Ermənistan Azərbaycandan QAZ alacaq
iqtisadiyyat
Oxunub: 0
13 авг 2026 | 10:15
Ermənistan Azərbaycandan QAZ alacaq


“TRIPP layihəsi çərçivəsində gələcək qaz kəməri Ermənistan üçün əlavə təbii qaz mənbəyinə çevrilə bilər”.

Bunu hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sərkis Xandanyan deyib. O bildirib ki, Rusiya qazın qiymətini yenidən nəzərdən keçirərsə, İrəvan bu məsələni rusiyalı tərəfdaşları ilə müzakirə etmək niyyətindədir. O, həmçinin tədarükü şaxələndirməyin vacibliyini vurğulayıb.

Xandanyan həmçinin bildirib ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin İrana son səfəri zamanı İran qaz tədarükünün artırılması ehtimalı da müzakirə olunub. Deputat qeyd edib ki, TRIPP layihəsi Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsini nəzərdə tutur. O hesab edir ki, bu, potensial olaraq ölkəni başqa bir qaz mənbəyi ilə təmin edə bilər.

Deputat, Azərbaycandan Ermənistana birbaşa təbii qaz tədarükünün mümkünlüyünü də istisna etməyib.

Suallar yaranır ki, Azərbaycan qazının Ermənistana verilməsi texniki baxımdan mümkündürmü? Bunun üçün yeni kəmər tikilməlidir, yoxsa mövcud infrastrukturu uyğunlaşdırmaq olar? Əgər Azərbaycan qazı Ermənistana gedərsə, ən real marşrut hansı ola bilər? Bəs qiymət? Bundan başqa, Azərbaycan qazının Ermənistana verilməsi nə vaxt real ola bilər? Bunun üçün əvvəlcə sülh müqaviləsi imzalanmalıdır, yoxsa indiki siyasi razılaşmalar fonunda da belə bir layihəyə mümkündür?

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Musavat.com-a danışıb.
İlham Şaban qeyd edib ki, TRİPP layihəsinin həyata keçirilməsi yalnız Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil və dəmir yolu əlaqəsinin yaradılması ilə məhdudlaşmayacaq. Onun sözlərinə görə, layihə, eyni zamanda, Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji dəhlizlərinin formalaşdırılması və Azərbaycanın artan enerji potensialının yeni istiqamətlər üzrə ixracı baxımından mühüm imkanlar yarada bilər: “Xatırladım ki, hələ bir neçə il bundan əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycanla Naxçıvan arasında 2020-ci ilin noyabrında üçtərəfli imzalanmış anlaşma sənədinə görə əlaqələr olacaq. Və bu əlaqələr təkcə nəqliyyat infrastrukturunun açılması deyil, həmçinin enerji dəhlizinin yaranmasına gətirib çıxaracaq.

Enerji dəhlizi deyəndə isə ilk növbədə yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, ikinci növbədə isə Azərbaycanla Naxçıvan arasında magistral qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Bunun nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsi ilə müstəqillik illərində müvəqqəti olaraq itirilmiş əlaqəni, yəni sovet dövründə mövcud olmuş əlaqəni bərpa etmiş olacaq".

İlham Şaban hesab edir ki, yüksək gərginlikli elektrik xəttinin dəmir yolu infrastrukturu ilə paralel şəkildə çəkilməsi mümkündür: "Təbii ki, yüksək gərginlikli elektrik xəttinin, düşünürəm ki, dəmir yolunun kənarı ilə çəkilməsi mümkündür. Çünki dəmir yolu da elektrikləşməni tələb edir.

Qaz kəmərinə gəlincə, Sovet dövründə kəmər Naxçıvan Muxtar Respublikası ilə, demək, Araz çayı boyunca çəkilməmişdi. 1976-cı ildə Yevlax, Bərdə, Ağdam, Xankəndi, Laçın, Qorus və Şahbuz, yəni Naxçıvan Muxtar Respublikası istiqamətində qaz kəməri çəkilib və 80-ci illərdə o, daha da uzadılaraq Naxçıvandan İrəvana qədər magistral kəmərlə birləşdirilib.

