Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
dunya
Oxunub: 0
10 сен 2026 | 16:00
Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO


Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası prosesi yenidən müzakirə mövzusuna çevrilib.

“Güclü Ermənistan” blokunun fraksiyasının katibi Tiqran Abramyan parlamentin ərazi idarəetməsi, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi məsələləri üzrə daimi komissiyasının iclasında delimitasiya prosesi ilə bağlı açıqlama verib.

Deputat bildirib ki, delimitasiya çərçivəsində Ermənistanın Paravakar kəndi (Azərbaycanın Ağstafa rayonunun Köhnəqışlaq və Tatlı kəndləri istiqaməti) yaxınlığında təxminən 1400 hektar ərazini geri almalı olduğu mərhələyə çatanda proses dayanıb.

O, Ermənistan hakimiyyətini ölkənin hansı əraziləri verməli olduğu barədə deyil, hansı əraziləri almalı olduğu barədə danışmağa çağırıb.

“Biz çox şey vermişik, daha verəcək heç nəyimiz yoxdur. Bununla yanaşı, Azərbaycan heç bir güzəştə getməyib. Bizim torpaqlarımız nə vaxt qaytarılacaq?” – deputat bildirib.

Qeyd edək ki, Tiqran Abramyanın haqqında danışdığı əraziləri birtərəfli qaydada “Ermənistan torpağı” kimi təqdim etməsi heç bir hüquqi və tarixi əsasa söykənmir. Söhbət Azərbaycanın Ağstafa rayonunun Köhnəqışlaq və Tatlı kəndləri istiqamətində yerləşən, tarixən Azərbaycana məxsus torpaqlardan gedir. Sərhədlərin hansı xətt üzrə müəyyənləşdiriləcəyinə isə ayrı-ayrı deputatların siyasi bəyanatları deyil, delimitasiya komissiyalarının araşdırdığı hüquqi sənədlər və xəritələr əsasında qərar verilə bilər.

Abramyanın açıqlaması Ermənistanda hələ də mövcud olan revanşist dairələrin mövqeyini ifadə edir. Bu qüvvələr əsassız ərazi iddialarını yenidən gündəmə gətirməklə həm Nikol Paşinyan hökumətinə təzyiq göstərməyə, həm də Ermənistan cəmiyyətini Azərbaycanla yeni qarşıdurmaya sürükləməyə çalışırlar. Lakin Ermənistanın əvvəlki ərazi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı məlumdur. İrəvanın yeganə rasional seçimi köhnə iddiaları diriltmək deyil, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz qəbul edərək delimitasiya və sülh prosesini davam etdirməkdir.musavat.com

Вчера, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
Вчера, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
Вчера, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
Вчера, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
Вчера, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Вчера, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
Вчера, 12:10
Prezident xalqa müraciət edir - Video
Вчера, 12:04
Tokayev Əliyevi təbrik etdi
Вчера, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
Вчера, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Вчера, 10:37
Hamımızın yumruq olduğu gündür!
Вчера, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
Вчера, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
Вчера, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
6-11-2026, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
6-11-2026, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”