Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
dunya
Oxunub: 0
21 сен 2026 | 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?


“Trump Tower Tbilisi” sentyabrın 15-də çoxdan gözlənilən qlobal təqdimatını möhtəşəm açılış tədbiri ilə keçirib. Gürcüstandan və dünyanın müxtəlif ölkələrindən seçilən qonaqları bir araya gətirən gecə ölkənin ən iddialı daşınmaz əmlak layihələrindən birinin təqdimatını qeyd edib.

Gürcüstanın paytaxtına panoramik mənzərəsi olan Tiflisin məşhur funikulyorunda keçirilən yalnız dəvətlə girişin mümkün olduğu tədbirdə beynəlxalq biznes liderləri, layihə tərəfdaşları, investorlar, məşhurlar, sənətçilər, influencerlər və qlobal media nümayəndələri bir araya gəlib. Bu, təxminən 2 milyard ABŞ dolları dəyərində olan "Downtown Tbilisi" layihəsinin əsas simvolu olacaq "Trump Tower Tbilisi nin" ilk rəsmi təqdimatı olub.

ABŞ liderinin adını daşıyan layihənin qonşu ölkədə reallaşması təsadüfi deyil. Son illər ABŞ-Gürcüstan münasibətlərində soyuqluq müşahidə olunur. Sabiq prezident Saakaşvilidən sonra hazırkı hökumət Moskva ilə əlaqələri yaxınlaşdırıb və Qərblə bir gərginlik yaşamaqdadır. Yəni, həm Avropa Birliyi, həm ABŞ ilə Tiflis arasında uzaqlaşma hiss olunur. Hətta gürcü hökuməti Avropa Şurasını, Avropa Parlamentini qərəzlilikdə ittiham edir. ABŞ-la da əlaqələr

Bayden dövründən bəri ürəkaçan deyil. Lakin Tramp dönəmində bir hərəkətlilik var. Hətta Gürcüstan ABŞ-nin xoşuna gəlmək üçün İranın aviasiya şirkətlərinə qarşı sanksiyalarda iştirak edə bilər ki, artıq bu səbəbdən Tehranla münasibətlər sərinləşib. İndi də sözügedən layihə Tiflisdə reallaşır. Bu tendensiyanı ABŞ-nin Cənubi Qafqazda yeni ssenarisi adlandırmaq olarmı? Ağ Ev Azərbaycanla münasibətləri yaxşılaşdırıb, Ermənistanda təsirlərini gücləndirib, bundan sonra Gürcüstana da qayıtmağı hədəfləyibmi?

Siyasi ekspert Ramiyə Məmmədova Gürcüstanda Qərbin təsirlərinin azalmadığını düşünür. Onun fikrincə, mövcud hakimiyyət bəzi addımlar atsa da, Avropa İttifaqı və ABŞ Gürcüstanda təsir gücünü saxlamaqdadır: "Hakimiyyət avrointeqrasiya kursunu dayandırdığını elan edib. Bunu da Brüsselin münasibəti ilə izah edir. Amma viza rejiminin ləğvi qüvvədədir, gürcülər Avropada işləyir, Qərbdən vətəndaş cəmiyyətinə dəstək davam edir. Bu mənada təsir imkanları qalır və gürcü hökuməti də Avropadan tam üz döndərməyib. Ancaq ABŞ ilə əlaqələrdə yeni səhifə açılır. Bu layihə də kommersiya məqsədi ilə açılsa da, siyasi anlamı var".

Ekspert bu siyasi mesajı belə şərh edib: "ABŞ Ermənistanla Trampın adını daşıyan yolun idarəçiliyini razılaşdırdı. Yəni bölgəyə 99 illiyə ABŞ şirkəti yerləşəcək. Ardınca da Trampın adına bağlı daha bir layihə Gürcüstanda reallaşdı. Deməli, Cənubi Qafqazda Rusiyanın təsirinə qarşı addımlar gücləndirilir".
Təhlilçi hesab edir ki, Saakaşvili dönəmində ABŞ-nin Gürcüstanda mövqeyi həddən artıq güclü idi: “Lakin 2012-ci ildən bu təsirlər azalmağa başladı. İvanişvili hökumətinin Rusiya ilə təmasları sözsüz ki, burada böyük rol oynayıb. Hazırda regionda yeni reallıqlar yaranır: müharibə Rusiyanı zəiflədir, strateji mövqeyini kiçildir, təsir dairəsini daraldır və ABŞ Cənubi Qafqazda möhkəmlənir”.
Вчера, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
Вчера, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Вчера, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Вчера, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
Вчера, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Вчера, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
Вчера, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
Вчера, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Вчера, 10:33
Neftimiz bu gün də bahalaşdı
Вчера, 10:27
Prezident Şuşada açılışda - Fotolar
Вчера, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
6-11-2026, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
6-11-2026, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
6-11-2026, 18:17
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
6-11-2026, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
6-11-2026, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
6-11-2026, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
6-11-2026, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
6-11-2026, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
6-11-2026, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
6-11-2026, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
6-11-2026, 12:34
Bu gün qısa iş günüdür
6-11-2026, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
6-11-2026, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
6-11-2026, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
6-11-2026, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
6-11-2026, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır