Türkiyə çəkildi, Qaqauziya muxtariyyətini itirir

Moldovada Qaqauziya üzrə 15 noyabrda keçiriləcək Xalq Məclisi seçkiləri ətrafında başlayan mübahisə artıq adi seçki kampaniyası çərçivəsindən çıxaraq muxtariyyətin gələcəyi məsələsinə çevrilib.
Bu barədə "Nezavisimaya qazeta" yazır.
Muxtariyyətin paytaxtı Komratda hesab edirlər ki, Kişinyovun Seçki Məcəlləsinə etdiyi dəyişikliklər Qaqauziyanın siyasi subyektliyini zəiflədir və muxtariyyətin hüquqi əsaslarını tədricən sıradan çıxarır. Yeni qaydalara əsasən, Qaqauziyada Xalq Məclisi üçün vahid seçki dairəsinin yaradılması nəzərdə tutulur. Muxtariyyət nümayəndələri hesab edirlər ki, bu mexanizm kəndlərin ayrıca siyasi təmsilçiliyini zəiflədəcək, Xalq Məclisinin formalaşmasında isə Kişinyovdakı siyasi qüvvələrin təsirini artıracaq. Qaqauziyada bununla bağlı narazılıq getdikcə artır. Komrat hesab edir ki, söhbət sadəcə seçki sisteminin dəyişdirilməsindən getmir. Əsas məsələ Qaqauziyanın öz siyasi iradəsini müəyyən etmək imkanlarının məhdudlaşdırılmasıdır.
Qaqauziyada sentyabrın sonu – oktyabrın əvvəlində fövqəladə xalq qurultayının keçirilməsi planlaşdırılır. Burada Kişinyovun qəbul etdiyi qanunlara qarşı daha sərt siyasi və hüquqi mövqenin ortaya qoyulacağı gözlənilir.
Ən diqqətçəkən məqam isə budur: Qaqauziyanın muxtariyyətə qovuşmasında mühüm siyasi rol oynayan Türkiyə bu dəfə prosesə əvvəlki qədər sərt müdaxilə etmir.Bu tarix 1990-cı illərin əvvəllərinə gedib çıxır. Moldova ilə Qaqauzlar arasında qarşıdurmanın silahlı münaqişəyə çevrilmək təhlükəsi olduğu bir vaxtda Türkiyə məsələyə fəal şəkildə müdaxilə etdi. 1994-cü ildə Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəlin Qaqauziyaya səfəri və Kişinyovla Komrat arasında dialoqun təşviq edilməsi prosesin siyasi yolla həllində mühüm rol oynadı. Dəmirəl Qaqauzlara Moldovanın tərkibində muxtariyyət modelini qəbul etməyi tövsiyə edirdi.Həmin prosesin nəticəsində 23 dekabr 1994-cü ildə Moldova parlamenti Qaqauziyanın xüsusi hüquqi statusu haqqında qanunu qəbul etdi. Qanun 1995-ci ilin yanvarında qüvvəyə mindi və Qaqauziyanın muxtariyyət statusunu hüquqi baxımdan rəsmiləşdirdi.Yəni Türkiyə üçün Qaqauziya məsələsi yeni məsələ deyil. Ankara uzun illər regiona iqtisadi, mədəni və siyasi dəstək verib. Hətta sonrakı illərdə Türkiyə rəsmiləri də “güclü Moldova daxilində güclü Qaqauziya” modelini müdafiə ediblər.
Apreldə Qaqauziya Xalq Məclisi Rəcəb Tayyib Ərdoğana müraciət edərək Kişinyovun muxtariyyətə müdaxiləsinin qarşısının alınmasını istəyib. Lakin son aylarda Türkiyənin ritorikası daha ehtiyatlı olub. Avqustda AKP sədr müavini Kürşad Zorlu Kişinyovda Moldova rəhbərliyi ilə görüşərək Qaqauziyada azad və ədalətli seçkilərdən, iqtisadi inkişafdan və Moldova ilə münasibətlərin möhkəmləndirilməsindən danışdı. Ankara eyni zamanda Moldovanın sabitliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.Beləliklə, Dəmirəlin dövründə Türkiyə Qaqauziya probleminin həllinə siyasi ağırlığı ilə təsir edən ölkə idisə, bu gün Ankara daha çox müşahidəçi və dialoq tərəfdarı mövqeyində görünür.Və Kişinyov məhz bu məqamdan istifadə edir. Türkiyənin siyasi müdafiəsi zəiflədikcə, Qaqauziyanın muxtariyyətinin də zəifləməsi təhlükəsi artır.
İndi əsas sual budur: Ankara Dəmirəlin 1994-cü ildə başladığı siyasi xətti davam etdirərək Qaqauziyanın muxtariyyət hüquqlarının qorunmasına real təsir göstərəcək, yoxsa Kişinyov Komratın səlahiyyətlərini addım-addım əlindən alacaq? Əgər ikinci variant reallaşarsa, 30 ildən artıqdır mövcud olan Qaqauziya muxtariyyəti formal olaraq qalmaqla, mahiyyət etibarilə boşaldıla bilər.
Вчера, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
Вчера, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
Вчера, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
Вчера, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
Вчера, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Вчера, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
Вчера, 12:10
Prezident xalqa müraciət edir - Video
Вчера, 12:04
Tokayev Əliyevi təbrik etdi
Вчера, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
Вчера, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Вчера, 10:37
Hamımızın yumruq olduğu gündür!
Вчера, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
Вчера, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
Вчера, 09:00
8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
6-11-2026, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
6-11-2026, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”