Rusiyada azərbaycanlılara qarşı yeni hücum anonsu
dunya
Oxunub: 0
28 авг 2026 | 13:44
Rusiyada azərbaycanlılara qarşı yeni hücum anonsu


Moskva ölkədəki sosial və iqtisadi problemlərin məsuliyyətini miqrantların üzərinə qoymaq istəyir

Sentyabrın 1-dən Rusiyada miqrantlarla bağlı yeni, daha sərt qaydalar qüvvəyə minir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiyaya üç aydan artıq müddətə gələn əcnəbilərin məcburi tibbi müayinədən keçməsi üçün nəzərdə tutulan müddət 90 gündən 30 günə endiriləcək. Onun sözlərinə görə, miqrantda təhlükəli yoluxucu xəstəlik aşkar edilərsə, deportasiya tədbiri tətbiq olunacaq. Rusiyada miqrasiya siyasəti ətrafında müzakirələr getdikcə yalnız miqrantların sayına deyil, onların ayrı-ayrı regionlarda formalaşdırdığı sosial və iqtisadi təsirə də yönəlir.
Musavat.com xəbər verir ki, “Svobodnaya Pressa”ya müsahibəsində politoloq Vadim Truxaçov bu baxımdan Xantı-Mansi Muxtar Dairəsini xüsusi nümunə kimi göstərir.

Onun sözlərinə görə, 1990-cı illərdən başlayaraq yüksək gəlirlərin olduğu neft regionlarına müxtəlif postsovet respublikalarından kütləvi axın baş verib. Müsahibədə azərbaycanlı diasporuna da ayrıca toxunulur. Truxaçovun fikrincə, neftlə zəngin regionlar uzun müddət azərbaycanlı diasporunun güclü iqtisadi mövqelərə malik olduğu ərazilərdən biri olub. Lakin sonrakı illərdə vəziyyət dəyişib və Orta Asiyadan gələn miqrantların sayı da sürətlə artıb.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, məsələ təkcə azərbaycanlıların və ya digər milli icmaların sayının artması deyil. Əsas problem müxtəlif diaspor strukturlarının iqtisadi münasibətlər, əmək bazarı və miqrasiya prosesləri üzərində təsir imkanlarının genişlənməsi ilə bağlıdır. Truxaçov iddia edir ki, Uralın bəzi şəhərlərində müxtəlif milli diasporlar arasında rəqabət və qarşıdurma olsa da, müəyyən hallarda onların yerli dövlət strukturlarına çıxış imkanları formalaşıb. O, xüsusilə miqrasiya xidməti və hüquq-mühafizə orqanlarında korrupsiya sxemlərinin yaranmasını bu prosesin ən təhlükəli tərəflərindən biri hesab edir.

Məsələnin Azərbaycan üçün həssas tərəfi də məhz buradadır. Rusiyanın müxtəlif regionlarında böyük və iqtisadi baxımdan fəal Azərbaycan icmaları formalaşıb. Bu icmaların əksəriyyəti qanuni şəkildə fəaliyyət göstərir, biznes qurur, yerli iqtisadiyyata töhfə verir və Azərbaycan-Rusiya əlaqələrinin sosial dayaqlarından birini təşkil edir.

Digər tərəfdən, Moskvanın son dövrlərdə miqrasiya siyasətini sərtləşdirməsi fonunda Azərbaycan diasporasının fəaliyyəti də daha ciddi nəzarət altına düşüb. Bu baxımdan Surqur nümunəsi Azərbaycan diasporu üçün də bir xəbərdarlıq anonsu sayıla bilər.
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
8-11-2026, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
8-11-2026, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!