“Təmiz Quba” MKTB-nin direktoruna rüşvət ittihamı! –REPORTAJ
“Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin direktoru Dəyanət Orucovun özünə müavin təyin etmək üçün Quba rayon sakini Rəşad Əmiraslanovdan rüşvət qismində 2500 manat vəsait alması ilə bağlı yeni faktlar üzə çıxıb.
Redaksiyamıza müraciət edən Quba rayon sakini Qafarov Həmid Yaşar oğlu bildirib ki, o, dostu Rəşad Əmiraslanovu “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinə işə düzəltmək üçün Dəyanət Orucovla görüşdürüb. İdarənin inzibati binasında baş tutan bu görüş zamanı Dəyanət Orucov Rəşad Əmiraslanovu həmin idarəyə işə düzəltməklə bağlı razılıq verib. Dəyanət Orucov Rəşad Əmiraslanovun həmin müəssisəyə direktor müavini vəzifəsinə təyin ediləcəyi vədini verib və bunun üçün ondan 5000 manat vəsait tələb edib. Bu vəsaitin yarısını, yəni 2500 manatını öncədən, qalan yarısını isə işə təyinatla bağlı əmr verildikdən sonra alacağını bildirib. Razılaşmadan qısa müddət sonra tərəflər Quba rayonunun Nügədi kəndi ərazisində görüşərək öncədən razılaşdırılmış olan 2500 manat vəsaiti Dəyanət Orucova veriblər. Bundan sonra Dəyanət Orucov onlara bildirib ki, qalan 2500 manatı da 1 həftə müddətində hazır etsinlər. O, bu təyinat üçün artıq müvafiq inzibati strukturun razılığının alındığını deyib.
Bir müddət sonra sözügedən vəzifəyə başqa bir şəxsin təyin olunduğu müəyyənləşir. Amma Dəyanət Orucov qarşı tərəfin bu narazılığını da onu başqa bir vəzifəyə təyin etməsi vədləri ilə sakitləşdirir. Amma bir müddət sonra vəd verdiyi həmin vəzifəyə də başqa bir təyinatın olduğu bəlli olur.
Qeyd edək ki, bu, vətəndaş Həmid Qafarovun Dəyanət Orucov tərəfindən düşürüldüyü ilk dələduzluq halı olmayıb. Belə ki, 2025-ci ilin 19 yanvar tarixində, yəni Dəyanət Orucov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru olduğu müddətdə Qafarov Həmid Yaşar oğlunun şəxsi mülkiyyətində olan 22 hektar bağ sahəsinə verilən subsidiyanın intensivlik prinsipinə əsasən hesablanması üçün ondan 5000 manat vəsait alıb.
Dəyanət Orucov vətəndaş Həmid Qafarovdan aldığı 5000 manat pulun qarşılığında onun bağ sahəsinin subsidiyasının intensiv hesablanması vədini versə də, bu vədinə tam olaraq müvəffəq ola bilməyib. Bağ sahəsinin 14 hektarı yoxlamaya düşmədən planlaşdırıldığı kimi keçirilsə də, aparılan monitorinq nəticəsində yerdə qalan 8 hektar bağın subsidiyasının intensiv hesablanması mümkün olmur. Beləliklə, hər hektar üçün 800 manat cərimə tərtib edilərək ümumilikdə 2 illik məhdudiyyət tətbiq edilir. Yaranan bu problemdən sonra Dəyanət Orucov Həmid Qafarova narahat olmamağı, məsələnin həll edilməsi üçün birbaşa olaraq KTN-nin müavininə zəng edərək xahiş etdiyini bildirib.
Sinxron.
Qeyd edək ki, Həmid Qafarov faktla bağlı olaraq Quba Rayon Prokurorluğuna müraciət edib. Vətəndaşa rayon prokurorluğundan bildirilib ki, faktla əlaqədar olaraq cinayət işi açılıb, araşdırmalar aparılır.(7times.az)
Сегодня, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Сегодня, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Сегодня, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Сегодня, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Сегодня, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Сегодня, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Сегодня, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Сегодня, 12:34
Bu gün qısa iş günüdür
Сегодня, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Сегодня, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Сегодня, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Сегодня, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Сегодня, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Сегодня, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Сегодня, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Сегодня, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Сегодня, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Сегодня, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Сегодня, 10:40
Bu rayonlara qar yağıb
Сегодня, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Сегодня, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Сегодня, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Сегодня, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Сегодня, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
Вчера, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
Вчера, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Вчера, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB