Təyyarədə hansı oturacaqlar ən təhlükəsizdir?

Yayğın düşüncələrin və aviaqəza qorxularının əksinə olaraq, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir. Bu fakt statistika ilə təsdiqlənir – adətən bu, bir milyard sərnişin kilometrə düşən ölüm halları ilə ölçülür. Avtomobil, motosiklet, hətta piyada gəzintiləri belə daha təhlükəli hesab olunur. Qatarlar və su nəqliyyatı da nisbətən təhlükəsiz sayılır, lakin təyyarələrlə müqayisədə geri qalır.
Bəs təyyarədə sərnişin üçün maksimum təhlükəsizlik təmin edən bir yer varmı?
"Live Science" xəbər verir ki, alimlərin fikrincə, belə bir yer var.
Təyyarələr ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır. Avstraliyanın Yeni Cənubi Uels Universitetindən Çenq-Lunq Vu bildirib ki, uçuş zamanı ölüm riski avtomobil idarə edərkənki riskdən qat-qat aşağıdır.
Məsələn, ABŞ-də təyyarə uçuşu zamanı ölmə ehtimalı 13,7 milyonda 1-dir. Bu statistika "Journal of Air Transport Management" jurnalında dərc edilmiş bir araşdırmaya əsaslanır. Ən çox sərnişin təyyarələrinin qəzasında, yəni təxminən 94% hallarda, sərnişinlər sağ qalır.
Lakin Vu qeyd edir ki, hansı yerlərin daha təhlükəsiz olduğunu müəyyən edən etibarlı elmi tədqiqatlar yoxdur. Buna baxmayaraq, əvvəlki aviaqəzalar və təyyarə konstruksiyası əsasında bəzi nəticələr çıxarmaq mümkündür.
ABŞ-nin Şimali Dakota Universitetindən Daniel Kvasi Adjekum bildirir ki, hər şey qəzanın dinamikasından asılıdır. Əgər təyyarə tamamilə məhv olursa, sərnişin harada oturmasından asılı olmayaraq sağ qala bilməz.
Tutaq ki, qəza az enerji ilə və kiçik bucaqla baş verir – məsələn, təyyarə eniş zamanı idarəni itirir və uçuş-enmə zolağından kənara çıxır. Adjekum deyir ki, belə hallarda sərnişinin oturduğu yer sağ qalma şansını həqiqətən dəyişə bilər.
Belə qəzalarda təyyarə yerə çırpıldıqda iki yerə parçalana bilər və kinetik enerjinin çox hissəsi ön hissədə cəmlənir – bu da onu daha irəli sürükləyir. Bu halda, təyyarənin arxa hissəsi daha təhlükəsiz sayılır. ABŞ Federal Mülki Aviasiya İdarəsinin məlumatlarını təhlil edən "Time" jurnalı arxa üçdəbir hissədə ölüm səviyyəsinin daha aşağı olduğunu göstərib.
Çenq-Lunq Vu əlavə edir ki, başqa bir təhlükəsiz yer də mövcuddur – təyyarənin qanadlarına yaxın olan oturacaqlar. Bu hissə təyyarənin struktur baxımından ən güclü yerlərindən biridir və daha çox yüklənməyə dözə bilir. Həm də bu oturacaqlar fövqəladə çıxışlara yaxındır, bu da sərnişinlərin daha tez təxliyə olunmasına imkan verir.
Amma təhlükə təyyarənin həmin orta hissəsinin altında gizlənir. Orada yanacaq çənləri var. Normalda təyyarələr enişdən əvvəl bu çənləri boşaltmalıdır, amma qəza zamanı hələ də yanğın baş verə bilər. Belə hallarda ən vacib məsələ sərnişinlərin 90 saniyə ərzində təyyarəni tərk etməsidir.
Alimlərin sözlərinə görə, müasir təyyarələr sərnişinlərin sağ qalmasını təmin etmək üçün yaxşı layihələndirilib. Təyyarənin bəzi hissələri zərbə zamanı qoparaq əsas kabinanı qoruyur, oturacaqlar çox möhkəm bərkidilir və təhlükəsizlik kəmərləri sərnişinin bədəninə təsir edən zərbəni minimuma endirmək üçün nəzərdə tutulub.
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Вчера, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Вчера, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Вчера, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Вчера, 10:05
Neft ucuzlaşmağa davam edir
Вчера, 09:58
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Вчера, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Вчера, 09:36
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab