Putin Trampı siyasi təxribata çəkir: Rusiya ABŞ və Qərbə "təslim olun" mesajı verir
dunya
Oxunub: 250
31 май 2025 | 09:00
Putin Trampı siyasi təxribata çəkir: Rusiya ABŞ və Qərbə "təslim olun" mesajı verir


Rusiya Ukrayna savaşını başladan tərəf olsa da, hərbi-siyasi məsuliyyəti məhz ABŞ və Qərbin üzərinə yükləməyə çalışır... Kreml həm Ukraynaya, həm də ABŞ və Qərbə qarşı qəbuledilməz şərtlər irəli sürür, Rusiyanın üzərinə isə heç bir öhdəlik götürmür...
Ukrayna savaşı tədricən Rusiya üçün çıxış qapısı olmayan "qlobal labirintə" çevrilməyə başlayıb. Kreml öz neoimperialist mövqeyindən və işğalçı planlarından imtina etmək istəmir. Üstəlik, indiyə qədər Rusiya cəmiyyətinə Ukrayna savaşı ilə bağlı yanlış təbliğatın nəticələri də Kremlə geri çəkilmək imkanı vermir. Və bu, hazırda Rusiyanın ən ciddi problemi olaraq, diqqəti çəkir.

Onu da qeyd etmək lazımdır ki, Kreml geri çəkilmək istəməsə də, əslində, heç irəli hərəkət etməyi də bacarmır. Halbuki, yerində saymaq anlamı daşıyan bu situasiya Rusiya üçün təhlükəlidir. Çünki mövcud situasiya davam etdikcə, Rusiya "savaş bataqlığı"nın daha dərin qatlarına enir. Və bu baxımdan, Kreml seçim etmək şansını böyük sürətlə itirməyə başlayıb.

Məsələ ondadır ki, Kremldə sülh və yaxud heç olmasa, atəşkəs rejimi barədə saziş Rusiya üçün taleyüklü səviyyədə böyük əhəmiyyət daşıyır. Ancaq Kreml belə anlaşmaları yalnız Rusiyanın diqtə etdiyi şərtlər daxilində imzalamağa üstünlük verir. Halbuki, həmin şərtlər elə məzmun daşıyır ki, həm Ukrayna, həm də ABŞ və Qərb üçün qəbuledilməz xarakter daşıyır. Və nəticədə sülhə ehtiyac duyan Rusiya "savaş bataqlığı"nda çabalamaq məcburiyyətində qalır.

Maraqlıdır ki, Kremlin neoimperialist planları ucbatından sülh prosesinin iflasa uğramasından sonra yaranmış "nə hərb, nə sülh" vəziyyəti uzun müddət davam edə bilməz. Çünki Rusiyanın bu iki prosesi paralel davam etdirmək şansı yoxdur. Çünki Kremlin sülh şərtləri Ukrayna və Qərb üçün qəbuledilməzdir. Eyni zamanda, Rusiyanın savaş potensialı artıq tüklənməyə başlayıb. Və əgər, Kreml ən yaxın vaxtlarda öz maraqlarına maksimum uyğun olan şərtlərlə sülh sazişi imzalaya bilməzsə, Qərbin yenidən hərbi dəstəklə gücləndirməyə başladığı Ukrayna qarşısında duruş gətirməkdə çətinlik çəkə bilər.

Ona görə də, Kreml təmsilçiləri yenidən Rusiya prezidenti Vladimir Putinin sülh sazişinə imza atmağa hazır olduğunu bəyan edirlər. Ancaq yenə də elə tələblər irəli sürürlər ki, sülh danışıqları dərhal bloklanmış olur. Hər halda, danışıqlar prosesi ilə bağlı məlumatlı olan və Kremlə yaxın üç mənbə bildirib ki, prezident Vladimir Putinin israr etdiyi sülh şərtləri Qərb siyasi dairələri tərəfindən geri çevrilib. Və bu, Kremldə yaxın gələcəklə bağlı ciddi təlaş yaradır.

Maraqlıdır ki, prezident Vladimir Putinin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi, eləcə də Ukrayna, Gürcüstan və Moldovanın bu hərbi-siyasi alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik tələb etdiyi bildirilir. Kremlin tələbləri arasında Ukrayna üçün neytrallıq statusu, Rusiyaya qarşı Qərbin sanksiyalarının ləğvi, dondurulmuş aktivlərin geri qaytarılması, Ukraynanın rusdilli sakinlərinin hüquqlarının müdafiəsi və s. kimi şərtlər yer alır.

Kreml həmçinin ərazi məsələsində də israrlı mövqe tutur. İndi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki, bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil. Ona görə də, hesab etmək olar ki, Rusiya əslində, sülh prosesini bloklayan belə tələblər ilə həm də böyük riskə gedir. Və hətta Kremlin bu mövqeyini "odla oynamaq" kimi də qiymətləndirmək olar.

Təbii ki, Kremldə bu "atəş"in tezliklə Rusiyanı yandıra biləcəyini də anlamamış deyil. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynaya iyunun 2-də İstanbulda yeni görüş təklif etməsi Kremldəki narahatlığı biruzə verir. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır. Və o, Kremlin ABŞ başda olmaqla, Qərb ölkələrinin iyunun 2-də İstanbulda Rusiya-Ukrayna ikitərəfli danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid etdiyini də vurğulayıb.

Nə qədər qəribə də olsa, Sergey Lavrov sonda Rusiyanın Ukrayna böhranının əsas yaranma səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırladığını iddia edib. Halbuki, Kremlin şərtləri sırasında yalnız Ukrayna və Qərbə yönəlik tələblər yer alır. Yəni, Kreml bununla Rusiyanın öz üzərinə hər hansı sülh öhdəlikləri götürmədiyini qabartmağa çalışır. Kreml elə təsəvvürlər yaratmağa çalışır ki, guya Ukrayna savaşının günahkarı Rusiya deyil, məhz qarşı tərəfdir. Və üstəlik, Kremlin şərtləri qarşı məğlub olmuş kimi göstərmək məqsədi də güdür.

Göründüyü kimi, Kreml Ukrayna savaşını başladan tərəf olsa da, hərbi-siyasi məsuliyyəti məhz ABŞ və Qərbin üzərinə yükləməyə çalışır. Halbuki, Ukrayna böhranını doğuran səbəblərin aradan qaldırılması üçün sadəcə, Rusiyanın işğal etdiyi əraziləri tərk edərək, rəsmi Kiyevə geri qaytarması tamamilə yetərlidir. Bu halda, Ukrayna böhranını dərhal həll edilmiş olacaq. Buna baxmayaraq, Kreml irəli sürdüyü sülh şərtləri ilə həm Ukraynaya, həm də ABŞ və Qərbə ümumi kapitulyasiya aktı imzalatmağa cəhd göstərir. Və bu, yaxın gələcəkdə Rusiya üçün olduqca ağır nəticələr də verə bilər.(musavat.com)
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
Вчера, 20:45
İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Вчера, 20:42
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
Вчера, 19:55
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
Вчера, 19:14
Prezident və xanımı Naxçıvandadır - Foto
Вчера, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Вчера, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Вчера, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Вчера, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Вчера, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Вчера, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Вчера, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Вчера, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Вчера, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Вчера, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Вчера, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Вчера, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Вчера, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Вчера, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Вчера, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Вчера, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Вчера, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Вчера, 10:06
Avtomobil salonunda yanğın - Video
Вчера, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video