İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu

Cənubi Qafqaz növbəti dəfə böyük geosiyasi qarşıdurmanın episentrinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Son aylarda Ermənistanın Avropa İttifaqına ilə sürətlə yaxınlaşması, Brüsselin İrəvana siyasi, iqtisadi və institusional dəstəyinin artması Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya rəsmilərinin ard-arda səsləndirdiyi xəbərdarlıqlar göstərir ki, Kreml Ermənistanın öz geosiyasi təsir dairəsindən çıxması cəhdlərini strateji təhlükə kimi qiymətləndirir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin İrəvana gözlənilən səfəri və Avropa İttifaqının Ermənistana ayırdığı yeni maliyyə paketləri, əslində təkcə iqtisadi əməkdaşlıq məsələsi deyil. Bu, Avropa ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən daha böyük geosiyasi mübarizənin tərkib hissəsidir. Məhz buna görə də Moskvanın reaksiyası adi diplomatik narazılıq çərçivəsini çoxdan aşmağa başlayıb.
Kremlin xəbərdarlıqları təsadüfi deyil
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistanın “Ukrayna taleyini yaşaya biləcəyi” barədə açıqlaması təsadüfi ifadə sayıla bilməz. Bu bəyanat Kremlin İrəvanın xarici siyasət kursunu dəyişməsindən ciddi narahat olduğunu göstərir.
Y.Uşakovun fikirlərində diqqəti çəkən məqam ondan ibarətdir ki, Moskva Ermənistan cəmiyyətində tarixə, coğrafiyaya və ənənəvi müttəfiqlik münasibətlərinə yenidən baxılması meyllərini təhlükəli proses kimi qiymətləndirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ursula fon der Lyayenin Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı məktubda yazılan fikirləri sərt tənqid etməsi də eyni narahatlığın ifadəsidir. Lavrovun “rəngli inqilablar” və “məxməri inqilablar” barədə söylədikləri Kremlin Avropa İttifaqını postsovet məkanında geosiyasi rəqib kimi qəbul etdiyini bir daha göstərir.
Əslində Moskvanın narahatlığının səbəbi sadədir. Ermənistan uzun illər Rusiyanın hərbi, siyasi və iqtisadi təsir sisteminin mühüm elementlərindən biri olub. İndi isə İrəvanın Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Kremlin regional mövqelərinin zəifləməsi kimi qəbul edilir.
Ermənistan geosiyasi seçim qarşısında
Bu gün Ermənistan faktiki olaraq iki geosiyasi qütb arasında seçim etməyə çalışır. Bir tərəfdə təhlükəsizlik sistemləri, iqtisadi əlaqələr və tarixi münasibətlərlə bağlı olduğu Rusiya var. Digər tərəfdə isə maliyyə dəstəyi, siyasi himayə və inteqrasiya perspektivləri vəd edən Avropa İttifaqı dayanır. Lakin problem ondadır ki, Ermənistanın bu keçid prosesi sakit və ağrısız baş vermir.
Rusiya artıq iqtisadi rıçaqlardan istifadə etməyə başlayıb. Ermənistan məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşdırılması, tranzit problemlərinin yaradılması və müxtəlif ticarət məhdudiyyətləri bunun ilk əlamətləridir.
Brüssel isə buna cavab olaraq Ermənistana milyonlarla avroluq maliyyə yardımları ayırır. Avropa Komissiyasının rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır. Beləliklə, Ermənistan artıq iki böyük geosiyasi mərkəzin rəqabət deyil, savaş meydanına çevrilib.
Risk təkcə Ermənistan üçün deyil
Ən təhlükəli məqam isə odur ki, bu qarşıdurmanın nəticələri yalnız Ermənistanla məhdudlaşmaya bilər. Cənubi Qafqaz onsuz da müxtəlif qlobal və regional maraqların kəsişdiyi mürəkkəb geosiyasi məkandır. Burada Rusiya, Avropa İttifaqı, ABŞ, Türkiyə, Çin, İran və digər güclərin maraqları toqquşur. Əgər Ermənistan-Rusiya münasibətlərində böhran daha da dərinləşərsə, bu, regionda yeni siyasi və iqtisadi gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Nəqliyyat-kommunikasiya layihələri, enerji marşrutları, ticarət əlaqələri və təhlükəsizlik məsələləri bu prosesdən birbaşa təsirlənə bilər.
Böyük güclərin rəqabətinin kəskinləşməsi region ölkələrinin seçim imkanlarını daralda, onları əlavə təzyiqlərlə üz-üzə qoya bilər. Tarix dəfələrlə göstərib ki, kiçik dövlətlər böyük güclərin geosiyasi qarşıdurmasının ön xəttinə çevrildikdə ən böyük zərəri məhz həmin ölkələrin özləri çəkirlər.
Ermənistan üçün ən böyük sınaq
Bu gün Ermənistanın qarşısında duran əsas vəzifə geosiyasi seçim etməkdən daha çox, geosiyasi qarşıdurmanın qurbanına çevrilməməkdir.
İrəvanın Avropa ilə əməkdaşlıq etməsi onun suveren hüququdur. Lakin eyni zamanda regionun geosiyasi reallıqları da nəzərə alınmalıdır.
Ukrayna müharibəsinin fonunda Rusiya postsovet məkanında təsir imkanlarının azalmasına son dərəcə həssas yanaşır. Məhz buna görə də Kremlin Ermənistanla bağlı ritorikası getdikcə sərtləşir. Bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ancaq bir həqiqət artıq aydındır: Ermənistan təkcə öz gələcəyini deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi sabitliyinə təsir edə biləcək mürəkkəb bir yol ayrıcına gəlib çıxıb.
Əgər böyük güclərin rəqabəti nəzarətdən çıxarsa, bunun yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik riskləri regionun bütün ölkələri üçün yeni problemlər yarada bilər. Məhz buna görə də Cənubi Qafqazın gələcəyi xarici güclərin qarşıdurma meydanına deyil, əməkdaşlıq və qarşılıqlı maraqların uzlaşdırıldığı məkana çevrilməsindən keçir.
Сегодня, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Сегодня, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Сегодня, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Сегодня, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Сегодня, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Сегодня, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Сегодня, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir
Вчера, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu