“Survivor”da ayağını itirmişdi - Acundan 100 milyon dollar tələb etdi
dunya
Oxunub: 0
5 сен 2026 | 09:48
“Survivor”da ayağını itirmişdi - Acundan 100 milyon dollar tələb etdi


“Survivor Yunanıstan” yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında qayıq qəzası nəticəsində sol ayağını itirdikdən sonra Acun Ilıcalı və onun şirkəti “AcunMedya”, eləcə də, yayımçı SKAI TV-yə qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb.

“Survivor Yunanıstan”ın 13-cü mövsümündə iştirak edən 22 yaşlı Florosun sözlərinə görə, qəza Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında açıq dənizdə balıq ovu zamanı qeydə alınıb.

O, tur qayığının pərvanəsinə ilişərək ağır xəsarət alıb və sol ayağını itirib.

Floros qaldırdığı iddiada proqramın prodüserlərini kobud səhlənkarlıqda ittiham edib.

İştirakçı yarışma formatının açıq dənizdə balıq ovunu tələb etdiyini, lakin turistlərin çox olduğu sularda lazımi təhlükəsizlik tədbirləri görülmədən dənizə göndərildiyini iddia edib.

Onun iddiasına görə, hadisə zamanı ərazidə təhlükəsizlik qayıqları, müşahidə məntəqələri, qorunan sahələr və xəbərdarlıq nişanları olmayıb. Floros həmçinin həmin sularda daha əvvəl də qəzaların baş verdiyini və ölüm hadisəsinin qeydə alındığını bildirib.

May ayında baş verdiyi bildirilən qəza zamanı Florosun sol ayağı qayığın pərvanəsinin zərbəsi nəticəsində kəsilib. Onun sözlərinə görə, əza sudan çıxarılmayıb.

Floros qanaxmanın qarşısının alınmasına qayıqdakı başqa bir sərnişinin tətbiq etdiyi turniket sayəsində nail olunduğunu bildirib. Daha sonra o, təcili tibbi yardım üçün Mayamidəki xəstəxanaya aparılıb.

İki ay xəstəxanada müalicə alan Floros sol ayağının amputasiyası ilə yanaşı, ağır xəsarət alan sağ ayağının bərpası üçün də çoxsaylı əməliyyatlar keçirib.

İddiada tələb olunan 100 milyon dollardan artıq təzminatın fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin itirilməsi də daxil olmaqla müxtəlif zərərləri əhatə etdiyi bildirilir.

İddiada adı çəkilən “AcunMedya” qəzanın çəkiliş zamanı, yarış iştirakçısının nizə ilə balıq tutduğu vaxt baş verdiyini, lakin hadisənin yarış prosesindən kənarda olduğunu bildirib.

Şirkət yaralı iştirakçıya dərhal tibbi yardım göstərildiyini və onun təhlükəsiz şəkildə xəstəxanaya çatdırıldığını açıqlayıb. Liman rəhbərliyinin isə qəzanın bütün hallarını müəyyənləşdirmək üçün araşdırma apardığı qeyd olunub.

Hadisədən sonra “Survivor Yunanıstan”ın yayımını dayandıran SKAI TV istehsal prosesinin tamamilə “AcunMedya”nın nəzarəti və məsuliyyəti altında olduğunu bildirib. Kanal Florosun sağlamlıq vəziyyətini yaxından izlədiyini, onun müalicəsi və reabilitasiyası üçün bütün mümkün dəstəyi göstərəcəyini açıqlayıb.
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
8-11-2026, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
8-11-2026, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!