Ermənilər əgər sülh istəyirlərsə... - GƏLİŞMƏ
siyaset
Oxunub: 123 198
8 фев 2024 | 14:22
Ermənilər əgər sülh istəyirlərsə... - GƏLİŞMƏ


Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiyaya dəyişiklikdən danışdı. Baş nazir vurğuladı ki, bu barədə alınmış qərar Bakının təzyiqləri ilə bağlı deyil. Paşinyanın sözlərinə görə, mövcud konstitusiya və müstəqillik bəyannaməsi ilə qalıcı sülh mümkün deyil və belə məqamda müharibə riski qalmaqdadır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə demişdi ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulamışdı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı bütün iddialara son qoydu. Ekspert vurğulayıb ki, son günlər Ermənistan rəsmilərinin bu məsələdə fərqli, bir-birinə zidd açıqlamaları gündəməə gəlirdi:
"Məsələn, parlament sədri Alen Simonyan Konstitusiya dəyişikliyindən danışır, buna ciddi ehtiyac olduğunu söyləyir, amma digər erməni rəsmisi bu məsələnin müzakirə predmeti olmadığını iddia edirdi. Müxalifətlə yanaşı, iqtidar düşərgəsində də Paşinyan "Konstitusiya dəyişikliyi" fikirlərinə qarşı çıxırdılar. Həmçinin vurğulayırdılar ki, konstitusiyanın preambula hissəsi dəyişməyəcək. Halbuki həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları, qondarma "soyqırım" məsələsi konstitusiyanın məhz preambula hissəsində yer almaqdadır. Yəni preambulada dəyişiklik olmadan Azərbaycan-Ermənistan arasında sülh və qonşularla normal əməkdaşlıq qeyri-mümkündür".

Həmsöhbətimizin qənaətincə, Paşinyanın çıxışından belə başa düşülür ki, baş nazir də bu düşüncədədir:
"Baş nazir açıq bəyan edir ki, mövcud ali qanunnamə sülhün əleyhinədir. Həqiqətən də, qalıcı sülh üçün Ermənistan konstitusiyası dəyişməli, qeyd edilən məqamlar mütləq çıxarılmalıdır. Əks halda sülh sənədinə imza atılsa belə sabah başqa hökumət sazişi "konstitusiyaya zidd olmaq" bəhanəsi ilə ləğv edə bilər. Azərbaycan tərəfi tələb etməsəydi belə, İrəvan hökuməti özü bunu həyata keçirməlidir".
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
Вчера, 20:45
İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Вчера, 20:42
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
Вчера, 19:55
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
Вчера, 19:14
Prezident və xanımı Naxçıvandadır - Foto
Вчера, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Вчера, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Вчера, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Вчера, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Вчера, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Вчера, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Вчера, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Вчера, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Вчера, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Вчера, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Вчера, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Вчера, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Вчера, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Вчера, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Вчера, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Вчера, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Вчера, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Вчера, 10:06
Avtomobil salonunda yanğın - Video
Вчера, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video