Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı

Böyük Britaniyada ABŞ hərbi təyyarələrinin yerləşdiyi strateji hava bazasına qarşı ehtimal olunan hücum planı Londonla Tehran arasında ciddi diplomatik qarşıdurmaya səbəb olub.
Böyük Britaniyanın Baş naziri Endi Börnham RAF Fairford hərbi hava bazasına qarşı hazırlandığı iddia edilən hücum planının arxasında böyük ehtimalla İranın İslam İnqilabı Keşikçiləri Korpusunun – SEPAH-ın dayandığını bildirib.
Baş nazir oktyabrın 12-də parlamentdə çıxışı zamanı bunları deyib:
“Bizim qiymətləndirməmizə görə, hadisənin İranda koordinasiya edilməsi ehtimalı çox yüksəkdir və demək olar ki, şübhəsiz, İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH tərəfindən idarə olunub”.
O, daha sonra xəbərdarlıq edib:
“Biz öz ərazimizdə belə təhdidlərə dözməyəcəyik. İranın cinayətkar şəbəkələrindən istifadəsinə qarşı bütün səlahiyyətlərimizdən yararlanaraq mübarizə aparacağıq, həmin şəbəkələri və onların maliyyə mənbələrini hədəfə alacağıq. İranın və SEPAH-ın bizə zərər vurmaq imkanlarını məhdudlaşdırmaq üçün əlavə sanksiyalar tətbiq edəcəyik”.
İran isə ittihamları qətiyyətlə rədd edib. IRNA agentliyinin məlumatına görə, İranın Londondakı səfiri Seyid Əli Musəvi Tehranın hadisə ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Diplomat İranın araşdırmada Britaniya rəsmiləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Hadisənin təfərrüatlarına gəlincə, sentyabrın 27-də RAF Fairford bazası yaxınlığında üç şübhəli mikroavtobus aşkarlanıb. Əraziyə silahlı polis qüvvələri göndərilib, yaxınlıqdakı evlər boşaldılıb. Araşdırma zamanı ümumilikdə yeddi nəfər saxlanılıb. Avtomobillərdə benzin tapılsa da, partlayıcı qurğu aşkarlanmayıb. Saxlanılan şəxslər sonradan ittiham irəli sürülmədən müəyyən şərtlərlə sərbəst buraxılıblar.
Reuters agentliyinin məlumatına görə, ABŞ rəsmiləri hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum hazırlanmasından şübhələnirlər. Təhlükə ilə əlaqədar ABŞ-nin B-1 strateji bombardmançıları bazadan çıxarılıb.
“Böyük Britaniya hökuməti İran rejimi adından düşmənçilik fəaliyyətində şübhəli bilinən iki İran vətəndaşına qarşı rəsmi sanksiyalar tətbiq edib”.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband xüsusi bəyanatla çıxış edib.
Nazirin sözlərinə görə, London Tehranın Britaniya və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini hədələmək cəhdlərinə kəskin etirazını bildirmək üçün İran səfirini də Krallığın Xarici İşlər Nazirliyinə çağıracaq.
Ed Miliband ölkəsinin öz ərazisindəki hər hansı təhdidə göz yummayacağını diqqətə çatdırıb:
“Böyük Britaniya öz ərazisindəki təhdidlərə heç bir halda dözməyəcək və milli təhlükəsizliyin qorunması üçün bütün zəruri tədbirləri görməkdə davam edəcək”.
XİN rəhbəri həmçinin xatırladıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH dövlət təhlükələrinə qarşı mübarizə üzrə yeni səlahiyyətlər çərçivəsində artıq Britaniyanın təhlükələr siyahısına daxil edilib.
Qeyd edək ki, RAF Fairford ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında istifadə etdiyi mühüm bazalardan biridir. Britaniya hökuməti hadisə ilə əlaqədar İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb və iki İran vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.
Сегодня, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
Сегодня, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
Сегодня, 18:17
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
Сегодня, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Сегодня, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Сегодня, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Сегодня, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Сегодня, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Сегодня, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Сегодня, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Сегодня, 12:34
Bu gün qısa iş günüdür
Сегодня, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Сегодня, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Сегодня, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Сегодня, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Сегодня, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Сегодня, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Сегодня, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Сегодня, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Сегодня, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Сегодня, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Сегодня, 10:40
Bu rayonlara qar yağıb
Сегодня, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Сегодня, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Сегодня, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Сегодня, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Сегодня, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi