ƏLÇATMAZDAN YAXINLIĞA UZANAN BİR DOSTLUQ – Solmaz xanım Məmmədovanın 75 illik ömür zirvəsi
medeniyyet
Oxunub: 217
11 сен 2025 | 13:58


11 sentyabr 1950-ci il...
O gün dünyaya bir qız övladı gəldi. Valideynləri bu körpəyə ümid dolu, mənalı bir ad verdilər – Solmaz. Adı kimi ömrü də solmayan, əksinə daim yaşıl, daim təravətli, daim ümidverici bir çiçək oldu. Solmaz adı həm gözəlliyin, həm də davamlılığın rəmzi kimi bu gün də ona yaraşır.
Uşaqlıq illərimdə mənim üçün bir ulduz vardı – uzaqdan parlayan, amma qürur mənbəyi olan bir ulduz. O ulduz Solmaz xanım Məmmədova idi. Onun ayaq basdığı “Taxılçı” qəzetinin redaksiyası, sonralar isə “Yeni Gün” qəzetindəki fəaliyyətləri mənə əlçatmaz görünürdü. Amma uzaqdan-uzağa onun uğurlarını izləyir, fədakar əməyinə sevinir, imzası ilə qəlbimdə iftixar duyurdum. O, yalnız Cəlilabad rayonunun deyil, bütöv bölgəmizin ilk qadın jurnalisti idi. Bu adı daşımaq, cəsarətlə söz meydanına çıxmaq, həqiqətin səsi olmaq hər xanımın işi deyildi.
Bu gün isə həyatın gətirdiyi xoş təsadüflərə minnətdaram. Bir zamanlar mənim üçün əlçatmaz olan Solmaz xanım Məmmədova bu gün dostluq çevrəmin ən doğma insanlarından biridir. Onunla səmimi ünsiyyət qurmaq, söhbətindən zövq almaq, müdrik məsləhətlərini dinləmək mənim üçün böyük bir xoşbəxtlikdir.
Solmaz xanım, Siz bu gün ömrünüzün 75-ci baharına qədəm qoyursunuz. Bu rəqəm sadəcə bir yaş göstəricisi deyil, əslində, yarım əsrdən artıq şərəfli həyat yolunun, mübarizəli yaradıcılığın, fədakar əməyin simvoludur. Siz yüz yaşayın demirəm, çünki hər kəsin ömrü Tanrıdan gələn bir bəxşdir. Mən sizə arzu edirəm ki, Yaradanın sizə qismət etdiyi ömrü həmişə istədiyiniz kimi, arzularınıza uyğun, sevə-sevə yaşayasınız və yaradasınız.
Həyat yolunuz kimi qələminiz də daim işıqlı olub. Qələm əlinizdə silah, sözünüz isə həqiqətin carçısı olub. Gözəl insan, mübariz xanım, mərhəmətli dost, sevilən jurnalist – bütün bu adlar sizə yaraşır.
75 illik yubileyiniz, həm də dördüncü kitabınızın işıq üzü görüb sizə təqdim olunması münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizə sağlamlıq, firavan ömür, yaradıcılıq uğurları, övlad və nəvələrinizlə xoşbəxt günlər arzulayıram. Qoy ömrünüzün hər səhəri işıqlı, hər günü bərəkətli olsun.

Çünki siz – Solmazsınız.
Həyatın sərt küləklərində sınmayan,
İllərin tozuna boyun əyməyən,
Hər mövsümdə təravətli qalan bir çiçək,
Hər ürəyə işıq saçan bir insan...

Ən xoş arzularla:
✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
      11.09.2025
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq