Bu rayonlarda işıq olmayacaq - Yenilənib
bolge
Oxunub: 0
7 окт 2026 | 09:41
Bu rayonlarda işıq olmayacaq - Yenilənib


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 7-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Biləcəri qəsəbəsində isə 6 kV-luq “Biləcəri-1” və “Biləcəri-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.

“Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələri, Parlament prospektinin bur hissəsində və Qanlı gölün ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat 10:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

***

“Azərişıq” ASC-nin məlumatına görə, bu gün bir sıra rayonlarda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir və yenidənqurma, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.

Ağdərə Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq bir neçə hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 17:00-dək rayonun bir sıra yaşayış məntəqələrində, eləcə də Aşağı Oratağ, Yuxarı Oratağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Goranboy EŞ-yə daxil olan 10 kV-luq "Yolqulular" hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 11:00-dan 16:00-dək Yolqulular kəndini əhatə edəcək.

Göyçayın Alıkənd, Çərəkə, Hüngütlü, Xəlitli, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mallı Şıxlı, Mırtı, Yalman, Yeniarx kəndlərinin bir hissəsində bəzi 10 kV-luq hava xətlərinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqələrində (KTM) yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində təmir işləri icra olunacaq. Bu zaman Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Сегодня, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Сегодня, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Вчера, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
Вчера, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
Вчера, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
Вчера, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
Вчера, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
Вчера, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
Вчера, 12:10
Prezident xalqa müraciət edir - Video
Вчера, 12:04
Tokayev Əliyevi təbrik etdi
Вчера, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
Вчера, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
Вчера, 10:37
Hamımızın yumruq olduğu gündür!
Вчера, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
Вчера, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
Вчера, 09:00
​8 noyabr - Zəfər Günüdür
7-11-2026, 14:41
Prezident onlara ali hərbi rütbələr verdi
7-11-2026, 14:33
İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
7-11-2026, 14:27
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 12:05
İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
7-11-2026, 12:00
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
7-11-2026, 11:28
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
7-11-2026, 11:24
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 10:38
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 10:33
Neftimiz bu gün də bahalaşdı
7-11-2026, 10:27
Prezident Şuşada açılışda - Fotolar
7-11-2026, 09:00
Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!