Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
sosial
Oxunub: 1
19 окт 2026 | 10:22
Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR


“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq”.
Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, qaydalara əsasən, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq pensiya əlavəsi hesablanacaq. Yəni, onların sosial yığımları əsasında müəyyənləşdirilən pensiya məbləğinə aylıq sabit məbləğlər əlavə olunacaq və bu da pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq:

“Hazırda, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyaları kapitala əsasən deyil, əməkhaqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən bu şəxslər pensiyaya çıxarkən onların fərdi şəxsi hesablarındakı yığıma əsasən müəyyənləşən məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriya şəxslərdən gedir.

Sadə misal ilə izah etsək: Əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, o vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni, fərdi hesabda 85 min manat vəsait olacaq. Həmin şəxsin yığım əsaslı pensiya məbləğinin müəyyənləşdirilməsi üçün o vəsait 144-ə bölünəcək (85000 manat/144=590,2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590,2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq. Nəticədə: Aylıq pensiya məbləği = 590,2 manat + sabit əlavə”.

“Yeni qaydalar ilə pensiya və pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək. Yəni, həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər və onların pensiya məbləği elektron olaraq müəyyənləşəcək və təyin ediləcək. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək”, - deyə millət vəkili əlavə edib.
Сегодня, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Сегодня, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Сегодня, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Сегодня, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Сегодня, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Сегодня, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Сегодня, 10:05
Neft ucuzlaşmağa davam edir
Сегодня, 09:58
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Сегодня, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Сегодня, 09:36
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
Сегодня, 09:32
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
8-11-2026, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
8-11-2026, 09:00
​8 noyabr - Zəfər Günüdür