Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham - 24 milyonluq mənimsəmə...
hadise
Oxunub: 172 082
2 авг 2024 | 11:44
Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham - 24 milyonluq mənimsəmə...


Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, külli miqdarda mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bir neçə vəsatət qaldırıb.

O bildirib ki, Zahid Niftəliyevin həbsdə olmasının səbəbkarlarından biri "ATABank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir: "Məhkəmədən xahiş edirəm ki, Dəyanət Quliyevin dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovdur. Həmin şəxslə mərhum vergilər naziri Fazil Məmmədov arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaq materialları təqdim etsək də, Nəcməddin Sadıkov dindirilməyib. Xahiş edirəm ki, həmin şəxs də məhkəməyə çağırılaraq dindirilsin."

Vəkil, həmçinin, bildirib ki, "ATABank”ın xəzinədarı Barat Heydərov istintaqa Z. Niftəliyevə kassadan 24 milyon manat çıxarıb verdiyini deyib. Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib. Daha sonra vəkil bildirib ki, müvəkkili istintaq materialları ilə tanış olmaq istəyir. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən təqdim olunan materiallar əsaslıdır. O, verilən vəsatətləri əsassız sayıb. Qısa müşavirədən sonra hakim heyəti qərarı elan edib.

Bildirilib ki, hazırkı mərhələdə vəsatətlər baxılmamış saxlanılır, onlara növbəti mərhələdə baxıla bilər. Prosesdə "ATABank”ın mümayəndəsi Z. Niftəliyevə qarşı 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Z. Niftəliyev isə özünü təqsirli bilməyərək ittihamı qəbul etmədiyini deyib. O, həmçinin, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib. Proses sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir.
Вчера, 12:30
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
Вчера, 12:10
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
Вчера, 12:00
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
Вчера, 11:31
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
Вчера, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
Вчера, 11:16
Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
Вчера, 10:39
Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
Вчера, 10:34
İlham Əliyev: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
Вчера, 10:30
Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir
Вчера, 10:26
Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
Вчера, 10:22
Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Вчера, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Вчера, 10:13
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Вчера, 09:00
Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir
25-09-2026, 16:00
Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı
25-09-2026, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
25-09-2026, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
25-09-2026, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
25-09-2026, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
25-09-2026, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
25-09-2026, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
25-09-2026, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
25-09-2026, 13:15
Prezident Kobaxidzeyə zəng etdi
25-09-2026, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
25-09-2026, 11:58
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 11:44
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar