Bakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR

Bu gün bütün dünyada əlbəyaxa döyüş növlərinə getdikcə artan maraq və bu idman növünün durmadan artan populyarlığından danışarkən, biz hər dəfə bu istiqamətdə Azərbaycan Universal Döyüş Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyətini də xüsusi qeyd etmişik. Məhz bu fəaliyyətin nəticəsində bu gün ölkəmizdə də əlbəyaxa döyüş növlərinə maraq getdikcə daha çox artır.
Artıq neçə müddətdir ki, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun rəhbərlik etdiyi Universal Döyüş Federasiyasının idmançıları mütəmadi olaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən mötəbər yarış və turnirlərdə əldə etdikləri qələbələrlə bütün Azərbaycan gəncliyi üçün əsl örnək olurlar.
Həmçinin Federasiya mütəmadi olaraq ölkəmizdə də belə maraqlı yarış və turnirləri keçirməklə əlbəyaxa döyüş növlərinin ən yüksək səviyyədə təbliğini həyata keçirir. O cümlədən 14-avqust 2022-ci il tarixində Bakıda artıq ardıcıl olaraq üçüncü dəfə Peşəkarlar Arasında Reytinq Yarışları keçirilib. Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir paytaxtın Novxanı qəsəbəsində yerləşən möhtəşəm AF Hotel-də təşkil olunub.
AİA.Az xəbər verir ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”); 60 kq çəki dərəcəsində Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu); 65 kq çəkidə Məhəmmədəli Nuruşov (Bakı, “Suraxanı Fight Club”); 70 kq çəkidə Rəsul Quliyev (Biləsuvar, “Zəfər Fight Club”); 75 kq çəkidə Mirseymur Musazadə (“Qartal” PİK); 85 kq çəkidə İbrahim Adişov (Biləsuvar, “Zəfər” İK) və +90 kq çəkidə Qəzənfər Namazov (Xaçmaz, “Əhməd Fight Club”) yarışın qalibləri olmuşlar. Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə etmişlər.
Qeyd edək ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi və “Qartal” Peşəkar İdman Klubunun prezidenti Yaqub İbrahimovun təşkilatçılığı ilə keçirilən bu yarış “Kəhriz” sularının baş sponsorluğu və “Berg” enerji içkilərinin, “Academy Qalib Hazırlıq Kursları”nın, “AF Hotel”in sponsorluğu və AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytının təşkilati-informasiya dəstəyi ilə keçirilib.





Вчера, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
Вчера, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
Вчера, 18:17
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
Вчера, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Вчера, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Вчера, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Вчера, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Вчера, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Вчера, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Вчера, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Вчера, 12:34
Bu gün qısa iş günüdür
Вчера, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Вчера, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Вчера, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Вчера, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Вчера, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Вчера, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Вчера, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Вчера, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Вчера, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Вчера, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Вчера, 10:40
Bu rayonlara qar yağıb
Вчера, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Вчера, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Вчера, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Вчера, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Вчера, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi