Kimdir günahkar? - Mehman, Aynurə, Fəridin dastanı...
hadise
Oxunub: 183 800
18 сен 2023 | 12:04
Kimdir günahkar? - Mehman, Aynurə, Fəridin dastanı...


7 yaşlı Fəridin amansız şəkildə döyülməsi, nəinki bütün ölkəmizi, hətta Azərbaycanın sərhədlərindən kənarda yaşayan insanlarımızı da sarsıtdı. Hamı günahkarı lənətləyirdi, əsəblər sakitləşmirdi. Azyaşlının anası da qınanırdı. Onun müsahibəsindən sonra insanlar məşqçinin vəhşiliyini artıq az qalsın ki, unutmuşdu. Hədəfdə Fəridin anası idi – Aynurə Bakarova. Elə həmin günlərdə məşqçi ilə aralarında münasibətin olduğu və bu səbəbdən azyaşlının qurbana çevrildiyi danışılırdı. Mən şəxsən inanmaq istəmirdim ki, Fəridin ölümündə anasının da “əli var”. Çünki hər nə olur-olsun, məşqçi Mehman Xəlilovun hadisəni törətməsinə sanki haqq qazandıracaq elementlərə yol verilməməli idi, verilməməlidir.

Bir müddət bir çoxlarına bəlkə də ömürlük travma qoyan hadisə haqqında danışmağa fasilə verildi. Amma iş üzrə məhkəmə başlayandan sonra yenidən gündəmə gəldi.

Aynurə və Mehmanın arasında sevgi münasibətlərinin olması və o qara, faciəvi, insanlığa sığmayan, vəhşi hadisədən 3 ay əvvəl ayrılmaları haqda məlumat mənzərəyə ümumi qiymət verməyə məcbur edir. Həyatda baş verənlərin “səbəb-nəticə” əsasında yaşandığına inanıram. Çünki hər hansı hadisə olanda onu yaşamamaq üçün, adətən, səbəbi axtarıb həmin səhvlərə yol verməməyə çalışıram. Bu, bəzən uğurlu, bəzən isə uğursuz ola bilir.
Hadisə artıq Aynurə, Mehman, Fərid kontekstindən çıxıb. Çünki oxşar münasibətlərin qurbanı və ya qurbanları kifayət qədərdir. Şübhəsiz ki, hadisənin videogörüntüləri olmasaydı, insanlara bu qədər təsir etməzdi. Ona görə də ümumi yanaşmaqda fayda var.

Əvvəlcə vurğulamaq və üzərində durmaq istədiyim iyrənc baxış bucağından danışmaq istəyirəm. Cəmiyyətimizdə insanların əksəriyyəti kiməsə ailə üzvlərinə - anasına, qardaşına, atasına, bacısına, hətta əmi, bibi, dayı və s. qohumlarına görə qiymət verilməsi halı hökm sürür. Bu qiymətləndirmə əsasında münasibət sərgilənir. Açıq danışmalıyam. Bu mövzu açıq sözlülüyü zəruri edir. Sevgilisinə qoşulub qaçan qızın əmisi oğluna “o kimdir e, qoşulub qaçan qızın əmioğlusudur da” deyildiyini eşitmişəm. Adamın özünə görə hörməti olsa da, xeyri yoxdur.

O məşqçinin də Fəridə qarşı amansız davranmağa sövq edən “əxlaqsızın balasına” olan münasibətdən qaynaqlanır. Qətiyyən kiminsə həyatına müdaxilə etməkdə və ananı günahlandırmaqda maraqlı deyiləm. Ümumiyyətlə, belə qiymətləndirmənin əleyhinəyəm və pisləyirəm. Mövzunu aydınlaşdırmaq üçün bu misalları çəkmək məcburiyyətindəyəm. Niyə məhz Fəridlə amansız davranıldı? Axı orada başqa uşaqlar da vardı. Axı anası ilə normal münasibəti olsaydı, Fəridi də öz balası kimi sevərdi. Ən azından ona zərər gəlməsini istəməzdi. Axı sevdiyi şəxsin balasıdır...

