İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
dunya
Oxunub: 0
17 авг 2026 | 15:30
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı


“Ermənistan tərəfinin iddialarının əksinə olaraq, biz TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılığa gəlməmişik”.

"Sepah Pasdaran" Telegram kanalının məlumatına görə, bu barədə iranlı general-mayor Rəhim Səfəvi TRIPP layihəsi və Ermənistanla danışıqlar ətrafındakı vəziyyəti şərh edərkən bildirib.

R.Səfəvi həmçinin bildirib: “Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, niyə onun Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə vahid bir bütöv kimi baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır”.

İranlı general hazırda Ermənistanla danışıqları davam etdirdiklərini bildirib: “Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika ordusuna keçərsə, İran qisas almaq və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”.

Səfəviyə görə, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlayarsa, daha yaxşı olar. İranlı generalın təhdidləri açıq və aydın başa düşülür. Belə çıxır, dəhlizə nəzarət ABŞ-yə keçdiyi halda İran intiqam məqsədi ilə "Tramp yolu"na raket zərbəsi endirə bilər.

Bu, hədyan yuxarı, pafoslu bəyanatdır, yoxsa narahatlığa əsas var?

Professor Qabil Hüseynli Səfəvinin təhdidlərinə görə, ABŞ və Ermənistanın daha çox təşviş keçirməli olduğunu düşünür. Onun sözlərinə görə, bu layihə ötən ilin 8 avqustunda ABŞ və Ermənistan arasında razılaşdırılıb: "Ona görə də, Vaşinqton və İrəvan bu hədələrə reaksiya verməlidir. Onlardan isə cavab yoxdur. Görünür ki, Səfəvinin dedikləri ciddi qəbul olunmayıb. Zənnimcə, ABŞ və Ermənistan bu logistikanın istifadəsi, təhlükəsizliyinin təminatı məsələsində bir çox detalları həll ediblər. Onlarda bir narahatlıq yoxdursa, biz də həyəcanlanmalı deyilik. Çünki bu layihədə yola nəzarət ABŞ şirkətində olacaq. Belə çıxır ki, İran Ermənistan ərazisində ABŞ nümayəndələrinə atəş açacaq. Mən bunu absurd hesab edirəm. Əgər belə bir avantürüzmə gedilsə, Tehranın başı çox ağrayacaq".

Professor İrandan səslənən hədyanları quru təhdid adlandırıb və belə bir təxribat ssenarisini istisna edib: "İranda hər generalın, hər SEPAH rütbəlisinin ağzından bir avaz gəlir. Onlar nağıl danışmaqdan, başlarına bomba düşə-düşə cəfəng sözlər deməkdən bezməyiblər. Onların ali rəhbəri, onlarla generalı, kəşfiyyat naziri, Təhlükəsizlik Şurası katibi, mühüm adamları öldürüldü, hələ də boşboğazlıq edirlər. İran bilməlidir ki, körfəz ölkələrində hansısa bazaya raket atmaq, Zəngəzur dəhlizi kimi dünya üçün mühüm əhəmiyyət kəsb edən marşruta zərbə endirməklə bir ola bilməz. Bu addımın cəzası ağır olar. İkincisi, İran Ermənistanı qorxutmaq üçün belə təhdidlər səsləndirir. Azərbaycan isə bu məsələdə ABŞ və Ermənistanın tədbirli olmasını gözləməlidir".
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
8-11-2026, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
8-11-2026, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!