Azərbaycan dost, İsrail düşmən siyahısında
dunya
Oxunub: 0
16 сен 2026 | 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında


Türkiyədə keçirilən rəy sorğusunun ilginc və düşündürücü nəticələri
Türkiyə ictimai rəyində Azərbaycanın xüsusi mövqeyi bir daha ortaya çıxıb. 2026-cı ilin avqustunda keçirilən sorğunun nəticələrinə görə, Türkiyə vətəndaşlarının dost ölkə kimi ən çox seçdiyi dövlət Azərbaycan olub.

Türkiyənin ASAL Araştırma və Danışmanlık şirkətinin avqust ayı üzrə siyasi əhval-ruhiyyə araşdırmasında respondentlərə müxtəlif ölkələrin Türkiyə ilə münasibətlərini necə qiymətləndirdikləri barədə sual verilib. İştirakçılar ölkələri “dost”, “düşmən” və “fikrim yoxdur, cavab yoxdur” variantlarından biri ilə qiymətləndiriblər.

Belə ki, respondentlərin 56,5 faizi Azərbaycanı Türkiyənin dostu hesab edib. 24,9 faiz Azərbaycanı düşmən ölkə kimi qiymətləndirib, 18,6 faiz isə cavab verməkdə çətinlik çəkib və ya fikir bildirməyib.

Azərbaycan bu göstərici ilə yalnız birinci yeri tutmayıb. Eyni zamanda dost ölkə kimi 50 faizdən çox dəstək alan yeganə dövlət olub. Dost ölkələr siyahısında Azərbaycanı Yaponiya - 50,2 faiz, Çin - 48 faiz, İtaliya - 46,7 faiz, Almaniya - 45,3 faiz, İran - 39 faiz və Rusiya - 38,4 faiz göstəriciləri ilə izləyib.

Sorğunun digər tərəfi isə Türkiyə ictimai rəyində hansı ölkələrin daha çox düşmən kimi qəbul edildiyini göstərir. Bu siyahıya İsrail başçılıq edir. Respondentlərin 84 faizi İsraili Türkiyənin düşməni hesab edib. Yalnız 5,2 faiz İsraili dost ölkə kimi qiymətləndirib. İkinci yerdə ABŞ qərarlaşıb. Türkiyə vətəndaşlarının 70,5 faizi ABŞ-ni düşmən, 16 faizi isə dost hesab edir.

Üçüncü yerdə Yunanıstan gəlir - respondentlərin 66,6 faizi bu ölkəni düşmən, 20,6 faizi isə dost hesab edib.

Sorğuda Rusiya və İranla bağlı cəmiyyətin fikrinin ciddi şəkildə bölündüyü də görünür. Rusiyanı dost hesab edənlərin payı 38,4 faiz olduğu halda, 42 faiz respondent onu düşmən kimi qiymətləndirib. İranla bağlı isə müvafiq göstəricilər 39 və 41,9 faizdir.

Bu siyahıda ən diqqətçəkən respondentlərin 24,9 faizinin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsidir. Niyə 24,9 faiz Azərbaycanı düşmən ölkə kimi qiymətləndirib? Bu münasibətin kökündə hansı bilmədiyimiz məqamlar dayana bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə keçirilən rəy sorğusunda qardaş ölkə vətəndaşlarının dost ölkə kimi ən çox Azərbaycanın adını çəkməsi təbiidir. Ancaq sorğu iştirakçılarının 56,5 faizinin Azərbaycanı Türkiyənin dostu hesab etməsinə rəğmən, 24,9 faizin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsi düşündürücüdür: “Fikrimcə, Azərbaycanı düşmən ölkə adlandıranların az olmaması İsrail amili ilə bağlıdır. Türkiyə ictimai rəyi bəlli səbəblərə görə anti-İsrail mövqeyindədir. Azərbaycanda isə durum fərqlidir. Azərbaycan İsrailin Fələstin dövlətini tanıması gərəkliyi mövqeyindədir. Azərbaycan eyni zamanda Qəzzada böyük faciənin yaşandığı qənaətindədir. Ancaq Azərbaycan hərbi, enerji və yeni texnologiyalar sahəsində İsraillə əməkdaşlığı davam etdirir. Görünür, Türkiyə vətəndaşlarının bir qismi bunu qəbul etmir və nəticədə Azərbaycanı dost dövlət kimi görmürlər. Həmin Türkiyə vətəndaşları hesab edirlər ki, İsrail məsələsində Azərbaycan da Türkiyə kimi eyni mövqedən çıxış etməli, Tel-Əvivlə bütün əlaqələri kəsməli və bu dövlətin əleyhinə sərt açıqlamalar verməlidir. Azərbaycan bunu edə bilməz. Ərəb ölkələrinin bir qismi belə İsraillə əməkdaşlıq edirlər və bu günümüzün reallığıdır. Onda gərək Azərbaycanı düşmən hesab edən 24,9 faiz həmin ərəb dövlətlərini də düşmən kimi qəbul edələr”.

Politoloq qeyd etdi ki, 24,9 faizdən fərqli olaraq Türkiyə hakimiyyəti İsrail mövzusunda Azərbaycanın siyasətini dəyişdirməsini tələb etmir. Çünki Türkiyə Cümhurbaşqanı və siyasi dairələri Azərbaycan-İsrail əlaqələrinin üçüncü dövlətə qarşı yönəlmədiyini bilirlər: “24,9 faiz onu da anlamalıdır ki, Azərbaycan İsrail-Türkiyə gərginliyinin aradan qaldırılmasını istəyir və məhz bu məqsədlə Bakıda bir neçə dəfə bu iki ölkənin diplomatlarının görüşü təşkil olunub. Eyni zamanda İsraildə də anlamalıdırlar ki, Tel-Əvivin Türkiyə əleyhdarlığı siyasəti türk dövlətlərində, o cümlədən Azərbaycanda xoş qarşılanmır. Azərbaycan ictimai rəyində də İsrailin siyasətini qəbul etməyənlərin sayı çoxalıb. Tel-Əviv bu reallıqla da hesablaşmalıdır”.
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı