“Teatrı sökdü, yerində 22 mərtəbəli göydələn tikdi” – Polad Bülbüloğlu ilə bağlı YENİ İDDİALAR

Tanınmış jurnalist, Rəşid Behbudov Fondunun direktoru və “Space” TV-nin sabiq icraçı direktoru Kamil Şahverdi Xalq artisti, tanınmış bəstəkar və müğənni, ictimai-siyasi xadim Polad Bülbüloğlu ilə bağlı bir sıra iddialar irəli sürüb.
Kamil Şahverdi Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu dövrlə bağlı indiyədək ictimaiyyətə açıqlamadığı məlumatları paylaşıb.
Jurnalist iddia edir ki, Polad Bülbüloğlunun 1988-2006-cı illərdə mədəniyyət naziri olduğu dövrdə milli mədəniyyətə ciddi zərər vurulub. K. Şahverdi xüsusilə Bakı Xoreoqrafiya Məktəbinin teatr binasının sökülməsi və ərazisinin satılması ilə bağlı iddialar səsləndirib:
“1988-ci ildə Əbdürrəhman Vəzirov tərəfindən mədəniyyət naziri təyin edilən Polad Bülbüloğlu 18 il bu postda çalışdı. Onun milli mədəniyyətimizə vurduğu zərbələri sadalamaq üçün cildlərlə kitab yazmaq olar. 1980-ci illərə qədər Bakı Xoreoqrafiya Məktəbi Nizami Kino Mərkəzinin yanında, AzərTAc binasının arxasında yerləşirdi. Məktəb Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi ilə eyni binada fəaliyyət göstərirdi. Bina çox köhnə və darısqal olduğundan, sənətə və sənətkarlara yüksək qiymət verən, onların qayğılarına diqqətlə yanaşan, yaradıcılıqlarını izləyən və hər vasitə ilə dəstək olan Heydər Əliyev Bakı Xoreoqrafiya Məktəbi üçün yeni binanın tikilməsi barədə göstəriş verdi.
Binanın layihələndirilməsinə ən yaxşı mütəxəssislər cəlb olundu. Bu, adi məktəb binası deyildi. Bütün infrastrukturu ilə bəlkə də dünyanın nadir xoreoqrafiya mərkəzlərindən biri idi.
1985-ci ildə Bakı Xoreoqrafiya Məktəbi yeni, müasir və həsəd aparılacaq binaya köçdü. Keçmiş SSRİ-nin digər respublikalarında məhz xoreoqrafiya sənəti üçün nəzərdə tutulmuş belə bir binaya malik məktəb yox idi. Heydər Əliyev Bakı Xoreoqrafiya Məktəbini nəinki ölkəmizdə, bütün regionda xoreoqrafiya mərkəzinə çevirmək istəyirdi.
Məktəbdə balet sənətinin tədrisi üçün bütün şərait yaradılmışdı. Məktəbin arxasında hətta teatr binası da inşa edilmişdi. Bu teatr şagirdlərin inkişafı, kiçik yaşlarından səhnəyə alışmaları baxımından olduqca vacib idi. 1988-ci ildən 2006-cı ilə qədər mədəniyyət naziri olan Polad Bülbüloğlunun milli mədəni irsə münasibətinin Bakı Xoreoqrafiya Məktəbinin teatr binasından da yan keçmədiyini iddia edirəm.
1990-cı illərdə ölkədəki gərgin ictimai-siyasi vəziyyətdən şəxsi məqsədləri üçün istifadə edən Polad Bülbüloğlu Bakı Xoreoqrafiya Məktəbinin teatr binasını da varlanmaq hərisliyinə qurban verdi”.
Kamil Şahverdi qeyd edib ki, teatr binasını və onun yerləşdiyi ərazini satmaq üçün Xoreoqrafiya Məktəbinin direktorunun müvafiq sənədləri imzalaması tələb olunurdu. Onun sözlərinə görə, həmin dövrdə məktəbin direktoru olan Rimma Məmmədova belə bir sənədə imza atmaqdan imtina etdiyi üçün vəzifəsindən azad edilib: “O, 1978-ci ildən 1996-cı ilə qədər direktor vəzifəsində çalışmışdı. Rimma Məmmədovanın yerinə Gülnarə Hüseynova direktor təyin olundu. İki il sonra, 1998-ci ildə Gülnarə Hüseynova da bu məsələyə razılıq vermədiyinə görə işdən çıxarıldı. Onun yerinə Kamal Həsənov təyin edildi. İki il sonra, 2000-ci ildə Kamal Həsənov da eyni səbəbdən vəzifəsindən azad olundu. Şəhərin mərkəzində yerləşən çoxmilyonluq ərazini səssiz-küysüz satmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çətin vəziyyətdə olan Polad Bülbüloğlunun imdadına çatdı”.
Jurnalist iddia edir ki, Hacıbala Abutalıbovun məsləhəti ilə Bakı Xoreoqrafiya Məktəbinə Bakı Şəhər İcra Hakimiyyətində çalışan Nilufər Kərimova direktor təyin olunub: “O bunu belə əsaslandırdı ki, Nilufər Kərimova ‘özümüzünküdür’ və belə işlərdə bişmiş adamdır, kənara da məlumat sızmaz. Beləliklə, xoreoqrafiyaya heç bir aidiyyəti olmayan Nilufər Kərimova məktəbə direktor təyin olundu. 2003-cü ilin dekabrında Heydər Əliyev dünyasını dəyişdikdən sonra mədəniyyət naziri vaxt itirmədən çoxdan düşündüyü planı reallaşdırmağa başladı.
2004-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin teatrının yerləşdiyi ərazi, bina ilə birlikdə “Standart” şirkətlər qrupunun sahibi Heydər Babayevə satıldı. Heydər Babayev teatr binasını sökərək onun yerində 22 mərtəbəli göydələn tikdi.
Məktəbin yaşlı müəllimləri bu mənzərəni göz yaşları içində seyr etmişdilər. Hətta tikinti zamanı Xoreoqrafiya Məktəbinin binasına da ziyan dəymiş, divarlarda çatlar əmələ gəlmişdi. Nilufər Kərimova 2014-cü ilə qədər direktor vəzifəsində çalışdı. Deyilənə görə, teatr binasının ərazi ilə birlikdə satılmasında göstərdiyi xidmətlərə görə ona həmin binadan iki mənzil hədiyyə edilib.
2006-cı ildə mədəniyyət naziri təyin olunan Əbülfəs Qarayev teatrın yerində tikilmiş binanın əvəzinə Xoreoqrafiya Məktəbinin istilik sistemi ilə təmin edilməsi barədə “Standart” şirkətlər qrupu ilə müqavilə imzaladı.
Onu da qeyd edim ki, Polad Bülbüloğlu ilə ailə həyatı qurduğu deyilən Eteri Leonidovna Cəfərova teatrın yerində tikilən binada yaşayır. Deyilənə görə, bu mənzili ona Polad Bülbüloğlu hədiyyə edib”.
Qeyd edək ki, səsləndirilən fikirlər Kamil Şahverdinin iddialarıdır. Musavat.com qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.musavat.com
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq