Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI
iqtisadiyyat
Oxunub: 0
3 сен 2026 | 15:30
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI


Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin bərpası məsələləri də müzakirə olunub. “Yaxın günlərdə erməni məhsullarının Azərbaycana ilk tədarükü barədə məlumat veriləcək”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Nazir qeyd edib ki, indiyədək ticarət əsasən birtərəfli olub və Azərbaycan Ermənistana neft məhsulları tədarük edib. “Yaxın günlərdə azərbaycanlı şirkətlərin erməni şirkətlərindən məhsul aldığını öyrənəcəksiniz. Ermənistan Azərbaycana məhsul satacaq. Bununla da artıq ikitərəfli ticarət yaranacaq”, - deyə Mirzoyan bildirib.

Deputat Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb. "Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Söhbət idxal-ixrac əməliyyatlarından gedir", - deyə deputat vurğulayıb.

Azərbaycana hansı erməni mal və məhsulları idxal oluna bilər? Məsələn, erməni əriyi, qəhvəsi, konyakı, tikinti materialları gətirilə bilərmi? Azərbaycanlılar erməni mallarını ilk vaxtlarda alacaqmı?

İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda hansı məhsulların idxal olunacağına əsas qərarı sahibkarlar verəcək.
Onun sözlərinə görə, burada söhbət dövlətlərarası birbaşa alqı-satqıdan deyil, əsasən, sahibkarların kommersiya maraqlarından gedir: “Biz nə ala bilərik” sualına cavab verərkən ilk növbədə nəzərə almaq lazımdır ki, bütün məhsullar üzrə qərarı dövlət vermir. Məsələn, neft, neft məhsulları və benzin kimi strateji əhəmiyyət daşıyan məhsullarda vəziyyət fərqlidir. Bu sahələrdə dövlətlərin qərarverici rolu daha böyükdür. Çünki bir tərəfdə dövlət şirkəti, digər tərəfdə isə iri və dövlətlə əlaqəli müəssisələr dayanır. Neft-qaz və enerji sənayesində dövlətin ya birbaşa iştirakı, ya da çox ciddi və yaxından tənzimləməsi mövcuddur”.
Amma digər məhsullara gəldikdə, iqtisadçı bildirib ki, proses tamamilə başqa prinsiplə işləyir: “Burada əsas qərarı sahibkar verir. Sahibkar özü hesablayır ki, hansı məhsulu haradan almaq daha sərfəlidir, həmin məhsulun alış qiyməti nə qədərdir, daşınmasına nə qədər xərc çıxacaq, gömrük və digər xərclər nə qədər olacaq, məhsulu Azərbaycan bazarında hansı qiymətə sata biləcək və nəticədə mənfəət əldə edib-etməyəcək. Yəni sahibkar qarşısında konkret olaraq belə bir sual dayanır: bu məhsulu Ermənistandan gətirmək daha sərfəlidir, yoxsa eyni məhsulu İrandan, Türkiyədən və ya Rusiyadan almaq? Əgər Ermənistan variantı sahibkar üçün daha sərfəli olarsa və bazarda həmin məhsula tələbat varsa, o zaman məhsulun Ermənistandan gətirilməsi üçün maraq yaranacaq. Əks halda, sırf iki ölkə arasında ticarət əlaqələrinin bərpa olunması faktına görə sahibkarın həmin məhsulu gətirməsi məntiqli deyil".

İqtisadçıya görə, ilkin mərhələdə Ermənistandan Azərbaycana geniş şəkildə yeyinti məhsullarının gələcəyini gözlənilmir: “Burada həm siyasi və ictimai faktorları, həm də bazarın real vəziyyətini nəzərə almaq lazımdır. Xüsusilə sülh müqaviləsinin hələ imzalanmaması və cəmiyyətdə Ermənistan istehsalı olan məhsullara qarşı mövcud antipatiya ilk mərhələdə müəyyən rol oynayacaq. Ona görə də ilk fazada Ermənistandan Azərbaycana ərik, digər meyvə-tərəvəz və ümumilikdə ərzaq məhsullarının böyük həcmdə göndərilməsi ehtimalını aşağı qiymətləndirirəm. Məsələn, Ermənistanın hansısa kənd təsərrüfatı məhsulu Azərbaycan bazarına daxil olsa belə, sahibkar əvvəlcə bunun alıcı tərəfindən necə qarşılanacağını, məhsula tələbatın olub-olmayacağını və satışın mümkünlüyünü hesablayacaq. İlkin mərhələdə daha çox sənayedə istifadə olunan xammal və materialların, mis və kimya sənayesi məhsullarının Ermənistandan Azərbaycana gətirilməsini gözləyirəm. Çünki bu cür məhsullarda istehlakçının emosional münasibətinin təsiri nisbətən az ola bilər. Söhbət sənayedə istifadə olunan xammaldan və istehsal prosesində lazım olan materiallardan gedirsə, burada əsas məsələ məhsulun keyfiyyəti, qiyməti, logistika xərcləri və digər iqtisadi göstəricilərdir”.
Xalid Kərimli qeyd edib ki, bu mərhələdə artıq meyvə-tərəvəz, müxtəlif ərzaq məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, mineral sular, eləcə də spirtli içkilərin – o cümlədən Ermənistanın konyak və şərablarının – Azərbaycan bazarına çıxarılması mümkün ola bilər: “Məsələn, erməni əriyi, konyakı, şərabı və ya digər məhsullarının Azərbaycana gətirilməsi hüquqi baxımdan mümkün olsa belə, bu avtomatik olaraq həmin məhsulların Azərbaycan bazarında uğur qazanacağı anlamına gəlmir. Burada əsas məsələ yenə də bazarın reaksiyası olacaq. Sahibkar məhsulu gətirəcək, satışa çıxaracaq və alıcının münasibətini görəcək. Sahibkar qərar verərkən bütün riskləri nəzərə alacaq. Buraya məhsulun alış qiyməti, logistika və yol xərcləri, gömrük və digər ödənişlər, bazardakı rəqabət, məhsulun keyfiyyəti, alıcının münasibəti və satış imkanları daxildir. Əgər bütün bu amillərin hesablanmasından sonra Ermənistan məhsulunun idxalı sərfəli görünürsə, sahibkar bu istiqamətdə addım ata bilər”.
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Вчера, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Вчера, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Вчера, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Вчера, 09:39
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Вчера, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Вчера, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Вчера, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Вчера, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Вчера, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
20-09-2026, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20-09-2026, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20-09-2026, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
20-09-2026, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO