Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
hadise
Oxunub: 132 972
3 апр 2023 | 12:59
Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB


Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təşkilatçısı və iştirakçıları məlum olub.

“Report” xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər edib. İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.

Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.

Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb.

Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərir.

Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür.

Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib.

Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir.

Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir.

İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir.

İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.

Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Вчера, 18:32
Prezident 3 rayona icra başçısı təyin etdi
Вчера, 16:00
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”
Вчера, 15:30
Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat
Вчера, 14:22
Netanyahudan başından böyük qələt – Ərdoğana qarşı böyük dosye hazırlanır
Вчера, 14:19
Əvəz Zeynallı vəfat etdi
Вчера, 14:00
ABŞ İraqı tərk edir, kürdlər həyəcan təbili çalır: Bizi müdafiəsiz qoymaq biabırçılıqdır
Вчера, 13:16
“Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi
Вчера, 12:08
Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!
Вчера, 12:02
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Вчера, 11:46
15-i uşaq olmaqla 44 nəfər xilas edildi - NAZİRLİKDƏN VACİB AÇIQLAMA
Вчера, 11:38
Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar
Вчера, 10:57
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Вчера, 10:53
İlham Əliyev onları təltif etdi - SİYAHI
Вчера, 10:50
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Вчера, 10:38
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir?
Вчера, 10:18
Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var
Вчера, 10:13
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
Вчера, 10:06
Xəstə çağırışına gedən təcili yardım sürücüsü sükan arxasında vəfat etdi
Вчера, 10:00
Avropadan Zəngəzura qəfil milyonlar – Səfirlər bölgəyə tökülüşdü
Вчера, 09:38
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Вчера, 09:24
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Вчера, 09:11
44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər
Вчера, 09:00
Erməni keşişdən 44 günlük müharibə "etirafı"– “Öz təkəbbürümüz ucbatından məğlub olduq”
27-09-2026, 12:46
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
27-09-2026, 12:00
Bir dəqiqəlik sükut...
27-09-2026, 11:20
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
27-09-2026, 11:13
“Azərbaycanın yanında olmağa davam edəcəyik”