“Meşəni kürüdülər, məni isə işdən çıxardılar” – Meşə gözətçsindən şok iddialar
İsmayıllı meşələrində ağacların kütləvi qırılması və meşə ərazisində tikintilərin aparılması ilə bağlı rayonunun Qalınçaq kənd sakini Qurbani İlyaz oğlu Məcidov dövlət qurumlarına ardıcıl şikayətlər edir. Uzun illər meşə gözətçisi işləmiş Qurbani Məcidov Musavat.com-a deyib ki, İsmayıllının Qurbanəfəndi kəndinin ərazisindəki meşə zolağında Meşələrin Mühafizə Xidmətinin rəis müavini Cabbar Qəribov özünə yeməkxana tikdirib. O bildirib ki, İsmayıllı meşələrindən 200 hektar ərazinin məmurlardan birinə icrayə verilməsi də Cabbar Qəribovun iştirakı ilə baş tutub.
Şikayətçinin sözlərinə görə, İsmayıllı Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsində illərdir davam edən qanunsuzluqlar həm meşələrin talanına, həm də etiraz edən əməkdaşların cəzalandırılmasına gətirib çıxarıb.
Q.Məcidov deyir ki, 2017-ci ildə onun gözətçilik etdiyi Qalınçaq meşəbəyiliyinin 4A saylı dolayısına aid təxminən 200 hektar ərazi hərraca çıxarılıb və imkanlı, tanınmış bir şəxsə verilib. Həmin dövrdə müəssisədə baş meşəçi vəzifəsində çalışan Cabbar Qəribovun iştirakı və imzası ilə bu proses həyata keçirilib. Məcidov iddia edir ki, bundan sonra əraziyə ağır texnika yeridilib, hektarlarla meşə və qoz bağları məhv edilib: “İri texnikalarla meşəni kürüdülər. Qoz bağlarını yerlə-yeksan etdilər. Mən buna etiraz etdim və nəticədə məni işdən çıxardılar”.
Onun sözlərinə görə, etiraz etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunub.
Şikayətçi bildirir ki, məsələni ictimailəşdirdikdən sonra bir ay ərzində yenidən işə götürülsə də, əvvəlki vəzifəsinə deyil, fəhlə kimi qəbul edilib.
“Babam da, atam da meşə gözətçisi olub. Mən də 2001-ci ildən bu işdə çalışmışam. Amma qanunsuzluğa etiraz etdiyim üçün vəzifəm aşağı salındı”, – deyə o vurğulayır.
Qurbani Məcidov daha sonra müəssisəyə meşəçilik sahəsində təcrübəsi olmayan bir hərbçinin rəhbər təyin olunduğunu iddia edir. Onun sözlərinə görə, həmin dövrdə də meşə qırıntıları və torpaq satışı halları davam edib. O, Quliyev Rəsul adlı şəxsin meşə torpaqlarını qanunsuz şəkildə satdığını, sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edir. Lakin etiraz edənlərin, o cümlədən özünün yenidən işdən uzaqlaşdırıldığını bildirir.
2017-ci ildə Qalınçaq meşəbəyiliyində 200 hektar ərazi hərraca çıxarılıbmı?
Meşənin hərrac yolu ilə satılması niyə ictimaiyyətdən gizlədilib? Həmin ərazidə kütləvi qırıntılar olubmu?
Cavab gözləyirik. Çünki söhbət bir nəfərin işindən yox, dövlətin, millətin meşələrinin taleyindən gedir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Сегодня, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Сегодня, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Сегодня, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Сегодня, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Сегодня, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Сегодня, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Сегодня, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Сегодня, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Сегодня, 10:05
Neft ucuzlaşmağa davam edir
Сегодня, 09:58
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Сегодня, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Сегодня, 09:36
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
Сегодня, 09:32
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”