Paşinyanın İranla imzalayacağı o SƏNƏD... – “Ermənisayağı” addım
Ermənistanın baş naziri Nikol Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.
Bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib. Onun sözlərinə görə, tərəflər tərəfdaşlığı institusionallaşdırmaq və yol xəritəsinə əsasən əməkdaşlığı genişləndirmək niyyətindədirlər. O, münasibətlərin yetkinlik mərhələsinə çatdığını və liderlər arasında etimadın əsas amil olaraq qaldığını vurğulayıb. Diplomat həmçinin Cənubi Qafqazda sabitliyin əsası kimi regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
İmzalanacaq sənəd İrəvana nə verəcək? Bunu ermənisayağı “balans siyasəti” adlandırmaq olarmı? Rəsmi Bakı necə, indiyədək Tehranla belə anlaşma imzalayıbmı?
Politoloq Züriyə Qarayeva Musavat.com-a deyib ki, Ermənistan ABŞ vitse-prezidentinin səfərindən sonra İran və Rusiya ilə münasibətlərə yenidən baxır. Onun fikrincə, İrəvan ehtiyatı əldən vermək istəməsə də, nə Tehranı, nə də Moskvanı Paşinyan iqtidarı qane edir: "Son zamanlar İrandan Ermənistan hökumətinə ittihamlar artıb. Xüsusən də Zəngəzur dəhlizi mövzusunda, həmçinin ABŞ-la imzalanan sənədlərlə bağlı Tehran öz narazılığını bildirir. İran "qardaş" dediyi Ermənistanın onun sərhədlərinə ABŞ və Avropa İttifaqını necə yerləşdirdiyini müşahidə edir. Halbuki dünənə qədər Azərbaycana əsassız tənqidlər səslənirdi. İndi Tehran görsün ki, bağrına basıb qucaqladığı erməni tərəfi Qərblə necə yaxınlaşır. Biz xatırlayırıq ki, İran rəsmiləri "Cənubi Qafqazın sərhədləri dəyişə bilməz" deyərək Zəngəzur koridoruna etiraz edirdilər. İndi Ermənistan İranın düşməni ABŞ-la razılaşaraq o logistikanı da açır, üstəlik, adı "Tramp yolu"dur. Sadəcə, indi reallıq dəyişib, yəni İranın əvvəlki gücü yoxdur, ona görə də Ermənistanla anlaşma tərəfdarıdır. Paşinyan da hesab edir ki, bu vəziyyətdə region ölkələri ilə əlaqələri balanslı saxlamaq lazımdır".
Ekspertin sözlərinə görə, İranla Ermənistan arasında imzalanacaq sənədi ABŞ-la olan xartiya ilə müqayisə etmək olmaz: “Çünki Birləşmiş Ştatlar İrəvana çox böyük strateji dəstək nəzərdə tutur. Eyni zamanda, atom elektrik stansiyaları tikilə bilər ki, bu da ermənilərin Rusiya və İrandan enerji asılılığını azaldacaq. İranla olan münasibətlər isə sırf qonşuluq prinsiplərinə söykənir. Artıq Paşinyanın addımları İranı qane etmir”.
Yada salaq ki, rəsmi Tehran bir müddət əvvəl Ermənistanla aparılan danışıqlar barədə açıqlama yayıb və Zəngəzur dəhlizi – “Tramp yolu” ilə bağlı təminat aldıqlarını bəyan edib: “Qeyri-regional aktorların müdaxiləsinə həssaslıq açıq şəkildə ifadə edilib, Ermənistan tərəfinin bəyanatları dinlənilib. ABŞ şirkətləri ilə hər hansı əməkdaşlığın Ermənistan qanunlarına uyğun olaraq qeydə alınacağına dair təminat alınıb. Qarşı tərəfə bildirilib ki, nəqliyyat və kommunikasiya marşrutlarına hər hansı maneə beynəlxalq səviyyədə tanınmış sərhədlər və Ermənistanın suverenliyi ilə ziddiyyət təşkil etməməli, regionun geosiyasi strukturunu dəyişdirməməlidir".
Сегодня, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Вчера, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
Вчера, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
Вчера, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
Вчера, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Вчера, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
Вчера, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
Вчера, 10:39
Əli Əsədov yeni qərar imzaladı
Вчера, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Вчера, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Вчера, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
Вчера, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Вчера, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
Вчера, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Вчера, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
Вчера, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
Вчера, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
Вчера, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
3-08-2026, 13:49
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
3-08-2026, 13:08
Rəsmi Bakı Pakistana başsağlığı verdi
3-08-2026, 12:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
3-08-2026, 12:50
Prezident açılışda - Fotolar
3-08-2026, 12:14
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi