Dünyanın milyarderləri qaçmağa yer hazırlayır
dunya
Oxunub: 0
3 сен 2026 | 14:00
Dünyanın milyarderləri qaçmağa yer hazırlayır


ABŞ-ın ən varlı texnologiya sahibkarlarının mümkün qlobal böhranlar zamanı cənub yarımkürəsində özləri üçün təhlükəsiz məkanlar yaratmağa çalışdığı iddia olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı siyasi texnoloq Stanislav Belkovski ABŞ prezidenti Donald Trampın çevrəsi, Silikon Vadisi milyarderləri, Argentina və Folklend adaları arasında maraqlı əlaqə qurmağa çalışıb.

Belkovskinin fikrincə, Argentina nüvə müharibəsi, iqlim dəyişikliklərinin ağır nəticələri və ABŞ-dakı mümkün siyasi sarsıntılar zamanı supervarlı amerikalılar üçün alternativ yaşayış məkanlarından birinə çevrilə bilər.

O, bu kontekstdə “PayPal”ın həmtəsisçisi və “Palantir”in qurucularından olan milyarder Piter Tilin adını xüsusi çəkir. Belkovski yazır ki, Til 2026-cı ilin yazında Buenos-Ayresin elit Barrio Parque rayonunda təxminən 12 milyon dollara tarixi malikanə alıb. Təxminən 1600 kvadratmetr sahəsi olan ev məşhur argentinalı memar Alexandro Bustilyo tərəfindən layihələndirilib.

Müəllifin iddiasına görə, Til bununla kifayətlənməyərək Uruqvayın Argentina sərhədinə yaxın şərq sahillərində 12 min hektardan çox torpaq əldə edib və burada vertolyot meydançası, su təmizləmə sistemləri və bunkerə malik avtonom kompleks yaradır.

Belkovski hesab edir ki, Silikon Vadisinin bəzi libertarian milyarderləri üçün Argentina yalnız sığınacaq deyil, həm də böyük iqtisadi eksperiment meydanına çevrilə bilər. Ölkənin prezidenti Xavyer Mileyin libertarian baxışları, zəngin litium ehtiyatları, süni intellekt üçün məlumat mərkəzlərinin yaradılması imkanları və ərzaqla özünü təmin edə bilməsi Argentinanı onların nəzərində daha cəlbedici edir.

Müəllif daha bir sensasion ehtimal irəli sürərək Folklend adalarını da bu ssenariyə daxil edir. Onun fikrincə, adaların soyuq iqlimi, strateji mövqeyi və Britaniyanın Maunt-Plezant hərbi bazası onları böyük qlobal fəlakət zamanı xüsusi əhəmiyyət daşıyan məkana çevirə bilər. Belkovski hətta supervarlılar üçün burada nəhəng sığınacaq yaradılması kimi ssenaridən bəhs edir. Lakin bunlar təsdiqlənmiş layihələr deyil, müəllifin irəli sürdüyü ehtimallardır.

Belkovski Yeni Zelandiyanı da milyarderlərin alternativ “sığınacaq” məkanlarından biri kimi göstərir. Piter Til hələ 2011-ci ildə xüsusi qaydada Yeni Zelandiya vətəndaşlığı alıb. Müəllif Larri Peyc və Sem Altman kimi texnologiya dünyasının digər tanınmış simalarının da bu ölkəyə maraq göstərdiyini qeyd edir.

Belkovski bütün bunlardan belə nəticəyə gəlir ki, dünyanın ən zəngin və nüfuzlu şəxslərinin bir hissəsi böyük qlobal fəlakətin qarşısının necə alınacağını deyil, belə bir fəlakət baş verərsə özlərinin necə xilas olacağını düşünür.

O, bunu Ayn Randın “Atlas Shrugged” əsərindəki Con Qaltın cəmiyyətdən ayrılmış elitası ilə müqayisə edir və gələcəyin belə sığınacaqlarında təhlükəsizliyin hətta insanlardan deyil, üsyan etmək qabiliyyəti olmayan humanoid robotlardan asılı ola biləcəyini ehtimal edir.
Вчера, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
Вчера, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
Вчера, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
Вчера, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
Вчера, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Вчера, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
Вчера, 12:10
Prezident xalqa müraciət edir - Video
Вчера, 12:04
Tokayev Əliyevi təbrik etdi
Вчера, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
Вчера, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Вчера, 10:37
Hamımızın yumruq olduğu gündür!
Вчера, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
Вчера, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
Вчера, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
6-11-2026, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
6-11-2026, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”