Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
dunya
Oxunub: 0
25 авг 2026 | 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı


Türkiyədə geniş rezonans doğuran Aziz İhsan Aktaş işi üzrə məhkəmə hökmü açıqlanmağa başlayıb. İş üzrə 5-i həbsdə olmaqla ümumilikdə 200 nəfər mühakimə olunur.

TRT Haber-in məlumatına görə, İstanbul 1-ci Ağır Cəza Məhkəməsində keçirilən proses artıq 60-cı iclasa çatıb. Təqsirləndirilən şəxslərin son sözləri dinlənildikdən sonra məhkəmə heyəti qərarı elan etməyə başlayıb.

579 səhifəlik ittiham aktında Beşiktaş Bələdiyyəsi, Avcılar Bələdiyyəsi, Esenyurt Bələdiyyəsi, İstanbul Asfalt Fabrikaları və İETT zərərçəkmiş qurumlar, 19 nəfər isə zərərçəkmiş şəxs kimi göstərilib.

Təqsirləndirilən şəxslərə “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “rüşvət” və “tenderə müdaxilə etmək” də daxil olmaqla müxtəlif ittihamlar irəli sürülüb. İş üzrə bəzi təqsirləndirilən şəxslər barəsində 450 ilədək həbs cəzası tələb olunub.

Məhkəmənin qərarına əsasən, vəzifəsindən uzaqlaşdırılan və həbsdə olan keçmiş Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat “tenderə müdaxilə”, “rüşvət” və “çirkli pulların yuyulması” ittihamları üzrə 23 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəzifəsindən uzaqlaşdırılan Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar “rüşvət” ittihamı ilə 6 il 3 ay həbs cəzasına məhkum olunub.

Vəzifəsindən uzaqlaşdırılan Avcılar Bələdiyyəsinin sədri Utku Caner Çaykara “rüşvət alma” ittihamı üzrə 6 il 8 ay həbs cəzası alıb. O, həmçinin 3 il 4 ay müddətinə dövlət qulluğunda işləmək hüququndan məhrum edilib.

Həbsdə olan və vəzifəsindən uzaqlaşdırılan Seyhan Bələdiyyəsinin sədri Oya Tekin isə “rüşvət alma” ittihamı üzrə 8 il 4 ay həbs cəzasına məhkum edilib və 4 il 2 ay müddətinə dövlət qulluğundan məhrum olunub.

Məhkəmə Rıza Akpolat, Oya Tekin və onun həyat yoldaşı Celal Tekinin həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.

Ahmet Özer isə vəzifədən irəli gələn öhdəliklərin səhlənkarlıqla pozulması ittihamı üzrə 8 ay həbs cəzası alıb.

Bununla yanaşı, “cinayətkar təşkilat yaratmaq”, “təşkilata üzv olmaq” və “təşkilata yardım etmək” ittihamları üzrə cəzalandırılması tələb olunan şəxslər həmin ittihamlar üzrə bəraət alıblar.

İş üzrə həbsdə saxlanılan ümumilikdə 5 nəfərdən 2-nin azadlığa buraxılmasına qərar verilib.

Məhkəmə qərarının elan olunması davam edir.
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı