İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
dunya
Oxunub: 0
11 сен 2026 | 16:00
İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq


Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Ermənistan nəinki “Metsamor” AES-dən imtina etmək istəmir, hətta bu “bomba”nın daha uzun illər istismar ediləcəyini açıqlayır.

Musavat.com-un məlumatına görə, “Ermənistan AES” QSC-nin baş direktoru Eduard Martirosyanın “Biz Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər, gələcəkdə isə 2041-ci ilə qədər uzadılması üzrə işləri davam etdirməyi planlaşdırırıq”, sözləri rəsmi İrəvanın bölgə üçün təhlükə vəd edən bu obyektən imtina niyyətində olmadığını bir daha göstərir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Azərbaycan Prezidenti atom stansiyası bağlandıqdan sonra Ermənistanda energetika böhranı riski olduğunu bildirib. İ.Əliyevin sözlərinə görə, Bakı belə bir ssenarinin qarşısını almaq üçün Ermənistana “əlavə elektrik enerjisi mənbəyi” təqdim etməyə hazırdır.
Ermənişünas alim, Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Musavat.com-a bildirib ki, Martirosyanın dedikləri müəyyən mənada, Ermənistan Atom Elektrik Stansiyasının müddətinin uzadılmasına hesablanıb: “O, bu çıxışında müəyyən modernləşmədən, stansiyaların yeniləşməsindən danışır. Lakin bu obyekt heç bir halda beynəlxalq standartlara uyğun deyil. Metsamor Atom Elektrik Stansiyası bölgə üçün təhlükə olaraq qalır. Yəni bu təhlükə yalnız Ermənistanın özünə aid deyil, bölgə ölkələrinə - Türkiyəyə, Azərbaycana və digər bölgələrə yönəlib. Gələcəkdə bu stansiyada əgər hər hansı bir qəza olarsa, fəlakətin bölgəyə yayılması ehtimalı var və bu, real təhlükə olaraq qalır”.

Qafar Çaxmaqlı stansiya ilə bağlı İrəvanın davranışlarının səbəbləri haqqında bunları söyləyib: “Ermənistan ona görə Atom Elektrik Stansiyasının işləmə müddətini uzatmaq istəyir ki, onun ayrı çıxış yolu yoxdur. Ölkənin 30-40% enerjisini bu stansiya verir və hələlik Ermənistanda onu əvəz edəcək alternativlər mövcud deyil. Düzdür, ayrı-ayrı ölkələrdən, o cümlədən Amerika Birləşmiş Ştatlarından da belə təkliflər olmuşdu ki, modul tipli kiçik bir neçə atom elektrik stansiyası quraşdırılsın və Metsamor ləğv edilsin. Lakin bu da hələ müzakirə mərhələsindədir. Müəyyən maneələr aradan qalxsa, Ermənistanın gələcəkdə buna gedəcəyini də ehtimal eləmək olar. Qaldı ki, Atom Elektrik Stansiyasının ləğv olunması, yəni onun ortadan qaldırılması nəticəsində Ermənistanın enerji ehtiyacının haradan təmin olunması, burada ən büyük alternativ Azərbaycandır. Azərbaycan Prezidenti də haqlı olaraq öz çıxışında bunu vurğulayıb və deyib ki, beynəlxalq səviyyədə əgər Ermənistanla müəyyən müqavilələr bağlansa, biz Ermənistanı enerji ilə təmin edə bilərik”.

Ekspert digər məqama da diqqət çəkib: “Atom Elektrik Stansiyasının enerji blokunun istismar müddətinin 36-cı ilə qədər uzadılmasından bəhs olunurdu. İndi də təklif olunur ki, 2041-ci ilə qədər uzadılsın, ancaq bu məsələ MAQATE-də müzakirə edilməlidir. Bu, Ermənistanın özbaşına verəcəyi qərar değil. Çünki belə qərarlar, belə stansiyalar bir ölkənin məhəlli işi ola bilməz”.

Qafar Çaxmaqlı hesab edir ki, Ermənistan bu xəbərdarlıqlardan müəyyən nəticə çıxarmalıdır və Atom Elektrik Stansiyasının gələcəkdə təhlükəli nəticələrə aparıb çıxarmaması üçün çıxış yollarını aramalıdır.
Вчера, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
Вчера, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
Вчера, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
Вчера, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
Вчера, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Вчера, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
Вчера, 12:10
Prezident xalqa müraciət edir - Video
Вчера, 12:04
Tokayev Əliyevi təbrik etdi
Вчера, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
Вчера, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Вчера, 10:37
Hamımızın yumruq olduğu gündür!
Вчера, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
Вчера, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
Вчера, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
6-11-2026, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
6-11-2026, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”