Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir

Rusiya Gürcüstanda yalnız sülh çağırışı etmir, Tiflisin separatçı bölgələrə qarşı güc tətbiq etməyəcəyini hüquqi sənədlə təsdiqləməsini istəyir...
Moskva ilə Tiflis arasında diplomatik münasibətlərin bərpası məsələsində Rusiya şərtləri getdikcə daha aydın şəkildə ortaya qoyur. "Qruziya-online xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, diplomatik münasibətlərin bərpası təşəbbüsü Gürcüstandan gəlməlidir. Lakin Moskvanın əsas tələbi bundan da önəmlidir: Tiflis Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə hüquqi baxımdan məcburi razılaşmalar imzalamalıdır.
Zaxarovanın sözlərinə görə, Moskva uzun müddətdir Gürcüstanı belə sənədlər imzalamağa çağırır və Tiflisin Cənubi Qafqazda yaranmış “yeni geosiyasi reallıqları” qəbul etməsini gözləyir. Rusiya tərəfi hesab edir ki, bu cür hüquqi öhdəliklər 2008-ci ilin avqust hadisələrinin təkrarlanmasının qarşısını ala bilər. Burada Moskvanın mövqeyində diqqətçəkən bir məqam var: Rusiya Gürcüstandan yalnız sülh çağırışı etmir, Tiflisin separatçı bölgələrə qarşı güc tətbiq etməyəcəyini hüquqi sənədlə təsdiqləməsini istəyir.
Yada salaq ki, Qarabağ münaqişəsi illərində ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa – Azərbaycanı işğal olunmuş ərazilərində güc tətbiqindən çəkinməyə, atəşkəsi qorumağa və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırırdılar. Həmsədrlərin bəyanatlarında tərəflərin təxribatlardan və hərbi eskalasiyadan uzaq durması xüsusi vurğulanırdı. Bakının mövqeyi isə uzun müddət belə idi: danışıqlar prosesi işğalın aradan qaldırılması ilə nəticələnmədiyi halda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu saxlayır.
Belə görünür ki, vaxtilə Qarabağ məsələsində tərəfləri, o cümlədən Azərbaycanı hərbi ssenaridən uzaq tutmağa çalışan beynəlxalq vasitəçilik məntiqinin bənzər elementi bu dəfə Moskvanın Gürcüstanla münasibətlərində ortaya çıxır. Moskvanın Tiflisdən belə hüquqi öhdəlik tələb etməsi əslində daha geniş siyasi məqsəd daşıyır. Rusiya bununla yalnız yeni müharibənin qarşısını almaq istədiyini bildirmir. Zaxarovanın “yeni geosiyasi reallıqların tanınması” ifadəsi göstərir ki, Moskva 2008-ci ildən sonra yaranmış vəziyyətin Tiflis tərəfindən nəzərə alınmasını istəyir.Başqa sözlə, Moskvanın yanaşması belə görünür: əvvəlcə Tiflis Abxaziya və Cənubi Osetiya məsələsində güc tətbiqindən imtina etməlidir, daha sonra münasibətlərin normallaşdırılması üçün siyasi zəmin yarana bilər.
Bu isə Gürcüstan üçün kifayət qədər ağır seçimdir. Çünki Tbilisinin belə bir sənədə imza atması faktiki olaraq həmin bölgələrin statusu ilə bağlı hərbi variantdan hüquqi şəkildə uzaqlaşması demək olardı. Moskva isə bunun müqabilində diplomatik münasibətlərin bərpası imkanının açıq olduğunu bildirir, lakin təşəbbüsün məhz Gürcüstandan gəlməsini tələb edir. Qarabağ məsələsində Rusiya uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi çıxış edirdi. Həmin format 2025-ci ildə Ermənistan və Azərbaycanın birgə müraciətindən sonra bağlanıb.Bu gün isə Moskva Gürcüstan məsələsində artıq klassik beynəlxalq vasitəçi rolunda deyil. Rusiya birbaşa tərəfdir və Tiflisdən konkret hüquqi öhdəlik istəyir. Bu baxımdan Zaxarovanın açıqlaması xüsusilə diqqətçəkəndir.
Moskva bir tərəfdən Tiflisin diplomatik münasibətlərin bərpası üçün ilk addımı atmasını gözlədiyini bildirir, digər tərəfdən isə Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək haqqında sənədlərin imzalanmasını tələb edir.Yəni Rusiya faktiki olaraq Tiflisə belə mesaj verir: münasibətləri bərpa etmək istəyirsinizsə, əvvəlcə yeni müharibə ehtimalından hüquqi şəkildə imtina edin.
Moskvanın Gürcüstanla bağlı son mesajı yalnız separatçı bölgələrlə məhdudlaşmır. Zaxarova Gürcüstanda Rusiya vətəndaşlarına qarşı baş verdiyi bildirilən insidentlərdən də danışaraq Tiflisi onların təhlükəsizliyini təmin etməyə və “rusofobiya” hallarının qarşısını almağa çağırıb. Bu da Moskvanın Gürcüstanla münasibətlərin normallaşmasına bir neçə istiqamətdən yanaşdığını göstərir: diplomatik münasibətlərin bərpası, Abxaziya və Cənubi Osetiya ilə bağlı hüquqi təminatlar və Gürcüstanda Rusiya vətəndaşlarının təhlükəsizliyi.
Amma bütün bu tələblərin içərisində ən strateji məsələ məhz güc tətbiq etməmək haqqında razılaşmadır.Çünki belə bir sənəd imzalanarsa, Tiflisin separatçı bölgələrlə bağlı gələcək hərbi siyasəti üçün ciddi hüquqi çərçivə yaranacaq...
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı