İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
siyaset
Oxunub: 16
23 июн 2026 | 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək


22 iyunda İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında əldə olunan ilkin razılaşmalar, xüsusilə İran neftinin ixracına müəyyən güzəştlər, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, İraın bəzi dondurulmuş aktivlərinin açılması və nüvə məsələləri üzrə texniki danışıqların davam etdirilməsi regionda geosiyasi mühitə birbaşa və dolayı təsirlərini göstərə bilər.

Ekspertlərin fikrincə, əgər İsveçrə danışıqları növbəti 60 gün ərzində daha geniş sazişlə nəticələnsə, Azərbaycan-İran münasibətlərində son illərin ən əlverişli dövrü yarana bilər. Bakı üçün əsas üstünlüklər tranzit gəlirlərinin artması, sərhəd əməkdaşlığının genişlənməsi və regionda təhlükəsizlik risklərinin azalması olacaq. Lakin proses hələ ilkin mərhələdədir və yekun nəticə danışıqların davamından, nüvə məsələsində əldə olunacaq kompromislərdən və ABŞ-İran etimadının nə dərəcədə möhkəmlənəcəyindən asılıdır.

İndiki razılaşmalar fonunda Azərbaycan-İran münasibətlərinin inkişafı üçün bir neçə mühüm istiqamət görünür. Belə ki, ABŞ və İran arasında gərginliyin azalması və sülh İran iqtisadiyyatının qismən açılmasına səbəb olarsa, Azərbaycan üçün Şimal-Cənub nəqliyyat dəhlizi və sərhədyanı ticarət layihələrinin əhəmiyyəti arta bilər. İranın beynəlxalq maliyyə və logistika sistemlərinə qayıdışı Azərbaycan üzərindən keçən tranzit marşrutlarının da yük həcmini artırmaq potensialına malikdir.

Bundan başqa, Hörmüz boğazında sabitliyin bərpası və regional risklərin azalması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu gücləndirə bilər. Bakı həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında öz mövqeyini daha rahat şəkildə genişləndirmək imkanı əldə edər. Bu, İranla dəmir yolu və yükdaşımalar sahəsində əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.

Son illərdə Azərbaycan-İran münasibətlərində müşahidə olunan gərginliklərin əsas səbəblərindən birinin regional təhlükəsizlik məsələləri olduğu sirr deyil. Siyasi ekspertlərin qənaətincə, ABŞ-İran münasibətlərində yumşalma baş verərsə, Tehran xarici təzyiqlərin azalması fonunda qonşularla münasibətləri sabitləşdirməyə daha çox maraq göstərə bilər. Bu isə Bakı ilə Tehran arasında siyasi dialoqun intensivləşməsinə kömək edəcək. Eyni zamanda, İranın Qərblə münasibətlərinin normallaşması onun Cənubi Qafqaz siyasətinə də təsir göstərəcəyi ehtimalını artırır. Tehranın diqqətinin qlobal böhranlardan iqtisadi bərpaya yönəlməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinə daha praqmatik yanaşmanı təşviq edə bilər. İran regionda yeni qarşıdurmalardan deyil, sabitlikdən fayda əldə etməyə çalışacaq.

İqtisadçılar isə hesab edir ki, İran neftinin və qazının dünya bazarına daha geniş çıxışı reallaşarsa bu, müəyyən mənada enerji bazarında rəqabəti artıracaq. Bununla belə, Azərbaycanın enerji ixracı əsasən uzunmüddətli müqavilələrə söykəndiyi üçün bizim üçün ciddi risk görünmür. Əksinə, bəzi regional enerji və elektrik ötürmə layihələrində Azərbaycan üçün əməkdaşlıq imkanları yarana bilər.
Сегодня, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Сегодня, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Сегодня, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Сегодня, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Сегодня, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Сегодня, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Сегодня, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Сегодня, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir
Вчера, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR