Reklamda “mükəmməl”, reallıqda isə antisanitariya: “City Park” restoranında gigiyena pozuntusu - VİDEO
gundem / sosial / video
Oxunub: 151
3 ноя 2025 | 09:27


Patrulaz.az redaksiyasına daxil olan videogörüntülərdə Gənclər Parkı ərazisində fəaliyyət göstərən və “CafeCity” restoranlar şəbəkəsinə məxsus olduğu iddia edilən “City Park” adlı restoranda gigiyena qaydalarına zidd halların baş verdiyi əks olunub.

Görüntülərdə bir neçə salafan paketə yığılmış, yeni kəsilmiş qoyun ətinin restorana gətirildiyi görünür. Kadrlardan aydın olur ki, ətlər kabab bişirilən hissəyə gətirilərkən pilləkənin yuxarı hissəsindən aşağı buraxılır. Bu zaman salafan torbaların kənar hissələrində olan ət parçaları pilləkənin səthi və döşəmə ilə birbaşa təmas edir.

Belə hallar qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi ziddir. Xüsusilə ictimai iaşə obyektlərində bu cür davranışlar müəssisənin reputasiyasına zərbə vurmaqla yanaşı, istehlakçıların sağlamlığı üçün də real təhlükə yaradır.

Restoranın sosial platformalarda paylaşdığı reklam çarxlarında hər şeyin “mükəmməl və standartlara uyğun” göstərilməsinə baxmayaraq, videogörüntülər müştərilərin görə bilmədiyi hissələrdə gigiyenik qaydalara əməl olunmadığını göstərir.

Məsələ ilə bağlı “Patrulaz” qarşı tərəfin mövqeyini öyrənmək üçün restoranın rəsmi əlaqə nömrəsi ilə əlaqə saxlayıb. Qarşı tərəfdən verilən məlumatda sualların rəhbərliyə çatdırılacağı və redaksiya ilə əlaqə saxlanılacağı bildirilsə də, bu vaxtadək cavab verilməyib.


Сегодня, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Сегодня, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Сегодня, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Сегодня, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Сегодня, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Сегодня, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Сегодня, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Сегодня, 12:34
Bu gün qısa iş günüdür
Сегодня, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Сегодня, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Сегодня, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Сегодня, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Сегодня, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Сегодня, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Сегодня, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Сегодня, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Сегодня, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Сегодня, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Сегодня, 10:40
Bu rayonlara qar yağıb
Сегодня, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Сегодня, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Сегодня, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Сегодня, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Сегодня, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
Вчера, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
Вчера, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Вчера, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB