“Təbiət ağlayır, səlahiyyətlilər susur – Oğuz və Qax meşələrində ağac soyqırımı”
Ulu Öndərimiz “Heydər Əliyev deyirdi: ‘Hesab edin ki, mənim balalarımın başını kəsiblər’ – bu gün o sözlər niyə unudulub?
Oğuz rayonunun Xalxal və Qumlaq kəndlərində, eləcə də Qax rayonunun meşə massivlərində son aylarda meşələrin kütləvi şəkildə qırılması halları ciddi narahatlıq doğurur. Yerli sakinlərin sözlərinə görə, təbiətə qarşı bu vandalizm açıq-aşkar şəkildə həyata keçirilir – ağaclar amansızcasına kəsilərək odun, kömür və ya doğranmış taxta şəklində satışa çıxarılır.
Videolarda da göründüyü kimi, iri diametrli ağac gövdələri və gənc yaşlı ağac budaqları kəsilərək yığılıb, emal edilir. Bu hal təkcə bir neçə kəndin deyil, bütövlükdə Azərbaycanın ekoloji tarazlığı üçün ciddi təhlükə mənbəyidir.
Maraqlıdır ki, bu hadisələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun nəzdində fəaliyyət göstərən Meşələrin İnkişafı Xidmətinin gözü qarşısında baş verir. Xidmətin rəisi Ramik Əşrəfov, eləcə də Oğuz Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Əkram müəllim bu məsuliyyətsizliyə niyə göz yumur? Əgər bu qurumların vəzifəsi meşələri qorumaqdırsa, niyə bu qədər açıq şəkildə meşələrin talanmasına reaksiya verilmir?
Azərbaycan dövlətinin ekologiyanın qorunması ilə bağlı siyasəti hər zaman prioritet istiqamət olub. Ulu Öndər Heydər Əliyevin təbiət və meşələrin qorunması ilə bağlı sözləri millətə dərs olmuşdur. Onun bir kəlamı belə səslənir: “Hesab edin ki, mənim balalarımın başını kəsiblər.” Bu ifadə təbiətə, xüsusən də ağaclara qarşı edilən vandalizmi insanlıq və nəsillərə vurulan zərbə kimi dəyərləndirir və hər bir vətəndaşa təbiəti qorumağın nə qədər vacib olduğunu xatırladır.
Meşələrin qanunsuz qırılması təkcə bir neçə ağacın kəsilməsi demək deyil – bu, iqlim dəyişikliklərinə, torpaq eroziyasına, su balansının pozulmasına və ekosistemin dağılmasına səbəb olur. Hər kəs bilməlidir ki, bir ağacın böyüməsi onillər tələb edir, lakin onu baltalamaq bir neçə dəqiqəlik məsələdir.
Bu məsuliyyətsizlik yalnız yerli səviyyədə deyil, ölkə miqyasında diqqət mərkəzinə alınmalıdır. Oğuz və Qax rayonlarında baş verən bu hallar rayon prokurorluqları tərəfindən dərhal araşdırılmalı, Ekologiya Nazirliyi isə məsul şəxsləri müəyyən edib cəzalandırmalıdır. Hesabatlar, yoxlamalar və şəffaf istintaq prosesi olmadan bu cür talanların qarşısını almaq mümkün olmayacaq.
Azərbaycan təbiətinin qorunması, yaşıl fondun bərpası və meşə sahələrinin artırılması dövlətimizin uzunmüddətli strategiyasının əsas hissəsidir. Bu strategiyanı pozan, ağacları kəsib kömürə, oduna çevirən şəxslər təkcə təbiətə deyil, həm də dövlət siyasətinə və gələcək nəsillərə qarşı çıxmış olurlar.
Bu gün hər bir vicdanlı vətəndaşın borcudur ki, bu kimi halları ictimailəşdirsin, təbiətimizin qorunması uğrunda səsini ucaltsın. Çünki meşələr bizim tənəffüs etdiyimiz havadır, gələcək nəsillərin var olma təminatıdır. Dövlət qurumları isə vətəndaşların etimadını doğrultmaq üçün operativ və sərt tədbirlər görməlidir.
Сегодня, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Сегодня, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Сегодня, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Сегодня, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Сегодня, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Сегодня, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Сегодня, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Сегодня, 12:34
Bu gün qısa iş günüdür
Сегодня, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Сегодня, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Сегодня, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Сегодня, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Сегодня, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Сегодня, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Сегодня, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Сегодня, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Сегодня, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Сегодня, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Сегодня, 10:40
Bu rayonlara qar yağıb
Сегодня, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Сегодня, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Сегодня, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Сегодня, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Сегодня, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
Вчера, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
Вчера, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Вчера, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB