Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO
Azərbaycanda meşələr illərdir çox müsibət görüb. Amma İsmayıllı tərəflərdə indi danışılanları eşidən ağaclar belə kökündən titrəyir. Deyirlər ki, vəzifəyə yenidən qayıdan Əfqan Qəribovun meşəyə ayağı dəyən andan etibarən quşlar “uçuş planı”nı dəyişib, çaşqın ayılar meşədən çıxmaq üçün növbəyə dayanıb, cüyürlər də “qorxu altında yaşama paketi” axtarmağa başlayıb.
El arasında bir söz gəzir:“Əfqan gəlibsə, meşə susmur — çığıra-çığıra məhv olur.”
Hətta deyirlər ki, meşədə iki ay ərzində o qədər ağac kəsilib ki, meşənin özü belə utanıb soruşubmuş:
— Bəs mənim ölüm kağızım hardadır?
“Qayıdan qəhrəman” əfsanəsi
Xalq arasında yayılan söhbətə görə, vaxtilə müəyyən qurumlarda “cinayət işi epizodları” ilə bağlı adının çəkildiyi bir dönəmdən sonra adamın ekologiyaya bu qədər tez qayıtması meşəni də, heyvanı da çaş-baş salıb.
Quşlar arasında belə bir zarafat yayılıbmış:
— Qardaşlar, bu adamı kim geri yolladı? Meşə yox, qayıdış parkıdır bura?
Heyvanların, ağacların və hətta küləyin belə başa düşmədiyi məsələ birdir: təbiəti məhv edən niyə təbiətin başına gətirilir?
Meşə heyvanlarının “qara siyahısı”
Satirik xəbərlərə görə, vəzifəyə qayıdan “qanuni ovçu”nun meşəyə girişi ilə heyvanlar arasında panika yaranıb. Çünki xalq arasında dolaşan ləqəb…
“Şahdağ Milli Meşələrin Qazan Xanı”
…görünür boş yerə yaranmayıb.
Deyilənə görə, meşəyə girən heyvanın son arzusu belə olurmuş:
— Qazanda qaynamayım, o biri dünyada rahat olum…
Bir neçə dovşan hətta izahat verib:
— Biz təkcə canımızdan qorxmurduq, qazanlara düşməkdən də qorxurduq!
Meşənin öz dili ilə tənqid
Meşənin dilindən danışırlar ki, bir axşamüstü meşə ağacları küləyə belə deyib:
— Ay külək, sən əsəndə yarpağım tökülürdü. Amma bu adam gələndən gövdəm tökülür. Bu necə vəzifədir, mənim üstümdə niyə sınaqdan çıxarılır?
Külək cavab veribmiş:
— Mən dövlət strukturu deyiləm, qəbul ərizəsinə baxa bilmirəm.
Ağac isə kövrək, amma sərt tonda:
— Bizi kəsənlər çox olub, amma bizi təhqir edən bu qədər olmayıb!
Nazirliyin "başbilən"lərinə müraciət
Vətəndaşların dilində yayılan sərt şikayət belədir:
“Hörmətli cənab nazir müavinləri, biz Sizdən tələb edirik — bəli, artıq xahiş yox, tələb — təbiəti məhv edənlərə yol verilməsin. Meşə xalqın sərvətidir, heç kimin şəxsi qazanı deyil. Təbiəti qıran adam ekologiyanın başında ola bilməz. Qoy araşdırma aparılsın, ölçü götürülsün, meşələrimiz bu cür şəxslərin təcrübə poliqonuna çevrilməsin.”
Bu xalqın artıq səbir qazanı daşır.
Meşə isə qazan deyil – yaşamaq istəyir.
Ya meşə qalacaq, ya da meşəni qaynadanlar.
Qaynarxeber.az
Сегодня, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Сегодня, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Сегодня, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Сегодня, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Сегодня, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Сегодня, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Сегодня, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Сегодня, 12:34
Bu gün qısa iş günüdür
Сегодня, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Сегодня, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Сегодня, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Сегодня, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Сегодня, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Сегодня, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Сегодня, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Сегодня, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Сегодня, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Сегодня, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Сегодня, 10:40
Bu rayonlara qar yağıb
Сегодня, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Сегодня, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Сегодня, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Сегодня, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Сегодня, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
Вчера, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
Вчера, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Вчера, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB