17 il sonra İLK - Bakı GÜNDOĞAN ölkəni yenidən “kəşf edir”
siyaset
Oxunub: 3
11 июн 2026 | 11:38
17 il sonra İLK - Bakı GÜNDOĞAN ölkəni yenidən “kəşf edir”


Xaric işlər naziri Ceyhun Bayramovun Yaponiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycan XİN rəhbərinin son 17 ildə ilk dəfə Tokioya səfər etməsi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqinin açıqlamaları da təsdiqləyir ki, tərəflər yalnız əməkdaşlığın genişləndirilməsini deyil, eyni zamanda daha geniş strateji dialoqun formalaşdırılmasını hədəfləyir.

Musavat.com qeyd edir ki, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərində qurulub. İlk illərdən etibarən Tokio Bakını enerji sahəsində perspektivli tərəfdaş kimi görüb. Yapon şirkətləri Xəzər dənizində yerləşən neft yataqlarının işlənməsində fəal iştirak ediblər.

Eyni zamanda, humanitar əməkdaşlıq da inkişaf edib. Yaponiya 1990–2000-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib. Bu çərçivədə yaşayış şəraitinin yaxşılaşdırılması, infrastrukturun inkişafı və sosial inteqrasiya istiqamətində mühüm addımlar atılıb. Rəsmi Tokio münaqişə ilə bağlı həmişə balanslı mövqe sərgiləyərək, məsələnin beynəlxalq hüquq normaları – dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında həllini dəstəkləyib. Bu gün Yaponiya dünyanın aparıcı iqtisadi güclərindən biri olaraq qalır. O, qlobal iqtisadiyyatda mühüm investor, texnologiya mərkəzi və Hind-Sakit okean regionunda əsas geosiyasi aktorlardan biridir.

Ekspertlərin fikrincə, Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbə ölkənin beynəlxalq mövqeyini ciddi şəkildə gücləndirib. Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi çıxış edir.

Bu kontekstdə Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Qlobal logistika zəncirlərinin dəyişdiyi bir dövrdə bu marşrut Yaponiya üçün də maraq doğurur. Bundan əlavə, enerji əməkdaşlığı da əsas istiqamətlərdən biri olaraq qalır – Azərbaycan artıq Yaponiyaya xam neft ixrac edir.

Səfər çərçivəsində tərəflər regional və qlobal məsələləri də müzakirə edirlər. Bu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər geniş coğrafiyanı əhatə edir. Eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı dəstək də münasibətlərin dərinləşdiyini göstərir. Nəticə etibarilə, Ceyhun Bayramovun Yaponiyaya səfəri Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin gücləndiyini və ölkənin qlobal geosiyasi və iqtisadi sistemdə rolunun artdığını bir daha nümayiş etdirir.

Siyasi şərhçi Xəyal Bəşirovun dediyinə görə, iki ölkə arasında əlaqələr əsasən iqtisadi və humanitar sahələri əhatə edir. Ekspert yada salıb ki, hələ 2004-cü ildə "İnpex" şirkəti Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrində iştirak edib. "2006-cı ildə cənab İlham Əliyev Yaponiyaya rəsmi səfər edib. O zaman Yaponiyanın baş naziri ilə dostluq və əməkdaşlığın gələcək inkişafı haqqında birgə bəyannamə imzalanmışdı. Baxmayaraq ki, coğrafiyamızdan uzaq ölkədir, amma münasibətlər həmişə inkişafda olub. Xüsusən də təhsil sahəsində müxtəlif layihələr həyata keçirilib. Nazir Ceyhun Bayramovun səfəri də ikitərəfli əlaqələrin inkişafına yenidən baxmaq və təkan vermək baxımdan əhəmiyyətlidir. Nəzərə alaq ki, Yaponiya spesifik dövlətdir, özünəməxsus ənənələri və xarici siyasəti var. İkitərəfli iqtisadi münasibətlərdə enerji, nəqliyyat, investisiya və ticarət sahələri aparıcı yer tutur”,_ deyə X.Bəşirov nazirin Tokioya gedişini belə şərh edib.

Onun sözlərinə görə, Yaponiya Azərbaycanın əsas texnologiya və sənaye tərəfdaşlarından biridir: “Ötən il SOCAR rəhbərliyi "yaşıl enerji" sahəsində Yaponiya ilə müzakirələr aparıb, sənəd imzalanıb. Yəni belə bir inkişaf etmiş dövlətlə əməkdaşlığın spektri genişdir. Bundan əlavə, Yaponiya hökuməti işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirakda maraqlıdır. Eyni zamanda, ANAMA-nın mina təmizləmə işlərinə də Yaponiyanın texniki dəstəyi var. Odur ki, səfər əlaqələrin hərtərəfli güclənməsi üçün vacibdir".
Onun bildirdiyinə görə, Yaponiya Azərbaycanda təhsil ocaqlarının tikintisi və bərpası sahəsində təmənnasız yardıma görə birinci yeri tutur: "Həmçinin, Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar və digər sahələrdə də əməkdaşlıq inkişaf edir. Məncə, səfərin siyasi məqsədlərindən daha çox iqtisadi, humanitar niyyəti, əməkdaşlığı gücləndirmək hədəfi var. Əlbəttə, Yaponiya G20 ölkəsidir, beynəlxalq siyasətdə ABŞ ilə eyni strategiyanı davam etdirir, amma Azərbaycanla əlaqələrdə qeyd etdiyim sahələr üzrə əməkdaşlığı dərinləşdirmək marağı daha çoxdur. İndi də Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir. Bu da əməkdaşlığı inkişaf etdirəcək".
Сегодня, 13:28
Cadugərlik xofunun hərbi hissəyə sızması: Sumqayıtda (Nasosnu) "Fatimə" xofbazarının pərdəarxası
Сегодня, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
Сегодня, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Сегодня, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Сегодня, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Сегодня, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
Сегодня, 10:19
Polis əməliyyat keçirdi
Сегодня, 10:10
Şuşada TDT Forumu keçirilir
Сегодня, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Вчера, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
Вчера, 16:04
Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
Вчера, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Вчера, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
Вчера, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Вчера, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Вчера, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Вчера, 12:47
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Вчера, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Вчера, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
Вчера, 11:59
Orta aylıq maaş 1200 manata çatır
Вчера, 11:24
Prezident həmkarını təbrik etdi
Вчера, 10:50
Həmin şagird hoteldə ölübmüş
Вчера, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Вчера, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
Вчера, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Вчера, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
Вчера, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir