“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
texnologiya
Oxunub: 240 535
6 июл 2024 | 12:21
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir


Ölkənin sərfəli mobil operatoru “Nar” yerli turizmin inkişafına dəstək məqsədilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb Memorandum sərfəli şərtlərlə mobil xidmətlərə rahat çıxış təklif edərək turist təcrübəsini artırmaq məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində “Nar” Azərbaycana gələn turistlərə xüsusi “Nar” nömrələri təqdim edəcək.

Memorandumun şərtlərinə əsasən, turizm sahəsində fəaliyyət göstərən agentliklər “Nar”dan bu xüsusi nömrələri sərfəli və sürətli şəkildə əldə etmək imkanından faydalanaraq turistlər üçün üstün təcrübə təmin edəcək. Müstəqil tur bələdçiləri və yerli vətəndaşlar da turistlər üçün nəzərdə tutulmuş xüsusi “Nar” nömrələrini sərfəli şərtlərlə əldə edə biləcək. Bununla turizm sahəsində çalışan agentliklər və müstəqil şəxslər xarici qonaqlarına etibarlı və sərfəli mobil xidmətlərə rahat çıxış imkanında dəstək olmaqla öz xidmətlərinə əlavə dəyər qatacaqlar.

“Nar” Azərbaycanın qeyri-neft sənayesinə töhfə verməklə turizm sektorunun inkişafını dəstəkləyir. Eyni zamanda mobil operator Azərbaycanın bir turizm məkanı kimi təbliğinə töhfə vermək üçün turistlərin sərfəli mobil xidmətlərə asan çıxışını təmin etmək öhdəliyinə sadiqliyini vurğulayır. “Nar”ın sərfəli şərtlərlə təklif etdiyi bütün xidmət və məhsulları haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
Сегодня, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Вчера, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
Вчера, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
Вчера, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
Вчера, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Вчера, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Вчера, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
Вчера, 10:39
Əli Əsədov yeni qərar imzaladı
Вчера, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Вчера, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Вчера, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
Вчера, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Вчера, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
Вчера, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Вчера, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
Вчера, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
Вчера, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Вчера, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
3-08-2026, 13:49
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
3-08-2026, 13:08
Rəsmi Bakı Pakistana başsağlığı verdi
3-08-2026, 12:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
3-08-2026, 12:50
Prezident açılışda - Fotolar
3-08-2026, 12:14
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi