Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır?
gundem / bolge
Oxunub: 125
11 сен 2025 | 12:23
Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır?


Abşeron rayonun bir çox qəsəbəsələrində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz fərdi evlərin, obyektlərin tikintisi artıq adi hal alıb.

Rayon icra hakimiyyətinin himayəsi və qəsəbə icra nümayəndələrinin havadarlığı altında son illər maklerlər tərəfindən minlərlə qanunuz evlərin tikilməsi göz önüdədir.

Bildirək ki, Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi ev və obyektlərin kütləvi tikildiyi ərazi Masazır qəsəbəsidir.

Hazırda Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və magistral su xəttlərinin üzərində yüzlərlə heç bir sənədi olmayan, ancaq Abşeron icra hakimiyyətindən “icazə”si verilən və qəsəbə icra nümayəndəliyi tərəfindən himayə edilən evlər tikilməkdədir.

Xalq-a daxil olan məlumata görə Masazır qəsəbəsində tikilən bütün sənədsiz fərdi evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Şahlar Həsənov “nəzarət” edir.

Belə ki, qəsəbədə ev tikintisinə Abşeron rayon icra hakimiyyətindən icazə alınmasında “vasitəçi”lik missiyası Şahlar Həəsnova tapşırılıb.

İddia olunur ki, Masazır qəsəbəsində sənədsiz fərdi ev tikintisinin icazəsi 4-5 min manat arasında dəyişir.

Ötən illər bu rəqəm 2-3 min manat idi, ancaq Abidin Fərzəliyev dövründə qiymətlər artıb.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi evlərin tikintisinə himayədarlıq edən Masazır qəsəbə icra nümayəndəsi işləyən Şahlar Həsənov milyonçuya çevrilib.

Təkcə Masazır qəsəbəsində Şahlar Həsənov məxsus ancaq qardaşının adına sənədləşdirdiyi onlarla obyekt mövcuddur.

Mətbuatda təkzib edilməyən məlumatlara görə Şahlar Həsənov Masazırdakı kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qardaşı vasitəsilə onlarla fərdi ev tikdirərək satdırıb. Aylıq əmək haqqısı 800 manat olan qəsəbə icra nümayəndəsi Şahlar Həsənovun varidatı bir neçə milyonla ölçülür.

Məsələ ilə bağlı Masazır qəsəbə icra nümayəndəsi Şahlar Həsənovdan və rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.(Xalq.online)

Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq
Сегодня, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Сегодня, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Сегодня, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Сегодня, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Сегодня, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Сегодня, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Сегодня, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
Сегодня, 13:00
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Сегодня, 12:39
Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib