AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?

Bakı şəhəri Suraxanı rayonu Şovqiyar Abdullayev küçəsinin sakinləri yaşadıqları ərazidə yol örtüyünün uzun illərdir bərbad vəziyyətdə qalmasından narazıdırlar. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.
Musavat.com-a müraciət edən sakinlər bildirirlər ki, küçənin asfaltlanması məqsədilə kollektiv şəkildə Suraxanı bələdiyyəsinə rəsmi ərizə təqdim ediblər.
Müraciət bələdiyyə sədri Nəsib İsmayılov tərəfindən qəbul olunub və onlara bildirilib ki, məsələ baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) göndərilib. Lakin həmin vaxtdan bəri nə Agentlik tərəfindən hər hansı rəsmi cavab verilib, nə də yolun təmiri ilə bağlı konkret tarix açıqlanıb.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə AAYDA-dan məsələ ilə bağlı məlumat almağa çalışsalar da, nəticə əldə edə bilməyiblər. Onlar deyirlər ki, ən azından yolun nə vaxt asfaltlanacağı və ya ümumiyyətlə layihənin icra olunub-olunmayacağı barədə rəsmi mövqe bildirilməsini istəyirlər.
"Bizə nə "yolu çəkəcəyik" deyən var, nə də "çəkməyəcəyik". Tam qeyri-müəyyən vəziyyət yaranıb. İnsanlar bilmirlər ki, gözləsinlər, yoxsa başqa çıxış yolu axtarsınlar", – deyə sakinlər bildirirlər.
Hazırda küçənin vəziyyəti isə gündən-günə ağırlaşır. Yol boyu yaranmış dərin çala və çuxurlar həm piyadalar, həm də sürücülər üçün ciddi problem yaradır. Yay aylarında toz-torpaq sakinlərin gündəlik həyatını çətinləşdirirsə, yağışlı havalarda vəziyyət daha da dözülməz olur. Yol palçığa çevrilir, piyadaların hərəkəti demək olar ki, mümkünsüzləşir.

Sakinlər bildirirlər ki, qarşıdan payız mövsümünün gəlməsi və yeni tədris ilinin başlanması onları xüsusilə narahat edir. Məktəbə gedən uşaqlar hər gün bu yararsız yoldan istifadə etməyə məcbur qalacaqlar. Yağış yağdığı zaman isə uşaqların məktəbə çatması, yaşlı insanların küçədə rahat hərəkət etməsi və ümumiyyətlə nəqliyyatın normal işləməsi böyük problemə çevriləcək.
Sürücülər də yolun vəziyyətindən ciddi narazıdırlar. Çala-çuxurlar səbəbindən avtomobillərin asqı sistemi, təkərləri və digər hissələri zədələnir. Bəzi sürücülər yolun müəyyən hissələrində hərəkət etmək üçün sürəti minimuma endirmək məcburiyyətində qalırlar ki, bu da həm vaxt itkisinə, həm də əlavə təhlükələrə səbəb olur.

Problemin həlli istiqamətində sakinlər öz imkanları hesabına da müxtəlif tədbirlər görüblər. Onlar bir neçə dəfə yolun iri çuxurlarını daş, çınqıl və digər materiallarla doldurmağa çalışıblar. Lakin bu, yalnız qısa müddətli nəticə verib. İlk yağışdan və ya intensiv avtomobil hərəkətindən sonra yol yenidən əvvəlki vəziyyətinə qayıdıb.
Sakinlər hesab edirlər ki, bu cür lokal tədbirlərlə problemi həll etmək mümkün deyil və küçənin tam şəkildə asfaltlanmasına ehtiyac var. Onların fikrincə, bu məsələ artıq uzun müddətdir həllini gözləyir və aidiyyəti qurumlar tərəfindən daha ciddi yanaşma tələb olunur.
Şovqiyar Abdullayev küçəsinin sakinləri aidiyyəti dövlət qurumlarına müraciət edərək problemlərinin diqqətdə saxlanılmasını, müraciətlərinə rəsmi cavab verilməsini və yolun qısa müddətdə asfaltlanması ilə bağlı konkret addımların atılmasını xahiş edirlər. Onlar bildirirlər ki, məqsədləri yalnız normal və təhlükəsiz yol şəraitində yaşamaq, övladlarının məktəbə, özlərinin isə işə-gücə rahat gedib-gələ bilməsini təmin etməkdir.

Ümid edilir ki, sakinlərin uzun müddətdir cavab gözləyən müraciəti nəhayət aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq və Şovqiyar Abdullayev küçəsində yol problemi yaxın vaxtlarda öz həllini tapacaq.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mövqeyini öyrənmək məqsədilə quruma sorğu ünvanlanıb. Sorğuda Şovqiyar Abdullayev küçəsinin asfaltlanmasının Agentliyin iş planına daxil olub-olmaması, layihənin nə vaxt icra ediləcəyinin nəzərdə tutulub-tutulmaması, eləcə də sakinlərin müraciətlərinə niyə indiyədək cavab verilmədiyi ilə bağlı suallar yer alıb.
Sorğumuza cavab daxil olduğu təqdirdə, Agentliyin mövqeyini də dərc edəcəyik.
Сегодня, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Сегодня, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Сегодня, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Сегодня, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Сегодня, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
Сегодня, 13:00
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
Сегодня, 12:39
Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!