Ondan öncə isə 1960-cı ilin fevral ayında ilk dəfə Azərbaycan qaz kəməri indiki Hacıqabul, Böyük Kəsik, daha sonra oradan Dilican və İrəvana qədər uzanırdı. Və 80-ci illərin əvvəlində həm şimaldan, həm cənubdan Ermənistana qaz kəmərinin çəkilişi ilə Azərbaycan faktiki olaraq Cənubi Qafqazda dairəvi qaz kəməri yaratmağa nail olmuşdu.

Bunun üstünlükləri də ondan ibarət idi ki, hər hansı tərəfdə – magistral da elə bir şeydir ki, yəni nəqliyyat infrastrukturu, orada cari təmir olmalıdır və təmir zamanı istehlakçılara qazın verilməsi dayanmırdı – ya şimaldan, ya cənubdan onun alternativi vardı. O cümlədən elektrik enerjisi də bu cür idi. Düşünürəm ki, bütün bunlar gerçəkləşsə, bir neçə ilə Azərbaycan ilk növbədə Naxçıvanın enerji təhlükəsizliyini təmin etmək, ikincisi isə xarici bazara çıxmaq üçün yeni imkanlar qazanacaq".

Ekspert hesab edir ki, gələcəkdə Ermənistan Azərbaycanın enerji resurslarının alıcısı və tranzit ölkə kimi çıxış edə bilər: "Bu, həm Ermənistana qazın satışı şəklində ola bilər, hətta satışı olmasa belə, Ermənistan ərazisindən keçdiyinə görə tranzit haqqı şəklində. Necə ki, Gürcüstana veririk. Ermənistan da onu alacaq və istəyi olsa, Azərbaycandan qaz da, elektrik də ala bilər. Bununla da Naxçıvan üzərindən qazı da, elektriki də artan enerji istehsalımız hesabına ixrac edəcəyik.

Düşünürəm ki, necə ki Azərbaycan Prezidenti vaxtilə Cənub Qaz Dəhlizinin təməli 2015-ci ildə Azərbaycanda qoyularkən dedi ki, bu layihə heç bir ölkəyə qarşı yönəlməyib, bizim məqsədimiz enerjidən kiməsə qarşı istifadə etmək və yaxud da kimisə hansısa bazardan çıxartmaq deyil. Bizim məqsədimiz əməkdaşlığı genişləndirmək və bu layihə hesabına təkcə satıcı və istehlakçının deyil, o cümlədən tranzit ölkələrin iqtisadiyyatına öz töhfəmizi verməkdir.

İllər keçdi, hamı görür ki, bizim qaz ixracı coğrafiyamız genişlənir və bundan həm alıcılar, həm satıcı ölkə kimi Azərbaycan, həm də tranzit ölkələr öz məmnunluqlarını ifadə edir. Ümid edək ki, vaxtilə təməlini qoyduğumuz o layihədən doğan və irəli gələn abı-hava Azərbaycan və Ermənistan arasında, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələlərdə münasibətlərin yumşalmasına və dərinləşməsinə gətirib çıxarar".
Сегодня, 10:32
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
Сегодня, 10:15
Ermənistan Azərbaycandan QAZ alacaq
Сегодня, 09:44
Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
Сегодня, 09:39
Bakının mərkəzində obyekt və mənzillər yanıb
Сегодня, 09:35
ABŞ-də bir gündə 3 nəfər edam ediləcək - 16 il sonra ilk
Сегодня, 09:31
Elnur Məmmədovun ailəsində - Ağır itki
Сегодня, 09:00
Tiflisdən Rusiyaya gizli yanacaq xətti – Saakaşvilidən şok açıqlama
Вчера, 16:00
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma
Вчера, 15:30
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
Вчера, 14:22
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
Вчера, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
Вчера, 13:13
Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
Вчера, 12:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Вчера, 12:00
İlham Əliyevdən Trampa SENSASİON mesaj
Вчера, 11:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Вчера, 11:19
Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
Вчера, 11:07
Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
Вчера, 10:43
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Вчера, 10:39
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
Вчера, 10:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Вчера, 10:22
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Вчера, 10:17
Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
Вчера, 09:57
Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
Вчера, 09:52
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
Вчера, 09:47
Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Вчера, 09:43
TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
Вчера, 09:34
Neftimiz bahalaşdı