İkincisi, boşanma ilə bağlı fikirlər... “Əşi boşansınlar da”, “ona ər yoxdur?”, “siz yola gedən deyilsiniz, gedin boşanın” və s. kimi sözlərlə ailələri boşanmağa təşviq etmək və bu yöndə təbliğat kampaniyası aparmaq. Yola getməyən insanlar necə olur ki, uzun müddət sevgili olur, nəhayətində, evlənəndə başa düşürlər ki, tay deyillərmiş. Bəli, “heç bir halda boşanmaq olmaz!” demək, ağılsızlıq olar. Amma ən adi, sadə mövzulara görə boşanmaq olmaz! Bir hikmətli deyim var: Ailə hüquqların uğrunda mübarizə aparmağın üçün meydan deyil, əksinə, tərəflər bir çox hallarda haqqından keçib münasibətləri yoluna qoymalıdır. Təcrübə deyir ki, əksər hallarda boşananların “əli bala batmır”. Deməli, həll yolu boşanmaqdan keçmir. Nəzəriyyələrə qalsa, gərək dünya qan gölünə çevrilsin. Dövlətlər arasında belə, münasibətlərda güzəştlər və hesablaşmalar olur. Yoxsa hər gün müharibə olardı. Coğrafi mövqeyi boşamaq isə mümkünsüzdür. Dövlətin balaları ortalıqda qalardı, ögey dövlətin hakimiyyəti altında yaşayardı... Dövlətlər arasında konflikt yarananda beynəlxalq vasitəçilər müdaxilə edirsə, niyə ailələrin dağılmasının qarşısını almaq üçün vasitəçilər olmasın? Şahidi olmuşam ki, dağılmaq üzrə olan ailələri böyüklərin vasitəsi ilə qoruyublar. Özü də sonradan əvvəlkindən də yaxşı ailə formalaşıb. Lap ehtiyac varsa, psixoloq qəbullarına da getmək olar. Əgər düzəlmirsə, ən son həddə boşanmağı seçmək labüd ola bilər.

Üçüncüsü, azad seks anlayışı... Cəmiyyətimizdə cinsi mövzularda hadisə baş verdikdə səs-küy düşən kimi deyilir ki, bu yöndə acdırlar, ona görə də partlayış effekti verir. Azad seks məhz belə problemlərin yaranmaması üçün bir qrup insan tərəfindən dəstəklənir. Amma altını çəkərək qeyd edilməlidir: Avropa cinsi istəyi doydurmaq üçün bunu etsə də, qarşısını almağa müvəffəq olmayıb. Əksinə, daha da istəkli edib. Zorlanmaların azalmaması və geniş yayılması, üstəlik, əks cinsdən bezib həmcinsinə meyillənənlərin çoxalması, bu anlayışın uğurlu olmamasından xəbər verir.

Dördüncüsü, övladların ögey ata və ya ananın himayəsində yaşaması olduqca çətindir. Yaxud da bizim cəmiyyətdə hələ də formalaşmayıb. “Ata ögey qızını zorladı” başlıqlı xəbərləri az görməmişik.

Xülasə bir ailənin dağılması, təkcə iki şəxs arasındakı münasibətləri bitirmir, əvvəlcə onların özünü bitirir, uşaqları varsa, onları da bitirir. Hələ buraya qohumluq məsələlərini də əlavə etsən, az qala bir xırda dövlətin süqutu imzalanır. İki nəfər canını qurtarmaqla xeyli insanı, o cümlədən özlərini yaralayır və ya “öldürür”.

Bir daha qeyd edirəm, boşanma və kiminsə şəxsi münasibətlərinə müdaxilə kimi nə xasiyyətim var, nə də bunun tərəfdarıyam, sadəcə, hadisələrə yuxarıda qeyd etdiyim “səbəb-nəticə” kimi baxmağım və hər şeyin sözügedən formulda baş verdiyinə inanmağım bu mövzuda yazmağımı zəruri etdi.

Fəridlər ölməsin...

Müəllif: Samir Mirzə (Miri)

Kimdir günahkar? - Mehman, Aynurə, Fəridin dastanı...
Сегодня, 12:46
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
Сегодня, 12:00
Bir dəqiqəlik sükut...
Сегодня, 11:20
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
Сегодня, 11:13
“Azərbaycanın yanında olmağa davam edəcəyik”
Сегодня, 11:07
Zakir Həsənov və Kərim Vəliyev Zəfər parkını ziyarət etdi
Сегодня, 11:02
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
Сегодня, 09:35
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Сегодня, 09:23
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Сегодня, 09:15
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Сегодня, 09:11
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
Сегодня, 09:00
Azərbaycanda Anım Günüdür!
Вчера, 12:30
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
Вчера, 12:10
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
Вчера, 12:00
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
Вчера, 11:31
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
Вчера, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
Вчера, 11:16
Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
Вчера, 10:39
Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
Вчера, 10:34
İlham Əliyev: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
Вчера, 10:30
Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir
Вчера, 10:26
Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
Вчера, 10:22
Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Вчера, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Вчера, 10:13
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Вчера, 09:00
Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir
25-09-2026, 16:00
Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı
25-09-2026, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı