Ermənistan ordusu YENİ SAVAŞ TƏDARÜKÜNDƏ... - BİZ DƏ YATMAMIŞIQ...
ABŞ-ın Güney Qafqaz siyasətini sülhməramlı saymaq mümkün deyil. Vaşinqtonun məramının bədniyyətli olduğunu onun Ermənistana münasibətindən qabarıq şəkildə görmək olar. Sözdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış etməyi xoşlayan Amerika gerçəkdə sülhə ciddi əngəllər yaratmaqla, hətta bölgəyə yönəlik böyük xaos planı ilə məşğuldur. Ki, həmin xaosu idarə edib regionu öz nəzarətində saxlaya bilsin.
Revanşist ovqatın güclü olduğu kapitulyant ölkəyə ordu qurmağa kömək etməyin, sentyabrın 19-da Konqresdə dinləmələr keçirib keçmiş xunta rejiminin nümayəndəsini ora çıxış üçün dəvət etməyin ayrı hansı adı ola bilər ki? Ermənistan Müdafiə Nazirliyində Pentaqon təlimatçılarının oturması, vaxtaşırı keçirilən ortaq təlimlər, Azərbaycanla sərhədə Amerika istehsalı olan silahların və erməni əsilli Amerika hərbçilərinin yerləşdirilməsi təbii ki, Vaşinqtonun heç də barışıq planlarının xəbərçisi sayılmaz. Bu da növbəti fakt.
“Yeni Müsavat” xəbər verir ki, 9-20 sentyabr tarixlərində ABŞ-ın Kanzas Milli Qvardiyasının əsgərləri Ermənistan Silahlı Qüvvələri ilə “kiçik zabitlərin ixtisaslarının artırılması üzrə təcrübə mübadiləsi” üçün Ermənistanda olublar. “Təlimlər peşəkar serjant korpusu formalaşdırmaq və inkişaf etdirmək, qabaqcıl təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb”, - məlumatda bildirilir.
ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, "Phoenix Platoon" (“Feniks taqımı”) proqramı artıq 8 ildir ki, həyata keçirilir. Əsas diqqət peşəkar serjant heyətinin hazırlığına yönəldilib.
Bu qəbildən hərbi hazırlıqlar əlbəttə ki, rəsmilər də daxil, erməni tərəfində revanşizmi bir az da körükləyir, İrəvanı sülh müqaviləsi imzalamaq istəyindən uzaqlaşdırır. Nə barədə ki, Prezident İlham Əliyev sentyabrın 24-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında açıq xəbərdarlıq edib.
“Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır”, - deyə dövlət başçısı qeyd edib.
Onların 2-ci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan Prezident ardınca vurğulayıb: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk Qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.
Prezident həmçinin Ermənistanın silahlandırılması məsələsinə də toxunub: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər”.
İlham Əliyev habelə bildirib ki, Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır, ona görə bu, ciddi məsələdir. Bakının şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı həmçinin qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidir ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu ləğv olunmalıdır”.
Qərb, əsasən də Fransa və ABŞ Ermənistana eyni zamanda müasir silahlar göndərir. Yəni bir tərəfdən silahlandırma, o biri tərəfdən təlim-tədris həyata keçirilir. Bəs ABŞ başda olmaqla, Qərb marionet Ermənistana hücum ordusu qura biləcəkmi?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Cənubi Qafqazda gərginliyin gün-gündən artması müşahidə olunur. Bu gərginliyin artmasında isə Fransa və ABŞ-ın daha çox maraqlı olduğu görünür. Gərginliyin əsas səbəbləri Ermənistanın silahlandırılması, Ermənistan hakimiyyətinin nümayəndələrinin sərsəm bəyanatlar verməsi, revanşist meyllərin artması, Fransa, ABŞ və digər ölkələrin erməni revanşizmini həvəsləndirən siyasət yürütməsidir: “ABŞ-ın Ermənistana həm silahlar göndərməsi, həm də birgə təlimlər keçməsi, hərbçilərini təcrübə mübadiləsi üçün Ermənistana göndərməsi ondan xəbər verir ki, Ermənistanı bütün istiqamətlərdə müharibəyə hazırlayırlar. Yəni hazırlıq təkcə silahlandırma istiqamətində aparılmır, paralel olaraq təlimlər, təcrübə mübadiləsi istiqamətində həyata keçirilir. Bu proses Cənubi Qafqaz üçün təhlükə yaranması və təhlükəsinin get-gedə güclənməsi deməkdir. Prezident İlham Əliyevin Milli Məclisdə çıxışında dediyi bir sıra fikirlər, xəbərdarlıqlar da təsadüfi deyil. Prezidentin ordumuzun bundan sonra daha da gücləndiriləcəyinin prioritet məsələlərdən olduğunu deməsi o deməkdir ki, ölkəmizin lideri müharibə təhlükəsinin get-gedə artdığını dəqiq bilir. Çünki Prezident bizlərdən, hamıdan daha çox informasiyaya malikdir.
