunlaramı etibar edilib ?
Gördüyünüz kimi, təhsil sistemində aparılan az-çox islahatların 60 və 248 saylı məktəblərə heç bir aidiyyatı yoxdur. Burada “islahatları” direktor Emilya xanım və Xəyyam müəllim həyata keçirir ki, onun da Azərbaycan təhsilinə dəxli yoxdur. Yəqin ki, təhsil sisteminin başbilənləri nəhayət ki, bu məktəblərə də bir nəzər yetirərlər. Yoxsa vəziyyət rəhmətlik Sabir deyən kimidir :

Vah... bu imiş dərsi-üsuli-cədid ?!
Yox, yox, oğul, məktəbi-üsyandı bu !
Dur qaçaq,oğlum, baş-ayaq qandı bu!


Mövzuya qayıdacağıq.

Nicat Mahmudov
Сегодня, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Сегодня, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
Сегодня, 13:00
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Сегодня, 12:39
Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Вчера, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Вчера, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Вчера, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi