Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
iqtisadiyyat
Oxunub: 0
16 сен 2026 | 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir


Orta Dəhliz marşrutu Orta Asiya və Avropa qitəsi arasında alternativ bağlantı yaratmaq baxımından, olduqca böyük əhəmiyyət daşıyır... Eyni zamanda, bu martşrut həm də, Azərbaycan və Türkiyənin Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemindəki mövqelərini daha da gücləndirir...
Türk Dünyasında davamlı xarakter daşıyan inteqrasiya prosesi artıq yalnız siyasi və mədəni əməkdaşlıq çərçivəsində atılan addımlarla məhdudlaşmır. Belə ki, son vaxtlar bu inteqrasiya prosesi geoiqtisadi və logistika layihələri ilə tədricən yeni mərhələyə keçməyə başlayıb. Bu baxımdan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında əlaqələrin dərinləşməsinə paralel olaraq, Türk Dövlətləri Təşkilatı ətrafında formalaşan əməkdaşlıq mühiti də getdikcə, daha nəzərəçarpan geoiqtisadi məzmun qazanmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Türk Dünyasının inteqrasiya prosesinin əsas təməl dayaqlarından biri də məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz hesab olunur. Belə ki, Orta Asiyanı Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa qitəsi ilə birləşdirən bu marşrut Asiya-Avropa iqtisadi-ticari şaxələndirilmə modeli baxımından da strateji əhəmiyyət daşıyır. Yəni, Orta Dəhlizin əhəmiyyəti onun alternativ tranzit xətti olmasından daha genişmiqyaslı xarakter daşıyır.

Məsələ ondadır ki, bu önəmli marşrutun əsas inkişaf istiqaməti Avrasiya iqtisadi-ticari məkanında Rusiya üzərindən keçən ənənəvi Şimal dəhlizinə alternativ yaradır. Eyni zamanda, bu logistika xətti Orta Asiya ölkələrinin Qərb bazarlarına çıxış imkanlarını da ciddi şəkildə artırır. Bu baxımdan, Orta dəhliz layihəsi birbaşa Rusiyanın tranzit mövqeləri, İranın regional logistika ambisiyaları, Çinin Avropa ilə iqtisadi-ticari əlaqələri və Avropanın təchizat marşrutlarını şaxələndirmək siyasəti ilə kəsişir.

Maraqlıdır ki, Avrasiya İnkişaf Bankının məlumatına görə, TRACECA, o cümlədən də Orta Dəhlizin ayrı-ayrı hissələrinin inkişafına 42,8 milyard dollar həcmində investisiyanın yönəldilməsi nəzərdə tutulur. Əslində, bu rəqəm həmin marşrutun regional layihədən daha böyük, Avrasiyanın nəqliyyat-kommunikasiya arxitekturasına təsir göstərə biləcək logistika sisteminə çevrilməkdə olduğunu göstərir. Və bu baxımdan, Azərbaycan-Qazaxıstan əməkdaşlığı da hazırda xüsusilə böyük əhəmiyyət daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsal platformaların tətbiqi, beynəlxalq avtomobil yükdaşımalarının sadələşdirilməsi ilə bağlı layihələrin reallaşdırılması istiqamətində fəaliyyətlərini daha da genişləndirirlər. Azərbaycan və Qazaxıstanın əməkdaşlıq gündəliyi hazırda Orta Dəhlizin yalnız fiziki infrastrukturunun deyil, həm də onun rəqəmsal və logistika imkanlarının da gücləndirilməsinə yönəldilib. Və Azərbaycan bu sistemdə Xəzər dənizi ilə Cənubi Qafqazı birləşdirən əsas halqalardan biri, Qazaxıstan isə Orta Asiya istiqamətində önəmli tranzit mərkəzi kimi çıxış edir.

Digər tərəfdən, Azərbaycan və Qazaxıstan arasında tranzit koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin bütövlükdə səmərəliliyini artırmaqla yanaşı, həm də Türk Dünyasının Şərq-Qərb bağlantısındakı strateji rolunu daha da möhkəmləndirir. Əslində, müasir nəqliyyat-kommunikasiya layihələrinin geopolitik əhəmiyyəti də məhz bu önəmli məqamdan qaynaqlanır. Və bu baxımdan, Türk Dünyası dövlətlərinin yaxın gələcəkdə qlobal məkanda geopolitik proseslərin avanqard təsir mərkəzinə çevrilə biləcəyi artıq qətiyyən şübhə doğurmur.

Onu da nəzərə almaq lazımdır ki, müasir Avrasiya məkanında geostrateji rəqabət maraqları yalnız siyasi təsir və hərbi imkanlarla deyil, həm də ticarət yolları, limanlar, logistika mərkəzləri və enerji marşrutları üzərində qurulur. Ona görə də, hansı marşrutların daha sürətli, təhlükəsiz və səmərəli işləməsi yaxın gələcəkdə dövlətlər arasındakı iqtisadi əlaqələrə və eləcə də, onların regional təsir imkanlarına birbaşa təsir göstərə bilər. Və bu baxımdan, Orta Dəhlizin indiki inkişaf istiqamətləri Türk dünyası üçün iqtisadi layihədən daha artıq məna daşıyır.

Göründüyü kimi, Orta Dəhliz marşrutu bir tərəfdən, Orta Asiya və Avropa arasında alternativ bağlantı yaratmaq baxımından, olduqca böyük əhəmiyyət daşıyır. Digər tərəfdən isə bu martşrut həm də, Azərbaycan və Türkiyənin Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemindəki mövqelərini maksimum səviyyədə gücləndirir. Və bütün bunlar isə öz növbəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi-ticari inteqrasiyanın praktiki əsaslarını daha da möhkəmləndirir.

Belə anlaşılır ki, Türk Dünyasının inteqrasiya prosesi artıq siyasi bəyanatlardan, konkret infrastrukturun yaradılması ilə bağlı və eləcə də, iqtisadi-ticari maraqların reallaşdırılmasına yönəlik layihələrin icra olunması mərhələsinə keçməyə başlayıb. Bu baxımdan, Orta Dəhliz isə bu transformasiyanın ən önəmli faktorlarından biri kimi ön plana keçir. Çünki bu layihə həm regional iqtisadi əlaqələri genişləndirir, həm də Avrasiyanın tranzit xəritəsində yeni geopolitik reallıqların formalaşmasına zəmin yaradır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Вчера, 09:43
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Вчера, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Вчера, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Вчера, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Вчера, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
17-09-2026, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
17-09-2026, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
17-09-2026, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
17-09-2026, 15:24
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
17-09-2026, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında