Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB
hadise
Oxunub: 129 059
8 май 2023 | 13:11
Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB


Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ulu öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Eyni zamanda, bildirilməlidir ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək.

Bununla yanaşı, Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.

Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilib. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilib və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli əfv sərəncamı 634 məhkuma şamil edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edilmiş əfv sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

***
Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ulu öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 6-da “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Сегодня, 18:32
Prezident 3 rayona icra başçısı təyin etdi
Сегодня, 16:00
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”
Сегодня, 15:30
Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat
Сегодня, 14:22
Netanyahudan başından böyük qələt – Ərdoğana qarşı böyük dosye hazırlanır
Сегодня, 14:19
Əvəz Zeynallı vəfat etdi
Сегодня, 14:00
ABŞ İraqı tərk edir, kürdlər həyəcan təbili çalır: Bizi müdafiəsiz qoymaq biabırçılıqdır
Сегодня, 13:16
“Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi
Сегодня, 12:08
Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!
Сегодня, 12:02
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Сегодня, 11:46
15-i uşaq olmaqla 44 nəfər xilas edildi - NAZİRLİKDƏN VACİB AÇIQLAMA
Сегодня, 11:38
Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar
Сегодня, 10:57
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Сегодня, 10:53
İlham Əliyev onları təltif etdi - SİYAHI
Сегодня, 10:50
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Сегодня, 10:38
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir?
Сегодня, 10:18
Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var
Сегодня, 10:13
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
Сегодня, 10:06
Xəstə çağırışına gedən təcili yardım sürücüsü sükan arxasında vəfat etdi
Сегодня, 10:00
Avropadan Zəngəzura qəfil milyonlar – Səfirlər bölgəyə tökülüşdü
Сегодня, 09:38
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Сегодня, 09:24
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Сегодня, 09:11
44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər
Сегодня, 09:00
Erməni keşişdən 44 günlük müharibə "etirafı"– “Öz təkəbbürümüz ucbatından məğlub olduq”
Вчера, 12:46
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
Вчера, 12:00
Bir dəqiqəlik sükut...
Вчера, 11:20
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
Вчера, 11:13
“Azərbaycanın yanında olmağa davam edəcəyik”