“Binəqədi Park” MMC-nin səndəszi evləri necə satır?
gundem / bolge
Oxunub: 226
21 ноя 2025 | 11:13


Binəqədi Park” MMC-nin dələduzluqla məşğul olmaqda və sənədsiz evləri sənədli ev adıyla satışa çıxarmaqda ittiham olunur.

XALQ xəbər verir ki,bununla bağlı Mayis Hacıyev adlı şəxs Bakues.az-a şikayət məktubu göndərib.

Şikayətçinin sözlərinə görə, özünə və ailə üzvlərinə məxsus avtomobilləri “Binəqədi Park” MMC-ın inşa etdiyi evlərlə barter etmək qərarına gəlib. Lakin gözlənilməz xoşagəlməz halla razılaşıb.O,artıq 11 aydır maşınlarını itirməklə yanaşı, aldığı evləri də təhvil almayıb. Şirkət isə gün uzatmaqla, vaxt qazanmağa çalışır.

Maraqlı məqamlardan biri də odur ki, Şirkət rəhbərliyi müxtəlif vəzifəli şəxslərin adından sui-istifadə edərək, insanları aldatmağa davam edir.

Şiayətçinin üzləşdiyi problemi əks etdirən şikayət məktubunu təqdim edirik:

“2025-ci ilin yanvar ayında öz ailəmizə məxsus olan maşınlarımız var idi. Atamın səhhətində yüngül problemlər olduğuna görə həkim ona maşın sürməyə icazə vermədi. Atam Parkinson xəstəsi, qardaşım isə talassemiya daşıyıcısıdır.

Bir gün bizə təklif olundu ki, evlərlə maşın barter olunur. Evdə belə qərara gəldik ki, avtomobillərimizi evlə barter edək. Evdir də yatırımdır, qalsın. Ona görə də öz maşınımı, atamın və qardaşımın maşınını evlə barter etmək üçün Kazımov Elvin və Kazımov Nazim adlı şəxslərlə görüşdük. Onlar maşınları qiymətləndirdiklərini, evlərin qiymətinin aylıq ödənişi 1100 manatdan olduğunu və barter edəcəklərini bildirdilər. Dedim hə, bir tanış olaq evlərlə, zadla. Getdik evlərə baxdıq. Orada mənə dedilər ki, sənə evi 900 manatdan verəcəyik, ümumi məbləğ isə 189 min manat edir. Biz razılaşdıq. Mənə dedilər ki, sənə 210 kvadratmetrlik ev düşür, 4 mənzildir. Dedim, yaxşı. Daha sonra maşınlar onların adına keçirildi. Mənim sənədlərimi yazdılar, getdim qol çəkdim. Qol çəkəndə gördüm ki, 900 manatdan mənə deyilən evi 650 manatdan yazıblar. Dedim qardaş, niyə 650 manatdan yazıbsınız? Mən 900 manatdan almışam. Sənəddə 650 manatdan satıldığı yazılır, bu nədir?! Dedilər ki, “Verginin çox faiz tutmaması üçün 650 manat göstəririk. Sən narahat olma, hamıya belə yazmışıq”. Mən də inandım.

Bir neçə gündən sonra şirkətin rəhbəri Elvin Kazımova zəng etdim ki, atamın vəziyyəti yaxşıya doğru getmir, daha da pisləşib.

Əməliyyat lazım olacaq. Əməliyyatı xarici ölkədə etdirəcəyik. Elvinə dedim ki, səninlə danışmışdıq. Razılaşmışdıq ki, lazım olarsa, bir ayın içində evlərimi satıb pulunu verəcək. Elvin evi satacağı halda 850 manatdan hesablayacağını bildirdi. Dedim problem yoxdur, söhbət mənim valideynimdən gedir. Onun həyatda qalması üçün bunu etməliyəm. Halbuki camaat ev alır, üstündə qazanc tutur”.
Mayis Hacıyev onu da bildirib ki, söhbətlərinin üstündən 1 ay keçəndən sonra dəfələrlə yığandan sonra Elvinlə görüşüb. O, evlərin dördünü də satdığını bildirərək, 5000 manat beh aldığını bildirib.
“Dedim hə, problem yoxdur, lap yaxşı. Neçə günə? Dedi 10 gün. Bu 10 gün oldu bir ay, bir ay oldu iki ay… Dedim Elvin, mən bunu satmalıyam, vacibdir, mənim atamın gündən-günə həyatda qalmaq şansı çox azalır. Elvin dəfələrlə görüş adı ilə məni aldatdı. Günləri uzada-uzada bu insan bizim başımıza oyun açdı. Elvinə evlərin satılması üçün çəkiliş aparılmasını istədiyimi bildirdim. Bununla razılaşmadı. Sonra anladıq ki, binanın sənədləri düzgün deyil, ona görə də çəkilişin olmasını istəmir.
Artıq 11 aydır ki, bu insan bizim pulumuzu vermir. Bundan başqa, vəzifəli şəxslərin adından sui-istifadə edərək, dələduzluğuna davam edir”, – deyə şikayətçi qeyd edib.
İrəli sürülən ittihamla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Сегодня, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Сегодня, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Сегодня, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Сегодня, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Сегодня, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Сегодня, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Сегодня, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Сегодня, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Сегодня, 10:05
Neft ucuzlaşmağa davam edir
Сегодня, 09:58
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Сегодня, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Сегодня, 09:36
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
Сегодня, 09:32
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”