Kamçatka zəlzələsi suallar doğurdu: Səbəb "yox olan" litosfer plitəsi ola bilərmi?
dunya
Oxunub: 111
31 июл 2025 | 09:49
Kamçatka zəlzələsi suallar doğurdu: Səbəb "yox olan" litosfer plitəsi ola bilərmi?


Kamçatka yarımadasında baş verən 8.8 bal gücündəki zəlzələ dünyanın ən güclü və dağıdıcı təkanlarının arxasındakı geoloji mexanizmləri yenidən gündəmə gətirib.

BBC-nin iqlim və elm müxbiri Esme Stallard tərəfindən hazırlanan təhlilə əsasən, bu bölgədə baş verən plitə hərəkətləri "yox olan plitə" anlayışı ilə izah oluna bilər.

Gizli geoloji mexanizm: "Yox olan" plitə nə deməkdir?

Yer səthi bir-birinə qarşı hərəkət edən nəhəng tektonik plitələrdən ibarətdir. Kamçatka bölgəsində Sakit okean plitəsi, Ohotsk mikroplitəsi ilə qarşılaşır və daha ağır olduğu üçün onun altına doğru sürüşür. Bu proses zamanı yerin dərin qatlarına doğru enən okean plitəsi temperaturun təsiri ilə qismən əriyir. Bu hadisə plitənin "yox olması” kimi qəbul edilir - amma bu, onun tamamilə itməsi demək deyil.

Esme Stallardın təhlilinə görə, bu proses daim hamar getmir. Plitələr bir-birinə sürtündükcə, yığılan enerji bir anda sərbəst qalaraq güclü "meqasıxışma” (megathrust) zəlzələlərinə səbəb olur. Kamçatkada yaşanan son təkan da bu mexanizmlə baş verib.

"Eyni prosesi Aralıq dənizində də müşahidə edirik"

Mövzu ilə bağlı danışan Türkiyənin Qazi Universitetinin professoru Süleyman Pampal "yox olan plitə" anlayışını belə izah edir:

"Bu ifadə ilə plitənin tamamilə itməsi deyil, yerin dərinliyinə enərək əriməsi nəzərdə tutulur. Məsələn, Afrika plitəsi Anadolu plitəsinin altına girir və bu hərəkət Egey dənizi altına qədər uzanır. Aşağı enən plitənin ucu yüksək temperaturla qarşılaşaraq əriməyə başlayır. Bu ərimiş maddə yuxarı qalxaraq vulkanik fəaliyyətlərə səbəb olur. Bu zaman plitənin bir hissəsi əksilmiş olur, amma tamamən yox olmur".

Bu mexanizm hazırda Aralıq dənizində - xüsusilə Egey və Şərqi Aralıq dənizi bölgəsində də aktiv şəkildə müşahidə olunur.

Bu sıxılma nəyə səbəb olur?

Süleyman Pampal bu tipli plitə qarşılaşmalarının yalnız vulkanik fəaliyyətə deyil, həm də böyük zəlzələlərə səbəb olduğunu bildirir:

"Alta sürüşən və üstündə yerləşən plitələr arasında sərhəd boyunca sürtünmə yaranır. Bu enerji bir anda boşaldığında meqasıkışma zəlzələləri meydana gəlir. Sakit okeanında bu tipli plitələr arasında yerləşən okean ortası dağ silsilələri 3000 metrə qədər yüksəklikdə ola bilər. Burada tez-tez lav çıxışları və zəlzələlər baş verir".

Təhlükəli ehtimal: 7.8 bal gücündə afterşoklar ola bilər

Süleyman Pampal bölgədə gözlənilən afterşokların böyüklüyünə də diqqət çəkib:

"Afterşoklar nəzəri olaraq 7.8 bal gücünə qədər çata bilər. Bu, mütləq olacaq demək deyil, lakin bu ehtimalı gözardı etmək də doğru deyil. Bölgədə hələ də aktiv plitə sərhədləri mövcuddur və bu da yeni təkanlara zəmin yaradır".

Qeyd edək ki, Kamçatkada baş verən bu zəlzələdən sonra ABŞ, Yaponiya, Çili, Vanuatu, Solomon Adaları və Papua Yeni Qine kimi ölkələrdə sunami xəbərdarlıqları verilib. Ümumilikdə 17 Sakit okean ölkəsində sunami riski səbəbilə rəsmi xəbərdarlıqlar olunub.(Qaynarinfo)
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
Вчера, 20:45
İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Вчера, 20:42
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
Вчера, 19:55
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
Вчера, 19:14
Prezident və xanımı Naxçıvandadır - Foto
Вчера, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Вчера, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Вчера, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Вчера, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Вчера, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Вчера, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Вчера, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Вчера, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Вчера, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Вчера, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Вчера, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Вчера, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Вчера, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Вчера, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Вчера, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Вчера, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Вчера, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Вчера, 10:06
Avtomobil salonunda yanğın - Video
Вчера, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video