Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb

Rusiyada sentyabrın 18-20-də keçirilən Dövlət Dumasına seçkilərdə hakim “Vahid Rusiya” partiyası böyük üstünlüklə ilk sırada qərarlaşıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, bülletenlərin 93 faizdən çoxu hesablandıqdan sonra “Vahid Rusiya” 57,83 faiz səs toplayıb. Kommunist Partiyası 13,81 faiz, LDPR 8,93 faiz, “Yeni İnsanlar” 7,97 faiz, “Ədalətli Rusiya” isə 4,96 faiz səs əldə edib. Seçici fəallığı 57 faizə yaxın olub.
Musavat.com “Novaya-Avropa”ya istinadən xəbər verir ki, nəşr Rusiyada keçirilən Dövlət Dumasına seçkilərin nəticələrini Sergey Şpilkinin hazırladığı statistik metod əsasında təhlil edib. Nəşrin hesablamasına görə, seçki məntəqələrində saxtalaşdırıldığı ehtimal edilən səslər nəzərə alınmadıqda, hakim “Vahid Rusiya” partiyasının real nəticəsi təxminən 34 faiz ola bilər.
Təhlildə seçici fəallığı ilə partiyaların topladığı səslər arasındakı statistik əlaqə araşdırılıb. Metodologiyaya əsasən, normal və saxtalaşdırılmamış seçki məntəqələri qrafikdə vahid “nüvə” formalaşdırmalıdır. Nəticələrdə süni müdaxilə ehtimalı olan məntəqələr isə qrafikdə “kometa quyruğu” adlandırılan ayrıca statistik iz yaradır. “Novaya-Avropa”nın məlumatına görə, builki seçkilərdə “Vahid Rusiya” üzrə “dürüst nüvə” təxminən 34 faiz göstəricisində formalaşıb. Nəşr hesab edir ki, bu göstərici seçki nəticələrinə mümkün müdaxilələr nəzərə alınmadıqda partiyanın əldə edə biləcəyi nəticəni göstərir.
Hesablamada “Vahid Rusiya” istisna olmaqla digər partiyalara verilən səslərin əsasən real olduğu fərz edilib. Daha sonra “Vahid Rusiya”nın səslərinin digər partiyaların səsləri ilə seçici fəallığı üzrə nisbəti müqayisə olunub. Nəşr bildirir ki, əldə olunan hesablamalar iki seçki eksperti tərəfindən də məqbul sayılıb.Təhlildən Moskva çıxarılıb. Səbəb kimi paytaxtda seçicilərin əhəmiyyətli hissəsinin elektron səsvermədən istifadə etməsi və bunun kağız bülletenlər üzrə statistikanı digər regionlardan fərqləndirməsi göstərilir. Həmçinin digər partiyalara verilən səslərin kütləvi şəkildə “Vahid Rusiya”nın xeyrinə yazılmış ola biləcəyi ehtimal edilən bəzi regionlar da hesablamaya daxil edilməyib.
Burada yalnız Şpilkinin hesablamasına söykənmək lazım deyil. Seçkilərdən əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Rusiyanın beynəlxalq müşahidəçiləri dəvət etməməsini ciddi problem kimi qiymətləndirmişdi. Təşkilat bunun seçki prosesinin obyektiv qiymətləndirilməsi və şəffaflığı üçün mənfi nəticə yaratdığını bildirib.Seçki prosesinin gedişində isə müşahidəçilərə maneələr, müşahidəçilərin məntəqələrə buraxılmaması və digər pozuntular barədə məlumatlar yayılıb. AP də “Yabloko” və Kommunist Partiyasının müşahidəçilərin fəaliyyətinə məhdudiyyətlər və şəffaflıq problemləri barədə şikayətlərini qeyd edir.
Вчера, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
Вчера, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Вчера, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Вчера, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
Вчера, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Вчера, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
Вчера, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
Вчера, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Вчера, 10:33
Neftimiz bu gün də bahalaşdı
Вчера, 10:27
Prezident Şuşada açılışda - Fotolar
Вчера, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
6-11-2026, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
6-11-2026, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
6-11-2026, 18:17
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
6-11-2026, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
6-11-2026, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
6-11-2026, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
6-11-2026, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
6-11-2026, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
6-11-2026, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
6-11-2026, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
6-11-2026, 12:34
Bu gün qısa iş günüdür
6-11-2026, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
6-11-2026, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
6-11-2026, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
6-11-2026, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
6-11-2026, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır