“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi
texnologiya
Oxunub: 351 958
4 июн 2024 | 22:55
“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi


“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 2 iyunda keçirilən tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib. Mərasim ölkə daxilində fəaliyyət göstərən müxtəlif sektorlardan olan özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.
Tədbirdə şəbəkələşmə, əməkdaşlıq və yenilikçi ideyaların mübadiləsi üçün əhəmiyyətli platforma imkanları təqdim edilib. Kiçik və orta bizneslərin böyüməsini və səmərəliliyini dəstəkləmək üçün “Nar” xüsusi olaraq hazırlanmış telekommunikasiya həllərini nümayiş etdirib. Bu həllər “Nar”ın biznesləri sərfəli xidmətlərlə təmin etmək öhdəliyinin bir hissəsidir.
Tədbirdə fəxri qonaq qismində çıxış edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke AHK Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayaraq bildirib: “Telekommunikasiya sahəsində müxtəlif ehtiyaclara uyğun xidmətləri sərfəlilik strategiyamıza əsasən formalaşdırırıq. Xidmət və məhsullarımız müştərilərimizə ünsiyyəti hər zaman daha yaxın edir. Çünki “Nar” sənə ən yaxındır”.

AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 180-dən çox üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. “Nar”ın AHK Azərbaycan ilə əməkdaşlığının əsas məqsədi ölkənin biznes mühitinin inkişafına dəstək olmaqdır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Сегодня, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Вчера, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
Вчера, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
Вчера, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
Вчера, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Вчера, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Вчера, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
Вчера, 10:39
Əli Əsədov yeni qərar imzaladı
Вчера, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Вчера, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Вчера, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
Вчера, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Вчера, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
Вчера, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Вчера, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
Вчера, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
Вчера, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Вчера, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
3-08-2026, 13:49
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
3-08-2026, 13:08
Rəsmi Bakı Pakistana başsağlığı verdi
3-08-2026, 12:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
3-08-2026, 12:50
Prezident açılışda - Fotolar
3-08-2026, 12:14
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi