Tramp qəzəbləndi, möhləti pozdu, Rusiyaya cəza kəsdi: Ərdoğanın mesajı indi Putin üçün son şansdır

Prezident Donald Tramp son açıqlamasında Kreml sahibi Vladimir Putindən ciddi şəkildə narazı olduğunu növbəti dəfə təkrar edib... Ağ Ev sahibi Kremlin aqressivliyinə daha səbrinin qalmadığını, Rusiyaya qarşı sarsıdıcı zərbələrin, dağıdıcı sanksiyaların artıq o qədər də uzaqda olmadığını bildirib...
"Yeni Müsavat" xəbər verir ki, Türkiyə ABŞ və Rusiya arasında danışıqlar aparılması üçün vasitəçilik edə biləcəyini bəyan edib. Rəsmi Ankara Ağ Ev sahibi Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında İstanbulda görüş təşkil etməyə hazır olduğunu bildirib. Yəni, Türkiyə dünyada siyasi diplomatiyanı yenidən “səhnə"yə geri qaytarmağa çalışır. Hər halda, son günlər Rusiya və ABŞ arasında mümkün olan yüksək səviyyəli dialoq artıq müzakirə predmetinə çevrilib. Və bu baxımdan, rəsmi Ankaranın vasitəçilik təşəbbüsünə veriləcək reaksiyalar indi böyük önəm daşıyır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi açıqlama isə danışıqların keçirilməsi üçün ən real platformanın harada ola biləcəyi ilə bağlı suallara aydınlıq gətirir. Onun sözlərinə görə, Türkiyə danışıqların keçirilməsi üçün bütün tərəflərə uyğun gələn neytral və konstruktiv məkandır: “Türkiyənin təşəbbüslərini və təmin etdiyi şəraiti yüksək qiymətləndiririk. Bu, danışıqlar üçün vacib məqamdır”.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankaranın təşəbbüsləri və Kreml təmsilçisinin reaksiyası Ağ Ev sahibi ABŞ Donald Trampın Rusiya prezidenti Vladimir Putinə 50 günlük möhlət ultimatumu fonunda daha da böyük önəm daşıyır. Çünki prezident Donald Tramp bəyan etmişdi ki, bu müddət ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmasa, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunacaq.
Bəs, belə bir ultimatum verdikdən sonra Ağ Ev sahibi Donald Tramp müəyyən etdiyi möhlətin müddəti bitmədən prezident Vladimir Putinlə görüşməyə həvəs göstərərmi? Əslində, prezident Donald Tramp sərt ritorika ilə paralel olaraq, diplomatik fürsətlərdən də istifadə edən bir siyasi lider kimi tanınır. Onun Şimali Koreya lideri Kim Çen In ilə dialoqu, Çinlə ticarət savaşları zamanı apardığı danışıqlar və İranla bağlı siyasəti, ultimatumların arxasında həmişə bir “danışıqlar masası” da saxladığını göstərir. Bu baxımdan, 50 günlük möhlət onun üçün təkcə xəbərdarlıq deyil, həm də danışıqlara “qapı aralayan” bir vasitə kimi görünür.
Ancaq onu da nəzərə almaq lazımdır ki, Donald Trampın Vladimir Putinlə görüşü NATO daxilində ciddi narahatlıq da yarada bilər. Xüsusilə də Şərqi Avropa ölkələri və Baltikyanı dövlətlər ABŞ-ın liderlikdən geri çəkildiyi təəssüratına düşə bilərlər. Çünki bu, Avropa siyasi dairələrində bu cür görüşlər Donald Trampın ABŞ-ın ənənəvi müttəfiqlərinə deyil, məhz işğalçı Rusiya ilə birbaşa dialoqa üstünlük verdiyi düşüncəsini daha da gücləndirə bilər.
Bütün bunları nəzərə aldıqda, Türkiyənin qlobal məkanda yeri indi strateji əhəmiyyət daşıyır. Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsləri və rəsmi Ankara'nın həm Ağ Ev, həm də Kreml ilə münasibətlərdə balansı qoruması Türkiyəni mümkün Tramp-Putin görüşü üçün ən ideal məkana çevirir. Üstəlik, Türkiyə artıq daha əvvəl Ukrayna-Rusiya danışıqlarına ev sahibliyi edib, vaxtilə taxıl sazişində kritik rol oynayıb və indi isə beynəlxalq vasitəçi missiyasını öz üzərinə götürmək üçün bütün imkanlara malikdir.
Əgər, prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Tramp-Putin görüşü baş tutarsa, müzakirələrin əsas predmeti Ukraynada müharibənin dayandırılması, mümkün atəşkəs ssenariləri, Krım və Donbasın gələcək taleyi, NATO-nun şərqə doğru genişlənməsi və Avropa məkanında təhlükəsizlik sisteminin yeni modeli kimi mövzular ola bilər. Ancaq bu danışıqlarda Ağ Ev sahibi Donald Trampın özünün liderlik stilinə uyğun olaraq, "şəxsi diplomatik təkliflər"lə çıxış edə, klassik diplomatik formatlardan kənar manevrlərə üstünlük verə biləcəyi də istisna deyil. Və bu isə ehtimal olunan görüşə həm ümid, həm də qeyri-müəyyənlik gətirən önəmli məqamdır.
Bütün bunlarla yanaşı, hazırda əsas suallar məhz Ağ Ev sahibi Donald Trampın Rusiya prezidenti Vladimir Putinə verdiyi 50 günlük möhlətin müddəti sona çatmadan belə bir görüşün mümkün olub-olmadığı ilə bağlıdır. Prezident Donald Tramp üçün Vladimir Putinlə bu görüş qarşı tərəfə həm də əlavə təzyiq vasitəsi imkanları aça bilər.
Halbuki, bu görüş uğursuz olacağı təqdirdə, həm də ABŞ-ın Qərbdəki müttəfiqləri ilə münasibətlərini zəiflədə, NATO-nun birliyinə zərbə vura və Ukraynanın mövqelərini sarsıda biləcəyindən, kifayət qədər ciddi risk də daşıyır. Bu səbəbdən də əgər, belə bir görüş baş tutarsa, onun formatı və mesajları çox həssas şəkildə tənzimlənməli olacaq.
Digər tərəfdən, Tramp-Putin görüşü dünya siyasət məkanında yeni bir mərhələnin başlanğıcını da vəd edir. Yəni, ya barışa doğru dönüş nöqtəsi, ya da diplomatik xaosun dərinləşmə təhlükəsi qaçılmaz ola bilər. Halbuki, son məlumatlara görə, Tramp-Putin görüşü yaxın vaxtlarda real deyil.
Çünki prezident Donald Tramp son açıqlamasında Kreml sahibi Vladimir Putindən ciddi şəkildə narazı olduğunu növbəti dəfə təkrar edib. Eyni zamanda, Ağ Ev sahibi Rusiyanın aqressiv davranışlarına daha səbrinin qalmadığını bildirib. O, prezident Vladimir Putinə verdiyi 50 günlük möhləti qısaltmaq niyyətində olduğunu vurğulayıb. Və bununla da Rusiyaya qarşı sarsıdıcı zərbələrin, dağıdıcı sanksiyaların artıq o qədər də uzaqda olmadığına eyham vurub.
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
Вчера, 20:45
İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Вчера, 20:42
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
Вчера, 19:55
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
Вчера, 19:14
Prezident və xanımı Naxçıvandadır - Foto
Вчера, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Вчера, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Вчера, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Вчера, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Вчера, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Вчера, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Вчера, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Вчера, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Вчера, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Вчера, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Вчера, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Вчера, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Вчера, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Вчера, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Вчера, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Вчера, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Вчера, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Вчера, 10:06
Avtomobil salonunda yanğın - Video
Вчера, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video