Ermənistanın hücum ordusu qura biləcəyi sualına isə belə cavab verə bilərəm ki, 2020-ci ildə 44 gün ərzində dağılmış və aradan keçən 4 il müddətində də başına bir neçə dəfə ağır zərbə vurulmuş ordunun yaxın illərdə mükəmməl orduya çevrilməsi mümkünsüzdür".
Ekspertin sözlərinə görə, Ermənistan ordusu o dərəcədə darmadağın vəziyyətə salınıb ki, onun özünə gəlməsi asan deyil: “Düzdür, onlara müasir silahlar verilir, ancaq şəxsi heyətin yüksək səviyyədə hazırlanması elə də asan deyil. Buna müddət lazımdır. Bundan sonra ən azı iki il bu marionet ordunu hücuma hazır ordu səviyyəsinə qaldırmaq mümkün deyil. Ermənistanın sülh müqaviləsi danışıqlarını uzatmaqla vaxt udmaq məqsədi də bunun üçündür ki, ordusunu qeyd olunan səviyyəyə gətirib çatdırsınlar. Bununla belə, qarşıdakı yaxın dövrlərdə, həmişə olduğu kimi, Ermənistan Azərbaycana qarşı müəyyən hərbi təxribatlar həyata keçirə bilər. Gərginliyi artırmaq üçün müxtəlif təxribatlar ola bilər. Məqsəd də bu ola bilər ki, bu təxribatlarla Qərb dövlətlərinin və beynəlxalq təşkilatların əlinə Azərbaycana qarşı sanksiyalar tətbiq etmək bəhanəsi düşsün. Şübhəsiz ki, Azərbaycan Ordusu istənilən təxribata sərt cavab verəcək və bərpa olunmaq istəyən erməni ordusunu təzədən tamamilə məhv edəcək. Azərbaycan Ordusu 44 günlük müharibədən sonra daha da güclənib. Ən müasir silahlarla təmin olunub. Ermənistan ordusunun aldığı silahlara alternativ silahlara malik güclü Azərbaycan Ordusu mövcuddur. Ermənistan ordusu Azərbaycana qarşı təxribat törədəcəksə, elə cavab alacaq ki, dirçəlməsi və hücum ordusuna çevrilməsi bir daha mümkün olmayacaq”.
Вчера, 12:30
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
Вчера, 12:10
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
Вчера, 12:00
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
Вчера, 11:31
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
Вчера, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
Вчера, 11:16
Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
Вчера, 10:39
Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
Вчера, 10:34
İlham Əliyev: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
Вчера, 10:30
Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir
Вчера, 10:26
Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
Вчера, 10:22
Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Вчера, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Вчера, 10:13
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Вчера, 09:00
Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir
25-09-2026, 16:00
Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı
25-09-2026, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
25-09-2026, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
25-09-2026, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
25-09-2026, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
25-09-2026, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
25-09-2026, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
25-09-2026, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
25-09-2026, 13:15
Prezident Kobaxidzeyə zəng etdi
25-09-2026, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
25-09-2026, 11:58
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 11:44
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar